Orxan Camalı ölümə aparan gizli araşdırma: "Dedim ki, artıq dayanmaq lazmdır"
Reportaj30 sentyabr 2018 11:38
Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camalın və qrupunun Mərkəzi Afrika Respublikasında qətlə yetirilməsinin əsl motivi üzə çıxmaqdadır.
virtualaz.org xəbər verir ki, jurnalistin 2018-ci ilin fevralından gizli araşdırma üzərində işlədiyi məlum olub. "Dojd” telekanalının bildirdiyinə görə Camal Rusiyadan Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən özəl hərbi şirkətlərə qeyri-leqal silah təchizatını araşdırırmış. Bu haqda Orxan Camalın Rusiya güc strukturlarında işləyən yaxın dostu və eyni zamanda jurnalistin mənbələrindən biri danışıb.
Orxan Camal, Kiril Rastorquyev və Aleksandr Radçenko bu ilin iyul ayında "Vaqnerin ordusu” kimi tanınan özəl hərbi şirkətin Mərkəzi Afrika Respublikasındakı fəaliyyətini araşdırmaq üçün həmin ölkəyə yollanıblar. İki gün sonra jurnalistlər müəmmalı şəraitdə güllələnib.
Telekanalın məlumatına görə Camal həmin missiyadan ayrıca nəsə mövzu üzərində işləyirdi və bu haqda heç kimə danışmırdı. "Dojd” jurnalistin Federal Təhlükəsizlik Xidmətində işləyən dostu və məlumat mənbəyi ilə söhbətləşə bilib. Həmin mənbə jurnalistə silah təchizatı barədə məsləhətlər verib. Onlar mövzunu ilk dəfə 2018-ci ilin fevralında, Suriyada ABŞ-ın endirdiyi aviazərbələr nəticəsində yüzlərlə rusiyalı muzdlunun öldürülməsindən sonra müzakirə ediblər.
"O soruşdu ki, Rusiya özəl hərbi şirkətlərinə, o cümlədən "Vaqnerin ordusu”una silahlar necə çatdırılır. İnformasiyanın bir hissəsini mən onunla bölüşdüm, sonra digər mənbələrdən əlavə informasiyalar daxil olduqca Orxan onların nə dərəcədə dəqiq olduğunu məndən soruşurdu. Mən ona elə səviyyədə məlumatlar verdim ki, Orxanı təmizləməsinlər: izah etdim ki, yəqin bu mərhələdə dayanmaq lazımdır. Təəsüf ki, o məni eşitmədi”-mənbə deyib.
Bildirilir ki, Camalı əsasən özəl hərbi şirkətlərə silahların hansı əsasla ötürüldüyü və habelə təchizatın logistikası ilə maraqlanırdı.
Jurnalist Müdafiə Nazirliyindəki mənbə ilə də ünsiyyətdə olub, öyrənib ki, onların Mərkəzi Afrika Respublikasında ezamiyyəti dövründə Rusiya Müdafiə Nazirliyi həmin ölkədəki özəl hərbi şirkətin muzdlularına silah verəcək. Camal Mərkəzi Afrika Respublikasında muzdlulara silah verilməsini kameralara çəkmək istəyirmiş.
MAR-a silah embarqosuna baxmayaraq Rusiya BMT-dən bu ölkəyə silah vermək üçün icazə alıb, habelə ora hərbi təlimatçılar göndərib. BMT Təhlükəsizlik Şurasının iyulun 23-də təqdim etdiyi məruzədə göstərilir ki, Rusiyadan MAR hökumətinə silahların daxil olması üsyançı qruplaşmalar arasında yenidən silahlanma dalğasını başladıb.
Orxan Camalın dostu və həmkarı Nadejda Kevorkova isə deyib ki, ölümündən bir neçə həftə əvvəl o həbs edilə biləcəyi haqda danışırdı. Jurnalistin daha bir dostu isə xatırlayıb ki, MAR-a səfərdən bir neçə gün əvvəl Orxan telefonunun dinlənildiyini deyib və ondan imtina edib.
Rusiya Müdafiə Nazirliyinin zabiti adının çəkilməməsi şərti ilə danışıb ki, MAR-da Camalın çəkiliş qrupunun öldürülməsindən sonra nazirlikdə həmin ölkə barədə bütün məlumatlar üzərində məxfilik dərəcəsi artırılıb. "Məruzələrdə Türkiyə, Suriya, Donbass haqda yazırlar, amma MAR barədə bir kəlmə də yox. Əksinə, ora silahlar və mütəxəssislər bir ucdan göndərilir. MAR-da indi demək olar Suriyadakı kimi atırlar. Bütün ölkə bizim silahlarla yenidən silahlanır”-mənbə deyib.
Oxşar xəbərlər
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya