Rusiyada deputat seçilən azərbaycanlı kimdir? - DOSYE
Region27 sentyabr 2018 14:26
Bu günlərdə Rusiyanın Krasnoyarsk şəhər sakinlərinin dəstəyini qazanan soyadımız Taleh Mahmudov Krasnoyarsk şəhər Deputatlar Şurasına deputat seçilib. Taleh Mahmudov 2018-ci ildə "Единая Россия” (Vahid Rusiya) partiyasına üzv olub.
modern.az T.Mahmudovun biqorafiyasını təqdim edir.
Taleh Sədi oğlu Mahmudov - Krasnoyarsk şəhərində yerləşən "Bionika” bərpa terapiyası klinikasının təsisçisidir. Krasnoyarskda yerli "Azərbaycan milli-mədəni muxtariyyəti” adlı ictimai təşkilatın sədridir.
İdman ustası, Krasnoyarsk vilayətinin Ağır Atletika Federasiyasının prezidentidir.
Krasnoyarsk şəhər Deputatlar Şurasının deputatıdır.
1961-ci il avqustun 7-də Ağsu rayonunun Göydəlləkli kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra təhsilini Bakıda maliyyə-iqtisad texnikumunda davam etdirib.
1979-cu ildə hərbi xidmətə çağrılıb və 1981-ci ilə qədər Xabarovskda Sovet Ordusunda xidmət edib.
1982-ci ildən indiyədək Krasnoyarsk şəhərində yaşayır və orada işləyir. Dəmir yollarının tikintisi idarəsində onun yolu iş icraçısından keçərək, tikinti-montaj idarəsinin rəisi vəzifəsinə qədər gedib çıxıb. Krasnoyarsk şəhərindəki bir sıra əhəmiyyətli memarlıq obyektləri bilavasitə T.Mahmudovun iştirakıyla tikilib, istifadəyə verilib. Onlardan "Lokomotiv” stadionunu, çoxmənzilli yaşayış evlərini, sosial təminat obyektlərlərini, Kemçuq dəmiryol stansiyasının binasını və s. misal göstərmək olar.
O, 1992-ci ildə Krasnoyarsk mühəndis-inşaat institutunu bitirib.
1998-ci ildən T.Mahmudov aktiv ictimai fəaliyyətlə məşğul olur. Onun fəaliyyəti əsasən, Azərbaycan mədəniyyəti və ənənələrinin Krasnoyarsk vilayətində qorunub saxlanması və inkişafına yönəlib.
1998-ci ildə bilavasitə onun iştirakıyla Krasnoyarskda yerli Azərbaycan milli-mədəni muxtariyyəti ictimai təşkilatı yaradıldı. 2004-cü ildən həmin təşkilatın sədridir.
T.Mahmudovun rəhbərliyi altında bu təşkilat Krasnoyarsk vilayətinin, həmçinin şəhərin özünün sosial-mədəni və ictimai-siyasi həyatında daim iştirak edir. Həmvətənlərinə, o cümlədən Azərbaycandan gələnlərə kömək edir. Milli mədəni ənənələrin qorunması və tanıdılmasına çalışır.
2016-cı ildə T.Mahmudov Krasnoyarsk vilayətindəki Azərbaycan icmalarının nümayəndələri ilə böyük bir iş aparıb. Bu işin nəticəsində vilayətin azərvaycanlı icmalarının nümayəndələrinin konqresi keçirilib, orada yeni bir ictimai təşkilatın yaradılmasına qərar verilib – Krasnoyarsk vilayəti Regional azərbaycan milli-mədəni muxtariyyəti. Toplantı iştirakçıları yekdilliklə T.Mahmudovun sədrliyinə səs veriblər.
T.Mahmudovun rəhbərliyi altında muxtariyyət milli mədəniyyətin qorunması və inkişafı üçün böyük iş görür. Krasnoyarsk vilayətində və Krasnoyarsk şəhərində Azərbaycanın Respublika günü, Novruz bayramı və başqa əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi ənənə xarakteri alıb. Muxtariyyətin təmsilçiləri vilayətdə və şəhərdə keçirilən mədəni tədbirlərdə iştirak edirlər.
Azərbaycan muxtariyyətinin nəzdində uşaqlardan, həmçinin böyüklərdən ibarət bir neçə yaradıcı kollektiv də fəaliyyət göstərir. 2007-ci ildə yaradılmış "Odlar Yurdu” mahnı və rəqs ansamblı da T.Mahmudovun xidməti və fəxridir. Bu gün kollktivdə 5-25 yaş arası 100-ə qədər iştirakçı var. Ancambl Krasnoyarsk vilayətinin səhnələrində və başqa yerlərdə konsertlər verir, şəhər, ümumrusiya və beynəlxalq səviyyədə bir çox tədbirlərdə, festival və müsabiqələrdə aktiv iştirak edir. Ümumrusiya və beynəlxalq konkurs və müsabiqələrin laureatıdır. Ansamblın fəaliyyəti nəticəsindəazərbaycanlıların musiqi və rəqs incəsənəti ənənələri son illərdə Krasnoyarsk vilayətində çoxmilli mədəniyyətin ayrılmaz hissəsinə çevrilib. Bu iş region sakinlərində bizim tariximizə, vətəndaş cəmiyyətimizə rəğbət yaratmağa da öz töhfəsini verir.
T.Mahmudovun sayəsində Rusiyasnın azərbaycan Gənclər Təşkilatının Krasnoyarskda şöbəsi açılıb. Təşkilatın məqsədi mədəniyyət, idman, təhsil və elmi inkişaf baxımından azərbaycanlı gənclərin inkişafı, mənəvi dəyərlərin dəstəklənməsidir.
Azərbaycan muxtariyyətinin gənclərdən ibarət "Odlar Yurdu” adlı KVN komandası vilayətdə milli-mədəni ictimai təşkilatların komandaları arasında ən yaxşılardan biridir. 2016-cı ilin mayında "Odlar Yurdu” KVN üzrə Millətlər liqasının gümüş mükafatçısı, 2017-ci ilin noyabrında isə turnirin qalibi olub.
2017-ci ildə T.Mahmudovun dəstəyilə 1941-45-ci illərdə müharibədən bəhs edən "Azərbaycandan cəbhəyə” adlı kitab ərsəyə gəlib və təqdimat mərasimi keçirilib. Bu kitab vilayətin elmi-tədqiqat kitabxanasında layiqli yer tutur.
Azərbaycan milli-mədəni muxtariyyətinin sədri olaraq, T.Mahmudovun Krasnoyarskda başqa milli-mədəni ictimai birliklərin rəhbərlərilə sıx əlaqələri var. T.Mahmudov azərbaycanlıların ümumrusiya sosial-mədəni məkana inteqrasiyası üçün də böyük iş görür, Azərbaycanla Krasnoyarsk vilayəti arasında işgüzar və mədəni əlaqələrin qurulmasına, inkişafına töhfəsini verir.
İctimai fəaliyyətlə yanaşı, T.Mahmudov idman və sağlam həyat tərzinin təbliğinə də xüsusi diqqət yetirir. 2000-ci ildə onun rəhbərliyi altında Krasnoyarsk regional ictimai təşkilatı olan Ağır Atletika Federasiyası yaradılıb. İndiyə qədər federasiyaya o, rəhbərlik edir. Federasiya daimi əsaslarla fəaliyyət göstərir, şəhər və regional səviyyədə yarışlar təşkil olunur, istedadlı idmançılar yetişdirilir. Onların arasında beynəlxalq səviyyəli yarışların mükafatçıları var. Bundan əlavə, Rusiya Federasiyasının regionlarıyla bədən tərbiyəsi və idmanla bağlı sıx qarşılıqlı əlaqələr yaradılıb. Mahmudov bu fəaliyyətinə görə 2018-ci ildə təltif olunub.
İctimai fəaliyyətlə yanaşı, T.Mahmudov krasnoyarsk vilayətində özəl və çatımlı tibbin inkişafı istiqamətində də aktiv fəaliyyət göstərir. 2003-cü ildə o, "Bionika – bərpa terapiya klinikası” adlı MMC-ni təsis edib. Bu klinika 15 ildən çoxdur ki, Krasnoyarskda tibbi xidmətlər sahəsində uğurla fəaliyyətini davam etdirir. Krasnoyarsk vilayətinin və Krasnoyarsk şəhərinin ən böyük çoxprofilli özəl klinikalarından biri olan "”Bionika”da demək olar ki, tibbi ixtisaslaşmanın demək olar ki. bütün sahələri üzrə mütəxəssislər fəaliyyət göstərir. İnsanların keyfiyyətli cərrahiyyə yardımı ala bilməsi üçün T.Mahmudovun rəhbərliyi altında bu klinikada xüsusən cərrahiyyənin inkişafı prioritet qoyulub. Endoskopik cərrahiyyə, o cümlədən artroskopiya, histeroskopiya, diaqnostik laparoskopiya, miomektomiya və başqa cərrahiyyə əməliyyatları uğurla həyata keçirilir.
Krasnoyarsk şəhərində özəl klinikalardan ilk dəfə "Bionika”da 2017-ci ildə unikal tək-portlu xolesistektomiya, həmçinin eyni vaxtda laparoskopik əməliyyatlar uğurla həyata keçirilib.
T.Mahmudov Krasnoyarsk vilayətinin qubernatoru, vilayətin qanunverici orqanı, Krasnoyarsk şəhərinin başçısı, Səhiyyə Nazirliyi və başqa qurumlar tərəfindən tərəfindən dəfələrlə təşəkkür məktublarına, mükafatlara layiq görülüb, Dağıstanın Serqokolinsk rayonunun fəxri vətəndaşıdır.
Oxşar xəbərlər
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
Xəbər lenti
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
Video & Fotoqalereya
Video
Fotoqalereya