"Aşura günü azyaşlıların məsciddə nə işi var?!" - Nardaranlı axund
Dünya16 sentyabr 2018 18:13
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvaya görə, sentyabrın 20-də ölkə ərazisində Aşura günü qeyd olunacaq.
Hər il olduğu kimi bu il də Nardaran kəndlərində keçiriləcək Aşura mərasimləri diqqət mərkəzindədir. Çünki burada keçirilən Aşura mərasimləri daha çox bədənin müxtəlif hissələrinə edilən xəsarətlərlə yadda qalıb.
Bəs bu il Nardaranda Aşura mərasimi necə keçiriləcək?
Xüsusilə azyaşlılar mərasimə buraxılacaqmı?
Nardaranda yerləşən "Rəhim xanım məscidi"nin axundu hacı Musa Qasımov modern.az-a açıqlamasında Aşura günü ilə bağlı bəzi sualları cavablandırıb. Axundun sözlərinə görə, bu il də Aşura günündə Nardaranda zəncir vurmaq olmayacaq.
"Artıq bir neçə ildir ki, Nardaranda zəncir vurmaq, sinə döymək kimi hərəkətlər yoxdur. İnsanlar adi qaydada Məhərrəmlik ayinlərini icra edirlər. Həmçinin, bu cür məsələlər nəzarət altında olur. Bu il də zəncir vurub sinə döyməyəcəklər"
Məscidin axundu qanvermə aksiyasından da söz açıb.
"Nardaranda da qanvermə aksiyası keçiriləcək. Düşünürük ki, qan vermək savab işdir. Hər il olduğu kimi, bu il də qanvermə aksiyası istisna deyil".
Musa Qasımov azyaşlı və məktəb yaşında olan uşaqların Aşura mərasiminə qatılmasına da münasibət bildirib.
"Azyaşlıların məsciddə nə işi var?! Əgər məktəb yaşındadırlarsa, onların yeri məktəbdir, məscid deyil. Aşura mərasiminə uşaqların ataları, babaları, anaları gələ bilər. Məktəb uşaqları gedib dərsləri ilə məşğul olsunlar. Çünki artıq uşaqların Aşura mərasiminə qatılması xüsusi nəzarət altınadır".
Axund Aşura günü təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə də toxunub.
"Bu il də Aşura günü Nardaranda təhlükəsizlik tədbirləri gücləndiriləcək. Çünki kənardan gələn insanlar da olur. Ona görə də polis gücləndirilmiş rejimdə insanların təhlükəsizliyini təmin edəcək".
Qeyd edək ki, Məhərrəmlik ayına sentyabrın 11-də başlayıb.
Oxşar xəbərlər
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 2024 13:04
- Bakıda məsciddən oğurluq - Axundun seyfindən 20 min apardı, gecə klubunda yedi
4 aprel 2024 21:35
- Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 2024 12:29
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Müsəlmanların günü: 40%-i yoxsul, hər 5-indən biri…
11 mart 2024 22:00
- Sumqayıtın qorxu doğuran daha bir problemi: Kütləvi şəkildə çoxalan təhlükəli küçə itləri..
10 mart 2024 20:52
- Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi
8 mart 2024 12:44
- Putindən Ərdoğana ad günü təbriki
26 fevral 2024 20:57
- Nə cəza verirsiz verin, elə işlər var, mütləq həll olunmalıdır - Fazil Mustafaya qarşı terror törədəndən şok sözlər
19 fevral 2024 09:27
- Bazar günü 15° isti olacaq
3 fevral 2024 12:53
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya