BSU-da Bilik günü qeyd olunub (+FOTOLAR)
Sentyabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Bilik günü ilə bağlı təntənəli tədbir keçirilib. Tədbirin əvvəlində universitetin foyesində yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub. Mərasimin ardından Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva tələbələri yeni tədris ili münasibətilə təbrik edərək onlara dərslərində uğurlar arzulayıb. Rektor Azərbaycan təhsil sisteminin müasir dövrdə çox böyük nailiyyətlər əldə etdiyini diqqətə çatıdıraraq bəşər sivilizasiyasına böyük töhfələr bəxş etmiş Azərbaycan xalqının zəngin maarifçilik ənənələri, pedaqoji fikir tarixi ilə qürur duyduğunu dilə gətirib. Professor N.Əliyeva bildirib ki, son illər ölkəmizdə humanitar sahədə qazanılan uğurların dövlət başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatların, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Nurlana Əliyeva qeyd edib ki, Bakı Slavyan Universitetində təhsilin səviyyəsi, burada tələbələrin biliklərə yiyələnməsi üçün yaradılan şərait hər zaman diqqət mərkəzində olub. Universitetin potensialı istiqamətində mütəmadi olaraq işlər görüldüyünü deyən N.Əliyeva bu il BSU-ya qəbul sayının ötən illərlə müqayisədə daha da artdığını diqqətə çatdırıb. Rektor universitetin qarşıda duran məqsədlərindən söz açaraq deyib: ”Hazırda Bakı Slavyan Universiteti regionun xarici ölkə universitetləri ilə beynəlxalq əməkdaşlıq quran ən fəal universitetlərindən birinə çevrilib. Bu əlaqələri inkişaf etdirməklə dünya təhsilinin ən mütərəqqi ənənlərini universitetimizdə tətbiq etmək, tədris və tərbiyə sahəsində yeni uğurlara imza atmaq, universitetin maddi-texniki bazasını beynəlxalq standartlara uyğunlaşdırmaq başlıca məqsədimizdir”.
Sonra BSU tələbələrinin hazırladığı bədii kompozisiyalar, şeirlər, milli rəqslər təqdim olunub.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə olan diqqət və qayğıdan danışaraq bildirib ki, Nəsimi rayon ərazisində yerləşən ali və orta məktəblərdə həm təhsil səviyyəsinə, həm də müəssisələrin vəziyyətinə ciddi fikir verilir. İcra başçısı qeyd edib ki, təhsil ocaqlarında yaradılan münbit şərait, onların texniki avadanlıqlarla təmin olunması müasir təhsil sisteminin ölkəmizdə inkişafının göstəricisidir.
Tədbirdə bu il Bakı Slavyan Universitetinə yüksək bal toplayaraq qəbul olan tələbələrə rektor Nurlana Əliyeva tərəfindən hədiyyələr bağışlanıb. BSU-nun filologiya və xarici dil müəllimliyi fakültəsinə 622 balla qəbul olan birinci kurs tələbəsi Sitarə Şahmuradlı, 599 bal toplayan Aytac Hüseynli qazandıqları müvəffəqiyyətlə bağlı öz təssüratlarını bölüşüblər.
Millət vəkilləri Qənirə Paşayeva və millət vəkili Elman Nəsirov BSU-ya yüksək göstərici ilə qəbul olan gəncləri təbrik edərək olara təhsil sahəsində uğurlar arzulayıblar.
Bilik günü ilə bağlı təbrik nitqi ilə çıxış edən BSU-nun professoru Rəhilə Quliyeva yeni tələbə adı qazanan gəncləri öz bilikləri, bacarıqları, əxlaqları ilə cəmiyyətdə nümunə olmağa çağırıb, tələbələri ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə səsləyib.
Tədbirdə Qırğızıstan Respublikasının Azərbaycandakı sabiq səfiri Ayciqit Buranov, millət vəkilləri Sahibə Qafarova, Kamilə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, təhsil ekspertləri Şahlar Əsgərocv, Nadir İsrafilov və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbir konsert proqramı ilə davam edib.
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15