126 saylı məktəb ləğv olundu, valideynlər aksiya keçirdi
Müsahibə31 avqust 2018 11:57
126 nömrəli məktəbin şagirdləri valideynlərinə heç bir məlumat verilmədən müxtəlif məktəblərə köçürülüblər.
Bu barədə Qaynarinfo-ya valideynlərdən biri məlumat verib. O, nazirin müvafiq əmri ilə məktəbin idman təmüyyülü ediləcəyinin əsas göstərildiyini bildirib:
"İdmançılar üçün idman təmayüllü məktəb adı ilə biz valideynlərə heç bir məlumat verilmədən uşaqlarımızı ayrı-ayrı məktəblərə yönləndiriblər. Tədris ilinin başladığı bu ərəfədə şagirdlərin məktəblərindən didərgin salınması doğrudurmu? Biz valideynlər olaraq avqustun 29-da məktəbin önündə aksiya keçirərərk, etirazımızı bildirdik".
Qeyd edək ki, məktəbin müəllimləri də harada dərs deyəcəkləri barədə məlumatlandırılmayıblar. Onlar iş yerlərini itirməkdən qorxurlar. Bu səbəbdən məktəbin kollektivi ölkə başçısına və I vitse-prezidentə müraciət ünvanlayıb.
Qaynarinfo həmin müraciəti sizlərə təqdim edir:
"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Heydər oğlu Əliyevə,
Azərbaycanın birinci xanımı, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya
Cənab Prezident, çox hörmətli 1-ci vitse-prezident!
Sizə məktubla müraciət edən Bakı Şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev – 95 ünvanında yerləşən şəhid Tərlan Heybətovun adını uzun illərdir daşıyan 126 saylı tam orta məktəbin müəllim, texniki heyəti və həmin məktəbin valideyn kontingentidir- bir sözlə Azərbaycan vətəndaşları.
Cənab Prezident, Sizin respublikamızın dayanmadan inkişafı, daxili və xarici siyasət xəttinin dinamik inkişaf yolunda əvəzsiz rolunuzun olmasını bütün Azərbaycan xalqı bilir və Sizi dəstəkləyir.
Amma bu gün bizim məktəbin taleyi sual altındadır. Belə ki, 29.08.2018-ci il tarixdə məzuniyyətdən qayıdan müəllimlər məktəbin qonşuluqda yerləşən "Vətən" idman məktəbi ilə birləşmə xəbərini aldı. Təhsil Nazirliyi tərəfindən məktəbə göndərilən Binəqədi rayonunda yerləşən 248 saylı tam orta məktəbin direktor əvəzi, Təhsil Nazirliyinin əməkdaşı Xəyyam Fərəcov kobud şəkildə müəllimlərin hüququnu pozaraq, onları dinləmədən öz tapşırıqlarını verdi. İbtidai siniflərin qonşu 244 nömrəli tam orta məktəbə köçürülməsini bildirdi. Amma ibtidai sinif müəllimlərinin "nə zaman siniflərə gedə bilərik?” sualına – " 17 sentyabrda dərs başlayanda biləcəksiniz” cavabını verdi. 5 yaşlıların qeydiyyat səhifəsində 126 nömrəli məktəbin müəllimlərinin adlarının olmaması sualı – hələ o işə baxan təhsil nazirliyinin işçisinin məzuniyyətdə olması ilə izah olundu. 5 yaşlılara dərs deyəcək müəllimlərin 02.09.2018-ci ildən başlayacaq təhsil kurslarında müəllimlərin iştirak etməməsi də "3 nəfər müəllimə yenidən kurs təşkil olunacağı” bildirildi.
Cənab Prezident, nazirliyin əməkdaşı "artıq hər iş hesablanıb, möhürlənib, təsdiqlənib. Nazirin əmrinin müzakirə olunmasının deyil, həyata keçirilməsinin vacibliyindən danışdı”.
Cənab Prezident, Sizin hərtərəfli savada, biliyə malik olduğunuz bəllidir. Təhsil nazirliyinin əməkdaşı hələ də bilmir ki, müəllim artıq indidən harada dərs keçəcəyini bilməli və valideynləri təlimatlandırmalıdır.
Cənab Prezident, Sizə bildirmək istəyirik ki, bizim ərazidə - Abay Kunanbayev 95 ünvanında 2 tam orta məktəb, 3 bağça və 6 seçki məntəqəsi fəaliyyət göstərir. Məktəblərin ərazisində 3 göydələn inşa olunub. O binalardan gələn şagirdlər sıxlığının qarşısında 1 məktəb -244 saylı məktəb necə fəaliyyət göstərəcək? Hal – hazırda Sizin və Respublikanın birinci xanımının – Mehriban xanımın təşəbbüsü ilə ucqar rayonlarda yeni məktəblərin tikildiyi bir zamanda Bakı şəhəri, Binəqədi rayonu , 7-ci mikrorayonun ərazisində 2 məktəbdən 1-nin idman litseyi,digərinin tam orta təhsil müəssisəsi olması şagird sıxlığının qarşısını ala biləcəkmi? 2019/2020-ci tədris ilində ibtidai bazası olmayan bir məktəbdə 5-11-ci siniflərdə şagird azlığı olacağı təqdirdə həmin siniflərdə işləyən fənn müəllimlərinin aqibəti necə olacaq? Təhsil Nazirliyi 80 nəfərlik idman məktəbinə 1005 nəfərlik tam orta məktəbi qurban verir.
Cənab Prezident, inanırıq ki, 126 saylı məktəbin müəllim və valideyn heyətinin gələcək fəaliyyəti Sizin uzaqgörən siyasətiniz nəticəsində tezliklə öz həllini tapacaq.
Hörmətlə:
Şəhid Tərlan Heybətov adına 126 saylı məktəbin kollektivi"
Oxşar xəbərlər
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- İNTİHAR edən hərbçimizin FOTOSU
25 mart 2024 10:19
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- SON DƏQİQƏ! Moskvada ölənlərin sayı 40-a çatdı - 100-dən çox insan isə...
22 mart 2024 22:45
- İcra başçısı xanım müavinini işdən çıxarıb - NİYƏSİ bilnmir...
22 mart 2024 19:13
- Sünbülə Əliyeva martın 20-də gecə saat 11 radələrində yaşadığı evdən aparılıb
22 mart 2024 18:26
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya