Anar Nağılbazın 1-ci arvadı nələr dedi...
“Çox xahiş edirəm, imkan versinlər uşaqlarım bu gündən sonra gün görsün. Onsuz da onlar kifayət qədər zərbə alıblar. Anar haqq dünyasına qovuşsun. Söz söhbəti də yığışdırsınlar”.
Bu sözləri Axşam.az-a reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva deyib.
Anjelika reperin ölümündə onu günahlandıran qayınanasının sözlərinə münasibət bildirib:
“Mən Allah deyiləm. Can verməmişəm ki, can da alım. Anar mənim alqışımla yaranmayıb ki, qarğışımla da ölsün. Bilmirəm, qayınanamın mənə qarşı məqsədi nədir. Ona qarşı pis olmamışam. Həmişə deyirəm, deyəcəm də, o da mənə qarşı pis olmayıb. Başa düşürəm, övladını itirmiş anadır. Amma mənim heç bir günahım yoxdur. Ev pulu almağımın da o videoya heç bir dəxli yoxdur. Əlimdə o videonun mənim yaymadığımı sübut edən sənədlər var. Bu sənədlər də hamıya təqdim olunacaq. Sübut yoxdur ki, mən kimisə şantaj eləmişəm. Mən kiməm ki, kimisə şantaj edim? Bəli, uşaqlarımın haqqını tələb etmişəm. Hansı qadın istəyər övladları küçədə qalsın? Bunu tək mən yox, o ailə də düşünməlidir. Oğlumun 10, qızımın 6 yaşı var, körpə deyillər. Hər şeyi başa düşürlər. Evdən məhrum eləmisiniz, vidalaşmağa da qoymadınız”.
A.Cəbiyeva yas mərasiminə getməmə səbəbini də açıqlayıb:
“Düzdür, getmədim. Çünki nə anası istədi, nə də atası. Rizvan müəllim uşaqların ataları ilə vidalaşmasına icazə vermədi. Uşaqları bundan da məhrum elədilər. Bilmirəm məqsədləri nədir. Başımın üstə Allah var, Rizvan müəllim mənimlə pis danışmadı. Dedi ki, indi gəlmə. Qəbir üstə səni də, uşaqları da apararam. Orada gedib vidalaşarsız. Çünki yoldaşımın xasiyyətini tanıyıram. Mənə qulaq as, gəlmə. Ona görə də getmədim”.
Cəbiyeva Anarın ölüm xəbərini hələ də övladlarına demədiyini söyləyib:
“Anarın yadigar 2 övladı var. Biri anasının adını daşıyır, Şərqiyyə, digəri Tamerlan. Uşaqlarım ikinci dəfə atasız qaldılar. Düşünə bilmirəm ki, oğluma atasının öldüyünü necə deyəcəm. İki gündür içimdə qovruluram, üzünə baxa bilmirəm. Tamerlan Anarın yadigarı olaraq qalacaq, onun soyadını daşıyacaq”.
O, eyni zamanda bildirib ki, ailə həyatı qurandan Anar xəstə olub:
“Anamın evində saxlayıb onun müalicəsini mən etdirmişəm. Xəstəxanaları gəzmişəm. Həkimlər deyib ki, ona içki içmək olmaz. Dünən də atasına zəng vuranda dedim ki, qaraciyərini müalicə eləmişdiniz, nə oldu? O da dedi ki, içki içirdi. 3 il əvvəl qayınatamla da xəstəxanaya apardıq, bütün analizlərini verdik. Demişdim ki, Anar içmək olmaz sənə”.
Anjelika sonda keçmiş həyat yoldaşına Allahdan rəhmət diləyib:
“Anar elədiyini elədi. Haqq dünyasına qovuşdu. Allah günahlarını bağışlasın. Bundan sonra kimin başına nə gələcəyini bilmirik. Heç kim həyatdan sığortalanmayıb. Bundan sonra gərək elə yaşayaq ki, uşaqlar daha çox zərbə almasınlar. Ona görə söz-söhbəti yığışdıraq. Onsuz da ataları bunları küçədə qoydu getdi, bundan sonra onların haqlarını tapdalamaq nə dərəcədə düzgündür? Çox xahiş edirəm, mən nəvələrinizin anasıyam, bəsdirin. Başıma nələr gətirmədiniz. Bundan sonra mənə rahatlıq verin, uşaqlarımı böyüdüm. Hamımız ölüb gedəcəyik, o dünyada cavab verəcəyik. Kim kimə şər atırsa, yalan danışırsa, Allah qarşısında cavab verəcək. Qorxmurlar? Bəsdirin artıq. Qoyun, heç olmasa, ölən də öz yerini tapsı
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 2024 21:03
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Bir sıra məhkəmələrə hakim və sədrlər təyin edildi - SİYAHI
8 aprel 2024 14:29
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15