Adnan Oktarın trilyonluq sərvəti: mülklər, avtomobillər, antik əşyalar.... (FOTOLAR)
Mədəniyyət12 iyul 2018 14:38
İstanbul polisi trilyonlarla sərvəti olan Adnan Oktarın Osmanlı sultanlarından heç də geri qalmayan yaşam tərzini ortaya çıxarıb. Əməliyyat zamanı həbs olunan Oktarın mülkiyyəti dövlət tərəfindən müsadirə edilib və şirkətlərinə qəyyum təyin edilib.
İstanbulun 4 rayonunda aparılan əməliyyatlar hazırda da davam etdirilir.
Qaynarinfo Türkiyə mətbuatına istinadən onun müsadirə edilən mülklərinin və sərvətinin siyahısını sizlərə təqdim edir:
İstanbulun Kandilli səmtində 180 dərəcə dəniz mənzərəli malikanə
İnsanları şantaj etməkdə təqsirləndirilən Adnan "Cartier" markalı qol saatı taxır, "Lacoste", "Beymen" və "Vakko" kimi məşhur brendlərin paltarlarını geyinir. Xüsusən köynək seçimində "Armani" və "Ferre" firmalarına üz tutur.
Onun "Cherookee" və "Mercedes" markalı avtomobilləri var.
A.Oktarın Kandillidəki villası 30 hektarlıq meşəlik ərazidə yerləşir. Bu saraya getmək üçün 750 metr uzunluğunda xüsusi yol çəkilib.
Yol boyu uzanan ağacların və xətlərin üzərində 50 ədəd təhlükəsizlik kamerası yerləşdirilib. Yolda hər 250 metrdən bir 4 ayrı dəmir qapı var. Bu yol bitdikdən sonra 100 metrlik daş döşənmiş ayrı bir yol başlayır.
Yolun sonunda Adnanın ikimərtəbəli, içərisi antik əşyalarla dolu olan evi görünür. Evdə çoxlu peyk antenalarının olması da xüsusi olaraq diqqət çəkir. 2 ədəd hovuz, süni göllər olan malikanədə hər yay zadəgan təbəqə üçün partilər təşkil edilirdi.
Silivri Fenerköy səmtində Pembeköşk adlı bağ evi
Bağ evinə üzərində xüsusi işləmələri olan böyük bir darvazadan keçilir. 24 saat təhlükəsiz kameraları ilə nəzarət edilən bu obyektdə Oktarın 4 ədəd iti var. Bunlardan ikisi "Doberman" cinsidir.
Buradakı villa ikimərtəbəlidir. Villanın arxasında isə ucu bucağı görünməyən sahə var. Bağda birisi böyük olan 2 ədəd süni göl yaradılıb. İçəridə həmçinin parnik, cıdır meydanı, çoxlu heykəllər, fantanlar, böyük və kiçik çardaqlar, sultanların taxtlarına bənzər dəbdəbəli, bəzəkli kreslolar var.
Qarajında 2 ədəd "Grand Cheroki" cip, bir ədəd "Mercedes", "Kartal" və "Siena" avtomobilləri saxlanılır.
Özünün də müsahibələrində dediyi kimi heç bir yerdə çalışmır, yəni, bilinən konkret bir işi yoxdur, yazdığı kitablarını bellə pul müqabilində satmırdı. Bəs təkrar da olsa, yenə bu sual ortaya çıxır:
Bu dəyirmanın suyu hardan gəlir?
Çingiz Səfərli
Oxşar xəbərlər
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- 20 yaşında kəndinin muxtarı oldu - Fotolar
4 aprel 2024 21:12
- Prezident Sankt-Peterburqun qubernatorunu qəbul etdi - Yenilənib - Fotolar
3 aprel 2024 13:36
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Gözəllik müsabiqəsinin qalibi də həlak olub - Fotolar
24 mart 2024 05:39
- Moskvadakı terrorda şübhəli bilinənlər belə həbs edildi –Saxlanılan zaman çəkilən FOTOLAR /VİDEO
23 mart 2024 14:36
- Terrorda şübhəli bilinən 2 nəfər saxlanılıb, 4-ü axtarılır - Fotolar
23 mart 2024 14:05
- Emindən ilk - Reaksiya
23 mart 2024 08:04
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya