- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
Əli Həsənov: "Xaos yaratmaq istəyənlər qanunun sərt üzünü görəcəklər"
Müsahibə11 iyul 2018 13:24
"Gəncədə yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafında daha sıx birləşməsini tələb edir”.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov özünün "Facebook" səhifəsində yazıb. O, daha sonra əlavə edib:
"İyul ayının 3-ü axşam Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə bağlı BBC əməkdaşının sualına cavab verərkən, mən ilkin məlumatlardan çıxış edərək söyləmişdim ki, "bu icra başçısına qarşı törədilmiş kriminal hadisədir, silahlı basqın olub, başçı və mühafizəçisi xəsarət alıb, hadisəni törədən şəxs yaxalıanıb, hüquq mühafizə orqanları lazımi tədbirləri görürlər”. Belə ağır cinayət hadisələri zamanı müvafiq orqanların rəyi olmadan daha təfsilatlı şərhlə çıxış etməyi düzgün hesab etmədim. Bir dövlət məmuru kimi mənim həmin açıqlamam, əlbəttə ki, dövlətin hadisəni nəzarətə götürdüyü haqqında cəmiyyəti məlumatlandırmaq istəyi ilə əlaqəli olmuşdu.
İyulun 6-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı birgə məlumatda baş vermiş cinayətin terror xarakteri, cinayəti törədən Yunis Səfərovun xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi bildirildi. Həm yerli, həm xarici mediada dərc olunmuş materiallarda, sui-qəsdçinin həyat yoldaşının bir neçə dəfə yayımlanmış video müraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi "sosial zülmə” qarşı etiraz olaraq deyil, məhz Suriyada uğrunda döyüşdüyü "ideallar” naminə - şəriət dövləti bərqərar etmək üçün törətdiyi bəlli oldu.
Yunis Səfərov maddi təminatı yüksək olan bir ailənin üzvüdür, xarici vətəndaşdır və təbii ki, Azərbaycanın hansısa bölgəsində sosial ədalət naminə "solçu inqilabı” haqqında düşünməyəb də. Açıqlamalardan göründüyü kimi, o, bu əmələ uzun illər hazırlaşıb, öz niyyətini həyata keçirmək üçün müvafiq məqam və tapşırıq gözləyib. Görünür, Mingəçevir şəhərində baş vermiş qəza ilə əlaqədar yaranmış gərginlik bunun üçün əlverişli məqam hesab edilib.
Sözügedən dairələrə yaxın xarici media və Facebook səhifələrinin hələ 2017-ci ilin əvvəllərində Gəncə İH başçısı haqqında islamofob və anti-şiə imici yaratmaq cəhdləri Azərbaycan KİV-lərində müzakirə olunmuşdu. Bu ilin əvvəllərindən isə müəyyən reket nəşrlərdə Elmar Vəliyevin kobud rəftarı haqqında dərc edilən materialların sayında kəskin artım müşahidə edilmişdi. Görünür, ölkə əhalisinin dini mövzulara o qədər də həssas olmaması səbəbindən onun barəsində "sosial zülmün səbəbkarı” imici formalaşdırmağa ehtiyac varmış.
Hadisə baş verdikdən dərhal sonra radikal dini səhifələr və saytlar, Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı KİV-lər Yunis Səfərovu yeni "gəncəbasar qisasçısı”, "qəhrəman” elan etməyə tələsdilər. Bu dəfə də onlara Avropadakı iaşə müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, Leyla Yunusova kimi anti-milli ünsürlərdən kömək gəldi. Rusiyada "talış separatçısı kimi ad-san qazanmış” İsmayıl Şabanovun, Hollandiyada eyni statusla yaşayan Ələkrəm Hümbətovun çevrəsi cinayətkarın müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər. 2016-cı ilin aprel döyüşləri zamanı erməni hərbi mundiri ilə ekranlardan Azərbaycanı, Azərbaycan əsgərini aşağılayan bir xain ona şeir də həsr etdi. Təsadüfi deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə sistemli ideoloji təxribatla məşğul olan bəzi xarici dini saytlar da bu günlərdə xüsusi canfəşanlıq göstərdilər. Kimə məxsusluğu bəlli olmayan Ru-clip.ru saytının Youtub kanalı isə "Səda HD” kimi təqdim olunan şirkətin hazırladığı və üsyana səsləyən 5 klip - çağırış yayımladı.
Beləliklə, biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən "iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik. Xarici anti-Azərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq olar, ancaq daxildən onlara dəstək verən, poilis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil.
Belə həssas vəziyyət cəmiyyətimizin, bütün vətəndaşlarımızın milli dövlətçilik ətrafında daha sıx birliyini tələb edir. Xüsusən ictimai rəyə təsir imkanı olan insanlar - millət vəkilləri, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, siyasi fəallar, media və QHT təmsilçiləri daha həssas davranmalı, iqtidara və ya onun ayrı-ayrı nümayəndələrinə bəslədikləri fərdi münasibətlərlə dövlət və Vətən mənafelərini bir-birindən fərqləndirməlidirlər.
XIX əsr Rusiyasında Vera Zasuliç adlı qadın ilk terror aktını həyata keçirəndə rus ziyalılarının müəyyən kəsimi onu qəhrəman kimi təqdim etməyə çalışmışdı və buna qismən nail də olmuşdular. Həmin terrorun mifləşdirilməsi ilə başlayan hadisələr sonrakı dövrdə Rusiyada üç inqilaba, milyonlarla insanın vətəndaş savaşında həlak olmasınadək inkişaf etmişdir.
İdeoloji təxribat deyəndə bir məqamı da yada salmaq yerinə düşərdi. Yaxın tariximizdə Azərbaycan əsilli xarici vətəndaşın törətdiyi ilk terror aktın Azərbaycan Dövlət Neft Akademiyası hadisəsidir. Amma həmin terror öz hədəfinə çatmamış, terror aktı, onu törədən şəxs və arxasındakı qüvvələr cəmiyyət tərəfindən birmənalı olaraq lənətlənmişdilər. Bu dəfə də terror Azərbaycan əsilli xarici vətəndaş tərəfindən törədilib. Amma qeyd etdiyim kimi, ona ictimai bəraət qazandırmaq üçün uzun müddətli iş aparılıb. Bəzi sosial səhifələrdə "qalxın, digər şəhərlərdə də bunu təkrar edin” çağırışları terrorun yeni dalğasına çağırış kimin qiymətləndirilə bilər. Çünki bu, aksiyalarda Azərbaycan vətəndaşlarının kütləvi iştirakını təmin etmək məqsədi güdülür.
1970-ci illərin ikinci yarısında Türkiyədə solçular və sağçılar öz aralarındakı gərginliyi və dövlətlə anlaşılmazlıqları silah, "devrim”(əslində terror) gücünə həll etməyə başlayanda Süleyman Dəmirəlin dediyi məşhur bir ifadə yadıma düşdü: "Cümhuriyyət polisinə güllə atan əllər kəsilməlidir”. Əlbəttə ki, bununla müasir Türkiyədə heç də Osmanlı dövlətinin tarixinə aid olan sərt cəzanın birbaşa tətbiqi nəzərdə tutulmurdu, dövlətin məmurunu terror edənlərin sərt şəkildə cəzalandırlmasınin vacibliyinə diqqət çəkilirdi.
Əminliklə deyə bilərəm ki, Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər qanunun sərt üzünü görəcəklər və ən ciddi şəkildə cəzalandırılacaqlar. Bununla yanaşı, təsadüfən, hadisə ictimai maraq kəsb etdiyinə görə, öz iradələrinin əleyhinə olaraq bu əməlin iştirakçısına çevrilmiş hər kəsi bu yanlış addımlardan çəkinməyə dəvət edirəm. Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu olmamalıdır və bu dəyərlərə təhlükə yarandıqda hər bir vətəndaş, hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş etdirməlidir. Buna görə də Azərbaycan dövlətinin terror və terror çağırışlarına qarşı atacağı sərt addımların ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən düzgün anlaşılmalı, geniş kütlələrə düzgün mesajlar verilməlidir. Hər hansı səbəb və ya bəhanə ilə terrora bəraət qazandırmaq cəhdləri yolverilməzdir, sosial səhifələrin aktiv iştirakçıları və KİV nümayəndələri yazı, rəy və şərhlərində müvafiq qanunvericiliyin tələblərini və dövlət maraqlarını unutmamalı, hadisələrə daha peşəkar və obyektiv yanaşmalıdırlar”.
Oxşar xəbərlər
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Bir sıra məhkəmələrə hakim və sədrlər təyin edildi - SİYAHI
8 aprel 2024 14:29
- Bir sıra məhkəmələrə hakim və sədrlər təyin edildi - SİYAHI
8 aprel 2024 14:29
- Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Əkrəm Həsənov
8 aprel 2024 10:14
- Vəkil nazirə fermerlərin saxta sənəd düzəltmə səbəbini yazdı – qoyunları qırxmaq, çimizdirmək...
6 aprel 2024 15:04
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
Xəbər lenti
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
- Kür çayında batan ata və altı yaşlı qızının FOTOSU
13 aprel 10:05
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 09:29
- Çingiz Abdullayev xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
13 aprel 08:38
- Əməkdar artist vəfat etdi
12 aprel 21:21
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 21:03
- Türkiyədə 2028-ci il seçkiləri: Əkrəm İmamoğlu, yoxsa Səlcuk Bayrakdar?
12 aprel 12:56
Video & Fotoqalereya
Video
Fotoqalereya