Beyləqanda 16 yaşlı məktəbli qızı zorlayan şəxs yerli məmurlar tərəfindən müdafiə edilir
BakuNews.az-a daxil olan məlumatda Beyləqan rayonunda 16 yaşlı, həddi buluğa çatmayan məktəbli N.X. iki uşaq atası Qubadov İlkin Qubad oğlu tərəfindən qaçırılaraq zorlanıb. Azyaşlının atası Əvəz Nəcəfov ilə əlaqə saxlayan əməkdaşımıza zərərçəkənin atası aşağadakıları bildirdi:
- Qızım N.X 10-cu sinifdə oxuyur. Ən böyük arzusu 11-ci sinifi bitirib gələn il ali məktəbə qəbul olmaq idi. İyunun 11-də repititor yanına getmək məqsədilə evdən çıxan qızım, Beyləqanda əlil və şəhid ailələri üçün tikilmiş binanın yanından keçərkən hənirtiyə çevrilib baxır. Bu zaman qarşısında İlkin Qubadovu görür. Xatırladım ki, Beyləqanda böyük biznes şəbəkələri və fermaları olan İlkin bir neçə gün öncə qızımın qarşısını kəsərək onu sevdiyini deyib. Qızım İlkinin bu hərəkətlərinə görə onu şiddətlə qınayıb. Bu zaman İlkin qızıma kimsəyə bir söz deməməyi tapşırıb. Məndən və anasından utanan övladım bu hadisə haqqında bizə də danışmayıb. İyunun 11-də İlkin yenidən qızıma yaxınlaşıb və iyrənc təklifini təkrar edib. Qızım onu sərt sözlərlə rədd etdikdə isə o bir az kənarda dayanmış ağ rəngli Vaz-2107 markalı avtomovbilə işarə verib. Həmin avtomobilin sahibi İlkinin yaxın qohumu Süleymanov Elşən Allahyar oğlu avtomobili onların yanına sürür. Fiziki görkəmcə cılız olan qızımı zorla maşına əyləşdirirlər. Sonradan qızımın söylədiyinə görə avtomobilin yan şüşələridə tamailə pərdə ilə örtülü olub. Bu da onu göstərir ki, hadisə əvvəlcədən planlaşdırılıb. İlkin qohumunun avtomobilini özlərinə məxsus fermaya sürdürür. Fermanın olduğu ərazidə sovet dönəmindən qalma iki mərtəbəli ev var. Qızım maşından özünü yerə atmaq istəyəndə İlkin onu silahla hədələyib. Və qızıma bildirib ki, əvvəlcə onu, sonra məni, anasını və qardaşını öldürəcək. Fermada onları Bahadur adlı çoban və onun həyat yoldaşı qarşılayıb. Onu da qeyd edim ki, qızımın qaytarılmasından sonra müstəntiqin Bahadura “bəs sən nə üçün İlkinə mane olmadın?” – sualına, o, “İlkin fermaya tez-tez kafelərdən əxlaqsız qızlar gətirir. Elə bildim ki, bu qız da onlardandır.” – cavabını verərkən özüm eşitdim. Fermada İlkin azyaşlı qızıma dərman verib. Sonra o qızıma iki ədəd dolmanı məcbur yedizdirib və su içirib. Qızım sonradan bildirdi ki, o daha nəyin baş verdiyini xatırlamır.
Mən qızımın qaçırıldığını eşitdikdə dərhal evə gəldim. Qohumlara zəng etdik. Onlarla birlikdə rayon polis şöbəsinə gedərkən yolda İlkinin yaxın qohumu Rahil Əliyev bir neçə nəfərlə bizim qarşımızı kəsdi. Biz onlara yaxınlaşanda onlar İlkinə məxsus qara rəngli “Prado”da oturmuşdular. Rahil mənə hadisə ilə bağlı polisə şikayət etməmyi bildirdi və əlavə etdi ki, lazım gələrsə razılaşarıq. Bu sözlərdən sonra mən ona bildirdim ki, ölkədə qanunlar var və İlkin mütləq cəzalanmalıdır. Mənim qızım hələ azyaşlıdır. O isə iki uşaq atasıdır. Xatırladım ki, Rahil qızımın başına silah dirəyib ona guya öz arzusu ilə gəldiyini etirafa məcbur edənlərdən olub. Halbuki qızımın zorla qaçırılması zamanı əlil və şəhid ailəlri üçün tikilən binada kirayə qalan polis əməkdaşı Namiqin (soyadını dəqiqləşdirə bilmədik - redaksiya) oğlu görüb və dərhal atasına zəng edərək məlumat verib. Polis əməkdaşlarının hadisə yerinə gəlməyi də məhz Namiqin zəngindən sonra olub.
Biz Rahil və onun yanıdakılardan ayrılaraq polis şöbəsinə gəldik. Həmin vaxt şöbədə cəmi bir növbətçi zabit və təxminən 3 nəfər polis əməkdaşı var idi. Onlara hadisə ilə bağlı məlumat versək də, cavabları yalnız bir cümlə oldu: rəis və müavinlər yerində deyil. Halbuki qanunla əməliyyat qrupu yaradılmalı və həmən fəaliyyətə başlamalı idilər. Çünki nəticədə azyaşlı məktəbli oğurlanıb. Beləliklə həmin gecə səhərə qədər polis şöbəsinin qarşısnda dayansaq da, kimsə bizim harayımıza səs vermədi. Hətta növbətçi zabit bizə “yatmağa gedirik. Bizim istirahətimizi pozma” – deyə mənə amiranə şəkildə göstəriş də verdi. Səhəri gün mən Beyləqan RPŞ-nin rəis müavini, cinayət axtarış şöbəsinin rəisi Akif Nəsirovla görüşdüm və hadisə ilə bağlı ona məlumat verdim. Məni laqeyidliklə dinləyən Akif Nəsirov bildirdi ki, qrup yaradıb məsələni araşdırarıq. Mən onun laqeyidliyinə etiraz edəndə isə rəis müavini üstümə çımxıraraq bildirdi ki, biz indi Avropa standartları ilə işləyirik, məhkəmə qərarı olmasa kimsəni həbs edə bilmərik. Sonradan öyrəndim ki, Akif Nəsirov İlkinin atası Qubadın xalası oğludur. Beləliklə dəfələrlə 102 xidmətinə zəng edəndən sonra iyunun 12-də qızımı polis idarəsinə gətirdilər. Onun vəziyyəti bizi dəhşətə gətirdi. Qızım özündə deyildi. O gah gülür, gah da ağlayırdı. Mən müstəntiqə qızımın ruh halının yerində olmadığını desəm də, o buna fikir vermədi. Qızım özünə gələndən sonra bildirdi ki, İlkin ona çəhrayi rəngli dərman veribmiş.
Mən ekspertiza tələb etsəmdə Beyləqan RPŞ-nin rəhbərliyi buna ehtiyac olmadığını dedilər. Təkidli tələbimdən sonra onlar bizə RMX-yə müraciət etməyi tövsiyyə etdilər. Mən dəfələrlə bizimlə birlikdə getmək üçün polis ayırmlarını desəm də Akif Nəsirov buna razı olmadıq. Nəhayət Beyləqan MRX-nın ekspertinin mobil telefonunu öyrəndim və ona zəng etdim. Ekspert həkim işi ilə bağlı Bakıda olduğunu dedi. Yenidən polis idarəsinə qayıtdıq. Artıq bu dəfə məni kimsə qəbul etmədi. Məcbur olub rayon prokuroruna müraciət etdim.
Prokurorluqda da eyni mənzərə ilə qarşılaşdım. Xeyli mübahisədən sonra ekspert baxışı təyin olundu və qızımın təcavüzə məruz qalması ilə bağlı rəy verildi. Nəhayət 4 gündən sonra mülki formada olan polis rəisi Fizuli Şıxəliyevin qəbulunda olduq. Əvvəlcə bizi polis şöbəsinin dəhlizində dinləmək istəyən rəisə şikayətimizi otağında söyləyəcəyimizi dedik. O məcbur olub bizi otağına dəvət etdi. Kresloda oturan kimi gərnəşərək laqeyidliklə başını qaşıyan rəisə üzləşdiyimiz problemlə bağlı məlumat verdik. 4 gündür ki, sizin qəbulunuza düşmək istəyirik amma sizi tapa bilmirik dedim. O yenidən gərnəşərək iclasdaydım dedi. Həyat yodaşım rəisin laqeydliyindən bezərək ona iradını bildirdi. Bundan əsəbləşən rəis bildirdi ki, siz mənə minnətdar olmaq əvəzinə məni ittiham edirsiniz, çıxın bayıra. O bizi otağından qovdu.
Xatırladım ki, qızımın başına gələn hadisədən şoka düşən onun təhsil aldığı məktəbin kollektivi polis və prokurorluğa gələrək rəsmi müraciət ediblər. Lakin Beyləqan rayon Təhsil Şöbəsinin müdirəsi Xuraman Rüstəmova həmin müəllimlərə təzyiq etməyə başlayıb. Xuraman Rüstəmova müəllimlərə işdən çıxmaları ilə bağlı hədələyib. Bu isə müəllim kollektivini xeyli hiddətləndirib. Onu da bildirim ki, artıq Beyləqanda qızları yuxarı sinifdə oxuyan valideyinlər övladlarını məktəblərdən çıxrmaq istəyirlər. Valideyinləri bu işə rayonun hüquq mühafizə orqanlarının mənim başıma gələn hadisəyə açıq-aşkar laqeyidliyi vadar edib. Onu da nəzərinizə çatdırım ki, rayon polis şöbəsinin əməkdaşı mənə “burada səs-küy salmaqdansa get İlkini öldür gəl bura” – deyə bildirmişdi. Mən məsələni rayon prokuroruna deyəndə isə o mənə daha dəhşətli yol göstərdi “onu etmirsənsə, onda özünü yandır”.
Əməkdaşımız Beyləqan rayon prokurorunun özünü təqdim etməyən köməkçisi ilə əlaqə saxlayaraq hadisəyə münasibət bildirməsini istəsə də, “Prokuror hal-hazırda iş saatı bitdiyi üçün prokurorluqda deyil, onunla məsləhətləşmədən heç nə deyə bilmərəm, mümkünsə sabah zəng edin” – deyə cavab verdi. “Hadisə ilə bağlı həbs olunan varmı?” - sualımıza isə “bu haqda da nə isə deyə bilmərəm” - cavabını aldıq.
Araşdırmalarımız davam edir.
Redaksiya yazıda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırdır.
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31