Tapdıq Abbas BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi: “1000 manata sürücülük vəsiqəsi"
“Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəhbərliyinə qarşı sərt ittihamlar irəli sürüb.
Azinforum.az baş redaktorun “Facebook” hesabında “Respublika Dövlət Yol Polisinin inzibati binasında açıq rüşvət yığılır” başlığı ilə paylaşdığı yazını təqdim edir:
“Bu gün əməkdaşımızın sürücülük hüququ almaq məqsədi ilə iştirak edəcəyi imtahan prosesini izləmək üçün Respublika Dövlət Yol Polisinin inzibati binasında yerləşən imtahan mərkəzində oldum. Bu prosesdə iştirak etməyimin əsas məqsədi bir ilə yaxın zaman ərzində əməkdaşımızın bir neçə dəfə imtahan verməsinə baxmayaraq, guya, onun suallara tam doğru, yəni kompüterə yerləşdirilmiş 10 sualdan ən azı 9-na cavab verə bilmədiyini bəhanə gətirərək, onu sürücülük hüququ qazanmaqdan məhrum etmələrinin səbəbini öyrənmək idi. Sürücülük vəsiqəsi almağa çalışan əməkdaşımız bir neçə dəfə peşəkar müəllimlər tərəfindən yoxlanılaraq, bütün sualları doğru cavablandırmasına şahid olduğum üçün il ərzində bir neçə dəfə Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun hər həftənin V günlərinə təyin edilmiş qəbuluna yazılıb, yaranmış vəziyyəti ona çatdırmağa çalışsam da, öyrəndim ki, cənab general Ramiz Zeynalov adəti üzrə vətəndaşları özü qəbul etmir və qəbulu üçüncü-dördüncü dərəcəli işçilərinə həvalə edir. Həmin aşağı vəzifəli şəxslərə müraciət etməyin isə, heç bir nəticə vermədiyinin şahidi oldum və səbirli olub, hadisələrin durulmasını gözləməyi qərara adım”.
Baş redaktor yazır ki, əməkdaşının sürücülük vəsiqəsi əldə etməsinə nail olmaq üçün bütün normal vasitələrdən, o cümlədən Mətbuat Şurasının sədri Əflatun Amaşovun köməyindən də istifadə edib, lakin nəticəsi olmayıb: “Bəli, əməkdaşımızın sürücülük vəsiqəsi əldə etmək üçün mövcud normal vasitələrdən və şəxsi münasibətlərdən istifadə edərək, bütün mərhələləri ardıcıl olaraq keçdim, hətta DYP-nin qəbuluna düşdüyüm məsul şəxslərdən birinin tövsiyyəsi ilə fevralın 21-də Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova bu işə hüquqi yardım göstərməsi üçün müraciət etdim. İnsafən, o da kamalı-ədəblə jurnalistə dəstək verəcəyini bildirdi. Bir neçə gün sonra cənab sədr bildirdi ki, əməkdaşınızın imtahan verəcəyi günü mənə məlumat veriləcək, mən isə sizə deyəcəyəm. Artıq o zamandan nə az-nə çox, düz 3 ay keçməsinə baxmayaraq, cənab sədrə verilən söz də təsdiqini tapmadı və bütün ümidlər tükəndi”.
T.Abbas yazır ki, bütün bu cəhdlər nəticə vermədikdən sonra qərara alıblar ki, “dağdan-daşdan düşüb”, problemin üstünə sadə yolla getsinlər, yəni RÜŞVƏT VERİB, ŞƏXSİYYƏT VƏSİQƏSİNİ ALSINLAR. Sitat: “Nəhayət, səbr kasamızın dolduğunu və sürücülük vəsiqəsini rüşvətsiz əldə etməyin mümkün olmadığını yəqin etdikdən sonra, əməkdaşımız ölkəmizdə bütün problemlərin çox asan həlli yolu olan əlahəzrət RÜŞVƏTin köməyindən faydalanmaq zorunda qaldı. Bu gün (Mayın 23-də-red.) səhər saat 9-45-də Respublika DYP İdarəsinin ikinci mərtəbəsində iş otağında əyləşən yüksək çinli zabitin (Adını qeyd etməyə ehtiyac duymuram) şəxsən özünə əməkdaşımız tərəfindən 1000 (min) manat pul verildi. Bundan sonra zabit 2 saat ərzində bütün proseslərin başa çatacağını və əməkdaşımızın sürücülük vəsiqəsini bu gün alacağını bildirdi. Bax belə, Azərbaycanda sürücülük vəsiqəsini asan yolla əldə etməyin çox adi hadisə olduğunu və ictimaiyyətdə sürücülük vəsiqəsinin rüşvətlə əldə edilməsi barədə geniş yayılmış rəyin tam doğru olduğunu bir daha təsdiqlədik”.
Baş redaktor daha sonra BDYPİ rəisi Ramiz Zeynalovu hədəfə götürür, ona qarşı ittihamlar irəli sürür: “Söhbət açdığım bu eybəcərlik, əlbəttə, çox ağır cinayət hadisəsidir və kimin tərəfindən törədilməsindən asılı olmayaraq, Azərbaycan dövlətinə aşikar şəkildə arxadan vurulan dəhşətli zərbədir. Bu, eyni zamanda, ölkə Prezidenti cənab İlham Əliyevə qarşı, onun ölkədə və dünyada həyata keçirdiyi möhtəşəm inkişaf proqramlarının iflasına hesablanmış, vətəndaşların dövlətə etibarının kökündən sarsıdılmasına istiqamətləndirilmiş ağır xəyanətdir və dövləti cinayətdir! General Ramiz Zeynalovun uzun illərdir kreslosunu zəbt etdiyi məsul dövlət vəzifəsini xalqa xidmət vasitəsindən xalqa qarşı cinayət alətinə çevirməsinin əyani təsdiqidir! Əgər cəmiyyətin bütün üzvlərinə gündəlik qanuni normal xidmət etməli olan Respublika DYP İdarəsində bu cür hədsiz rüşvət bumu yaşanırsa, vətəndaşlardan aşikar rüşvət alınırsa, bu hadisə sıradan olan hal kimi qiymətləndirilə bilməz. Jurnalistin biliyini imtahan prosesində normal qiymətləndirmək əvəzinə, kompüterə gizlin müdaxilə etməklə, sürücülük vəsiqəsini onu rüşvət verməyə məcbur etmə yolu ilə vermək bu anlama gəlir ki, biz heç kimdən qorxmuruq, kimdən istəsək, rüşvət ala bilərik, gedin, kimə və hara istəyirsiniz, deyin! Bu cür eybəcər və ləyaqətsiz hərəkət dövlətə və dövlət başçısına qarşı xəyanət və meydan oxumaq deyilmi?! Əgər media əməkdaşına bu cür şərəfsizcəsinə münasibət göstərilirsə, bəs, o zaman sıravi insanlarla necə davranırlar DYP-da, görəsən Allah?!”
Səslənən ittihamlarla bağlı BDYPİ-nin də mövqeyini dinləməyə hazırıq.
NUH.az
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20