Azərbaycanda 3 universitet yaradılır
Maqazin21 may 2018 12:10
Azərbaycan adambaşına düşən ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır.
Bu barədə deputat Qüdrət Həsənquliyev, Türkiyə prezidentinin 20 yeni universitetin yaranması barədə qanun imzalamasını şərh edərkən və özünün 3 yeni universitetin yaradılması ilə bağlı Milli Məclisdə qaldırdığı məsələ ilə bağlı danışarkən APA-ya açıqlamasında deyib.
Q.Həsənquliyevin sözlərinə görə, o parlamentdə Azərbaycanın üç tarixi şəxsiyyətinin adına yeni bir universitetin yaradılması məsələsini qaldırıb: "Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş üç tarixi şəxsiyyətin M.Ə.Rəsulzadənin gələn il, Heydər Əliyev və Əbülfəz Elçibəyin bu il yubileyləri olacaq. Onarın hər birinin adına yeni bir universitet açsaq həm onların ruhunu şad edərik, həm də xalqımız bundan faydalanar. Nəzərə alsaq ki, Azərbaycan adambaşına düşən ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır”.
Deputat Gömrük Komitəsinin Akademiyasını Azərbaycan Respublikası Gömrük Komitəsinin Heydər Əliyev adına hüquq və iqtisadiyyat Akademiyası adlandırılmağı təklif edib: "Bu günlərdə Gömrük Komitəsinin yeni rəhbərliyi ictimaiyyət nümayəndələri ilə gömrükdə şəffaflıq mövzusunda dəyirmi masa təşkil etmişdi. Mən də həmin tədbirdə iştirak edirdim. Bəlli oldu ki, bir çox sahibkarlar elektron gömrük bəyannamələrini doldura, müasir informasiya texnologiyalarından istifadə edə bilmirlər. 2012-ci ildə Prezident fərmanı ilə yaradılmış GK-nın Akademiyasında bir fakültə üzrə iki ixtisas var və ildə cəmi 44 tələbə qəbul edir. 6 il keçməsinə baxmayaraq Qəbələdə tikilməsi nəzərdə tutulan Akademiyanın binası və tələbə yataqxanası hələ də tikilib başa çatmayıb”.
Q.Həsənquliyev qeyd edib ki, müasir bir ali məktəbin fəaliyyətə başlaması imkan verəcək ki, Qəbələ turizmlə yanaşı Azərbaycanın yeni bir elmi, mədəni mərkəzinə çevrilsin. Artıq ölkə Prezidenti Qəbələyə dəmir yol xəttinin çəkilməsi barədə də göstəriş verib. Akademiyada hüquq və iqtisadiyyatla yanaşı, beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq əlaqələr, maliyyə, mühasibat uçotu, biznes idarəçiliyi və s. bu kimi fakültələr olmalıdır. Eyni zamanda həmin fakültələrdə ingilis dilli bölmələr olmalı, tələbələrin sayı isə minlərlə sayılmalıdır. Akademiya yalnız GK üçün yox ölkə üçün, özəl sektor və xarici ölkələr üçün də kadrlar hazırlamalıdır”.
Milli Məclisin deputatı, Bakı ətrafında Rəsulzadənin adına Azərbaycanın çox ehtiyac hiss etdiyi yeni bir texnologiya universitetinin açılmasını məqsədəuyğun sayıb: "Belə bir universiteti hansısa nüfuzlu universitetin filialı kimi də açmaq olar. Həm də özəl universitet kimi”.
"Üçüncü, ictimai siyasi elmlər universitetini isə Ordubadda Əbülfəz Elçibəyin adına açıb Azərbaycanın bu dilbər guşəsinin hərtərəfli inkişafına böyük töfhə vermiş olarıq.
Müasir dünyada elmə və təhsilə qoyulan investisiya ölkənin inkişafını, xarici ölkələrdən tələbə cəlb etməklə ölkənin mədəniyyətini təbliğ etməyə imkan verir. Xarici tələbələr ölkəyə valyuta gətirməklə yanaşı həm də o ölkənin dostlarına çevrilirlər. Böyük Britaniyada 437000 xarici tələbə təhsil alır ki, bu ümumi tələbələrin 19%-ni təşkil edir. Həmin tələbələr ölkədə 206600 iş yerinin açılmasını təmin edib və ölkə xarici tələbələrdən 27 milyard £ ildə pul qazanır. Bu bizim manatla 61 milyard edir. Bizim universitetlərə kifayət qədər xarici tələbə cəlb edə bilməməyimizin əsas səbəblərindən biri də tələbə yataqxanalarının olmamasıdır. Hökumət və təhsil nazirliyi bu barədə də təxirəsalınmaz ciddi qərarlar qəbul etməlidir”, – deyə Q. Həsənquliyev bildirib.
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Azərbaycanda sakinlərin yoxa çıxdığı, sirli qəbirlərin olduğu kənd - VİDEO
11 aprel 2024 11:28
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Azərbaycanda Ramazan bayramı qeyd olunur
10 aprel 2024 11:19
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya