Cəlilabadda həkimin naşılığı 2 yaşlı körpənin həyatına son qoydu (FOTO)
Dünya5 may 2018 13:30
"Cəlilabadda 2 yaşlı Əli İsmayılov dondurma yediyinə görə deyil, həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib”.
Bunu "Report”un bölgə müxbirinə açıqlamasında körpənin dayısı Fazil Gözəlov deyib.
O, Cəlilabad Diaqnostika Mərkəzinin həkimi Müslüm Abdiyevigünahlandırıb: "Körpə rentgen olundu, diaqnoz qoyuldu. Lakin öləndən sonra hüquq mühafizə orqanlarına "valideynlərinə pnevmaniyadır dedik” söyləyiblər. Deyək ki, belədir. Necə olur kİ, ilk müayinədən sonra iki yaşlı körpəyə 12 antibiotik dərman preparatı yazılır? Hansı ki, həmin dərmanların 6-sı aptekdən alnıb və axşam ikisi ev şəraitində tətbiq olunub. İki yaşlı xəstəyə bu qədər antibiotik yazıla bilərmi?! Digər tərəfdən, belə bir ağır durumda olan xəstənin evə buraxılması nə dərəcədə doğrudur? Qeyd edim ki, ilk gün uşaq evə gətirilərkən qıc oldu. Həkimlə əlaqə yaratdıq, bəzi yüngül smeslərdən istifadə olunaraq iynə vurulmasını məsləhət gördü. Bundan sonra körpə şoka düşdü. Dərisini qoparacaq dərəcədə dəri aşınması baş verdi. Növbəti dəfə həkimə gətirilib damarına iynə vurularkən dünyasını dəyişdi. Hətta bundan sonra anlaşılmaz bir şəkildə süni nəfəs aparatına qoşuldu. Bütün bu baş verənlər təsdiq edir ki, övladımız həkim naşılığı və səhlənkarlığı səbəbindən ölüb”.
Həkim Müslüm Abdiyev isə "Report”a açıqlamasında Əli İsmayılovun müalicəsinin qayda və tələblərə uyğun şəkildə aparıldığını iddia edib: "Rəsmi araşdırma aparıldığı üçün subyektiv fikirlərə yol vermək tərəfimdən doğru olmaz. Bir onu deyə bilərəm ki, tətbiq olunan müalicə və Əlinin doğmalarının reseptə çoxsaylı antibiotiklərin yazılması ilə bağlı iddiaları müvafiq həkim ekspertiza komissiyasının rəyindən sonra tam açığa çıxacaq. Hesab edirəm ki, biz doğru olanı etmişik. Əli İsmayılovun müalicəsi qaydalara və tələblərə uyğun şəkildə aparılıb."
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Əli İsmayılovun atası Allahverdi İsmayılovSərhəd Qoşunlarında xidmət edir.
Oxşar xəbərlər
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
8 may 2024 00:22
- Novruz Məmmədov vəzifəsindən azad edildi
7 may 2024 15:58
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
7 may 2024 14:18
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
7 may 2024 11:42
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
7 may 2024 01:02
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
4 may 2024 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
4 may 2024 17:23
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
4 may 2024 11:51
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
2 may 2024 18:19
Xəbər lenti
- Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
08 may 16:23
- Azərbaycanda yeni idman növü yaradıldı
08 may 12:50
- Prezidentlərin geniş tərkibdə görüş keçirilir (YENİLƏNİB)
08 may 12:25
- İşdən çıxarılan məşhur cərrah danışdı
08 may 10:22
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
Video & Fotoqalereya
Video
Fotoqalereya