Nona Qaprindaşvili: "Şəhriyar dünya çempionu olmağa qadirdi"
Vüqar Həşimov Memorialını izləmək üçün Şəmkirə qonaq gələn Gürcüstan şahmatının canlı əfsanəsi, beşqat dünya, on bir qat olimpiya çempionu Nona Qaprindaşvili ShamkirChess 2018 turnirinin rəsmi saytına müsahibə verib.
“Qafqazinfo”nun məlumatına görə, məşhur qrossmeyster ilk olaraq superturnir haqqında danışıb: "Şəmkirdə ilk dəfə qonağam. Əslində açılışdan sonra Gürcüstana qayıtmalıydım. Lakin iştirakçıların adını öyrənəndə bir neçə gün Şəmkirdə qalmağa qərar verdim. Çox güclü heyət formalaşıb. Maqnus Karlsen, Şəhriyar Məmmədyarov, Sergey Karyakin və digərlərinin Şəmkirdə yarışması şahmat bayramıdır. Xüsusilə yarışın Vüqar Həşimovun xatirəsinə həsr olunmasını qeyd etmək istəyirəm. Vüqar gənc yaşında bizi tərk etdi. Onun yoxluğunu qəbul etmək çox çətindir. Ona görə belə turnirlərin təşkili çox vacibdir. Artıq 5-ci dəfə keçilir, deməli özünəməxsus tarixə malikdir".
Nona Qaprindaşvili Berlində keçirilən İddiaçılar Turnirini izlədiyini və Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun çıxışını yüksək qiymətləndirdiyini bildirdi: "Şəhriyar son iki ildə çox möhtəşəm oyun sərgiləyir. Berlindəki yarışda qələbə qazanmağa çox yaxın idi. Bir məğlubiyyət onu geri saldı. Bununla belə Şəhriyarın potensialını yüksək qiymətləndirirəm. Bu adam dünya çempionu olmağa qadirdi. Sadəcə ilk olaraq çempionla görüşə vəsiqə qazanmaq lazımdır. Ümumiyyətlə Azərbaycanda şahmat inkişafdadır. Daha çox kişi şahmatçıların uğurlarını izləyirik. Məmmədyarov, Rəcəbov, Məmmədov və digərlərinin Avropada güclülər sırasında olmasını unutmaq olmaq. 2017-ci ildə Azərbaycan komandası üçüncü dəfə Avropa çempionu oldu. Adi komanda qitə çempionu ola bilməz".
Noyabrda Londonda dünya şahmat tacı uğrunda görüş baş tutacaq. Hazırkı çempion Maqnus Karlsen ABŞ təmsilçisi Fabiano Karuanaya qarşı mübarizə aparacaq. Qaprindaşvili bu dueldə Karlseni favorit hesab etdiyini dedi: "Hər iki şahmatçı çox güclüdür. Amma Maqnusu rəqibindən daha üstün sayıram. Bu gənc oğlan ardıcıl neçə il çempion titulunu qoruyur. Deməli qələbə qazanmağa gücü az deyil. Karlsen çox peşəkar idmançıdır. Onun turnirlərdəki çıxışı, hazırlığına heyranam. Sanki o ancaq şahmat haqqında düşünür".
ShamkirChess 2018 superturnirinin təşkilatçılığı barədə danışan gürcü şahmatçı iştirakçıları xüsusi qeyd etdi: "Azərbaycanda güclü şahmat və təşkilatçılıq ənənələri var. Sizin Ümumdünya Şahmat Olimpiadasını necə keçirməyiniz unudulmayıb. Sizin şahmat yarışlarına xüsusi yanaşması var. Superturnir yüksək səviyyədə təşkil olunub. Heyət çox güclüdür. İlk turda zala daxil olanda köhnə illəri yada saldım. İnanın, ShamkirChess 2018 kimi turnirdə iştirak etməyi hər şahmatçı arzulayır. Bu heyəti görəndə şahmat oynadığım vaxtlar yadıma düşdü. Bir anlıq mən də bu iştirakçıların yanında olmaq, belə turnirdə qələbə uğrunda yarışmaq istəyərdim".
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Azərbaycanda sakinlərin yoxa çıxdığı, sirli qəbirlərin olduğu kənd - VİDEO
11 aprel 2024 11:28
- Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Əkrəm Həsənov
8 aprel 2024 10:14
- 20 yaşında kəndinin muxtarı oldu - Fotolar
4 aprel 2024 21:12
- NAR-ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
2 aprel 2024 20:18
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09