Səlim Müslümov pensiyaların artımından danışdı
İqtisadiyyat16 aprel 2018 12:39
Sosial ödənişlər sisteminin birinci istiqaməti üzrə sığorta prinsipinə söykənən, mahiyyətinə və miqyasına görə əhalinin sosial müdafiəsinin mərkəzi həlqəsi olan və mühüm makroiqtisadi təsir gücünə malik pensiya təminatı ilə hazırda 1,3 mln. nəfər, başqa sözlə, əhalinin 13,3 faizi əhatə olunur.
Qaynarinfo xəbər verir ki bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.
Onun Sözlərinə görə, ölkəmizdə 2006-cı ildə qurulan müasir sığorta-pensiya sisteminin uğurlu fəaliyyəti, həmçinin həyata keçirilən məqsədyönlü sosial müdafiə tədbirləri əhalinin layiqli pensiya təminatının artırılmasına əsas yaratmaqla, pensiyalarda ildən-ilə artım dinamikasını şərtləndirib: "2006-2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyasının baza hissəsinin artırılması ilə əlaqədar 9, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 11 sərəncam verilib, eləcə də əvvəlki dövrlərdə qazanılmış pensiya hüquqlarının yeni sistemə inteqrasiyası istiqamətində ardıcıl qərarlar qəbul edilib. Nəticədə əmək pensiyasının baza hissəsinin məbləği 4,4 dəfə artıb, pensiyanın sığorta hissəsinin inteqrə olunmuş indeksləşdirilmə göstəricisi 116 faiz təşkil edib".
Pensiya islahatlarının davamı olaraq 2017-ci ildə aparılmış köklü dəyişikliklər nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən təmizlənib, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən ayrılmış, fərdi uçot sistemində "açıq hesab" prinsipi tətbiq olunmuş və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilib.
Görülmüş tədbirlər nəticəsində əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il 1 yanvar tarixinə 208,4 manat olmuş, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə nisbəti, yəni əvəzetmə əmsalı 28 faizdən 44,2 faizə yüksəlmişdir. 2017-ci il ərzində əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 3.289,6 milyon manata çatmışdır ki, bu da 2003-cü ilə nisbətən 17 dəfə çoxdur.
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə görə Azərbaycan postsovet ölkələri arasında ilk ikilikdə, yaşa görə pensiya üzrə əvəzetmə əmsalına görə isə 1-ci yerdə qərarlaşıb. Azərbaycanda yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti 0,5 faiz təşkil edir və əgər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatlarına nəzər salsaq, görərik ki, inkişaf etmiş ölkələr də təqribən eyni səviyyədə göstəriciyə malikdirlər.
Azərbaycan Prezidentinin imzaladığı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 9 fevral 2018-ci il tarixli Sərəncamı da pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addım olmaqla, əmək pensiyalarını əvvəlki ilin orta aylıq əmək haqqı artımına uyğun şəkildə cari ilin əvvəlindən daha 5,7 faiz artırmağa imkan verib.
Ölkənin davamlı iqtisadi inkişafı şəraitində çoxsaylı yeni iş yerlərinin açılması, habelə iqtisadi fəaliyyəti stimullaşdıran pensiya islahatları sosial sığorta daxilolmalarının əhəmiyyətli artımını şərtləndirib. Bunun əyani ifadəsi kimi, 2017-ci il ərzində sosial sığorta haqları üzrə gəlirlər 2003-cü illə müqayisədə 9,4 dəfə artaraq 2,1 mlrd. manat təşkil etmiş, o cümlədən qeyri-büdcə sektoru üzrə 2003-cü ilə nisbətən 1,2 mlrd. manat və ya 8,8 dəfə çox sosial sığorta haqqı daxil olmuşdur. Sosial sığorta daxilolmaları hesabına ildən-ilə özünü göstərən artım pensiyaların vaxtlı-vaxtında maliyyə təminatını həyata keçirməyə imkan vermişdir.
Oxşar xəbərlər
- İstədiyimiz nəticəni əldə edə bilmədik - Ərdoğan seçkidən danışdı
1 aprel 2024 10:30
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- Crocus City Hall-da YALIN ƏLLƏ terrorçunu zərərsizləşdirən şəxs danışdı - VİDEO
23 mart 2024 18:55
- Həbs olunan terrorçu danışdı: Pula görə elədim... - VİDEO
23 mart 2024 16:18
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Ordumuz 1 saata bu kəndləri geri qaytaracaq - SENSASİON ANONS VERİLDİ
17 mart 2024 11:26
- Prezident Natəvanın heykəlindən danışdı
14 mart 2024 17:53
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Bağırov və Beriya müsavatçı olublar - Ermənilərlə 40 il bir evdə yaşayan inqilabçının qohumu DANIŞDI
11 mart 2024 00:30
- Qaqarini 1967-ci ildə ölümdən xilas edən dostu DANIŞDI
11 mart 2024 00:00
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya