“Buna mane olan məmur özbaşınalığıdır” - Etibar Məmmədov
Aprelin 11-də prezident seçkiləri keçirildi. İlham Əliyev səs çoxluğu ilə növbəti 7 il üçün Azərbaycan prezidenti seçildi. İndi hər kəsi bundan sonrakı islahatlar maraqlandırır. Bəs seçkilərdən sonra bizi nə gözləyir? Azərbaycan iqtisadiyyatı necə qurulmalıdır?
Mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının lideri (AMİP) Etibar Məmmədov Modern.az-ın suallarını cavablandırıb. Onun sözlərinə görə, seçkilərdən sonra dəyişikliyi hamı istəyir. “Qanunvericiliyə görə, seçkidən sonra hökumət yenidən qurulmalıdır. Hamının ürəyindən keçir ki, indiki hökumət köklü şəkildə dəyişdirilsin və gəncləşdirilsin. Özünün proqramı olan bir hökumət formalaşsın və xalqın da bundan da xəbəri olsun. İslahatları həyata keçirməyə hazır olan hökumət qurulsun. Fikrimcə, hamının gözlədiyi də budur”.
AMİP lideri Nazirlər Kabinetinin dəyişilməsindən danışarkən bunu sırf yaşla əlaqələndirmədiyini bildirib. “Təkcə yaş baxımından hökumətdə gəncləşməni nəzərdə tutmuram. Düşüncə baxımından da gəncləşməlidir. Hökumətdə müasir düşüncəli komandanın olmasına ehtiyac var. Zənnimcə, hamımız onu istəyirik”.
Azərbaycan iqtisadiyyatının inkişaf tempindən danışan Etibar Məmmədov monopoliyaya son qoyulmasının zəruriliyini söyləyib. “İqtisadiyyatımız gəncləşmə nəticəsində məmurların əlindən alınmalı və sərbəstləşməlidir. Monopoliyaya son qoyulmalıdır. Azadlıqlar təmin olunmalıdır ki, insanlar sərbəst və qanunauyğun şəkildə iqtisadi fəaliyyətlə məşğul ola, öz istəklərini həyata keçirə bilsinlər. İndiyə qədər buna mane olan həmin məmurların özbaşınalığı, qanunları pozması idi. Bu da iqtisadiyyata böyük ziyan vurur.
Eyni zamanda, mənəviyyata da ziyan vurur. İnsanların düşüncəsini də pozmaqla bədbinlik yaradır. Ona görə də düşünürəm ki, bunların dəyişməsinə ehtiyac var. Xüsusən də kiçik və orta sahibkarlığa yardım istiqamətində sərbəstlik verilməsinə ehtiyac var”.
Qeyd edək ki, prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 1 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20