Bayramov qardaşları nazir təyin ediləcək? - Maliyyə Nazirliyində təşviş
Cəmiyyət6 aprel 2018 19:28
Nazir Samir Şərifov və onun Maliyyə Nazirliyindəki sadiq komandasına daxil olan şəxslərin bu ilin mart ayının 14-də Azərbaycan Beynəlxalq Bankının (ABB) Müşahidə Şurasındakı vəzifələrini itirmələri barədə məlumat vermişdik.
Xatırladaq ki, maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramov hələ Cahangir Hacıyevin zamanından başlayaraq uzun illər ABB-də Müşahidə Şurasının sədri olub.
"Reytinq”in məlumatına görə, Azər Bayramovun rəhbərlik etdiyi 5 nəfərdən ibarət Müşahidə Şurasının tərkibində Samir Şərifovun daha iki kadrı da təmsil olunub. Bunlar Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanovla, Maliyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışan Mahir İsrəfilov idi. Lakin ABB-dəki son iclasda yenidən formalaşan Şurada Samir Şərifovun bu 3 kadrı "vuruldu”. Bütün bunlar isə onun rəhbərlik elədiyi Maliyyə Nazirliyində də müzakirələrə səbəb olub.
Məlumata görə, Azər Bayramovun ABB-dən uzaqlaşdırılması nazirlikdə yeni söz-söhbətlərə rəvac verib. Bəziləri iddia edir ki, prezident seçkilərindən sonra növbə Maliyyə Nazirliyinə çatacaq və bu qurumdakı korrupsiya şəbəkəsi hədəfə çevriləcək.
İddialara görə, Samir Şərifov nazirlikdaxili prosesləri birinci müavini vasitəsi ilə deyil, məhz müavini Azər Bayramovun əli ilə reallaşdırır: "Son bir neşə ildə Azər Bayramov nazirlikdə özünü nazir kimi aparırdı. Bu, onun qardaşı Ceyhun BayramovunTəhsil Nazirliyində əvvəl aparat rəhbəri, daha sonra nazirin 1-ci müavini təyin edilməsi ilə daha qabarıq görünməyə başladı. Mikayıl Cabbarov vergilər naziri təyin edildikdən sonra isə çoxları düşünürdü ki, tezliklə Azər müəllimin qardaşı təhsil nazir təyin ediləcək. Lakin belə bir anda onun özünü ABB-dən uzaqlaşdırdılar. Üstəlik, qardaşının nazir təyinatı da reallaşmadı. Təbii ki, bütün bunlar Azər Bayramovun simasında bəzi maliyyəçi məmurlarda xəyal qırıqlığı yaradıb”.
Məlumatda bildirilir ki, A. Bayramovun zəifləməsindən ən çox narahat olanların başında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusibov durur: "O, məhz Azər Bayramovun köməyi ilə Gəncə Dövlət Universitetinin rektoruna qarşı əndazəyə sığmayan kampaniya aparıb, onu "yıxdı”. Bu barədə ölkə KİV-ləri ayrı-ayrı vaxtlarda məlumatlar yayıblar. Dərhal da həmin universitetdə prorektor işləyən qardaşı Yusif Yusibovun rektor təyinatı həyata keçirildi. Sözsüz ki, bütün bunlar Azər Bayramov-Ceyhun Bayramov qardaşlarının Mikayıl Cabbarova minnətçi düşmələrinin hesabına baş verdi. İndisə Mikayıl Cabbarov digər nazirliyə göndərilib, postuna isə Ceyhun Bayramovun gətiriləcəyini, bununla da iddia sərhədlərinin daha da genişlənəcəyini düşünən Cavanşir Yusibov son vaxtlar baş verənlərdən narahat olub. Çünki Samir Şərifovdan daha çox, Azər Bayramovu özünə lider sayan Cavanşir Yusibov bilir ki, liderinin çöküşü ona da, hətta qaydalara zidd oyunla rektor təyin edilmiş qardaşına da problem yarada bilər”.
Maliyyə Nazirliyinin əməkdaşlarından biri "Reytinq”ə deyib ki, A. Bayramovun nazirlikdəki fəaliyyəti onun şəxsi mənafeyinə xidmət edir: "Azər Bayramov vəzifə səlahiyyətlərindən istifadə edərək, ancaq şəxsən tanıdığı, dostları, qohumları və həmyerlilərini bir çox şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirib. Rayonların büdcəsində nəzərdə tutulan xərclər yalnız onun şəxsi tanışları, dostları və qohumları tərəfindən, onların təsis etdiyi firma və şirkətlər vasitəsi ilə aparılır. Bu isə nazirlikdə korrupsiyanın sistem halında çalışması deməkdir. Halbuki, dünyanın heç bir yerində elə bir sistem yoxdur ki, bir şəxs həm dövlət büdcəsinin xərclərini, həm də aparılmış xərclərin təftişini həyata keçirsin. Ancaq Azər Bayramov çox ustalıqla Samir Şərifovun etimadını qazanaraq, həm ölkəmizin büdcə xərcləri "təsnifatı"nı aparır, həm də büdcə xərclərinin təftişini həyata keçirir. Beləliklə, Azər Bayramov dövlət büdcəsində qanunsuz aparılan xərclərin və küllü miqdarda mənimsəmələri ört-basdır etmək imkanı qazanır”.
Məlumatlı şəxsin sözlərinə görə, dövlət büdcəsinin xərclər bölgüsünün strukturuna nəzər yetirdikdə aydın görmək olur ki, A. Bayramovun səyi və şəxsi təşəbbüsü ilə mal alışı və xidmətlərin göstərilməsi ilə bağlı xərclər bütün şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsindən ya tamam, ya da qismən çıxarılır. Bu isə mərkəzi icra hakimiyyəti orqanlarının büdcəsinə əlavə olunur: "Bu xərclər əsasən Maliyyə Nazirliyinin nəzdindəki Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən həyata keçirilir. Xəzinədarlıq Agentliyinin rəhbəri isə kənar adam deyil, o, Azər Bayramovun dostu və qrup yoldaşı Elman Piriyevdi. Sonrakı mərhələdə isə Cavanşir Yusibov ortaya girir və o, təftiş adı ilə nazir, komitə sədri, agentlik direktoru və icra başçılarından tutmuş, hətta məktəb direktorlarına qədər bir çox məmurlarla haqq-hesab çəkir. Nəsə, bunlar başqa mövzunun materialıdır. Ancaq əmin olun ki, hazırda Maliyyə Nazirliyindəki proseslər, o cümlədən Dövlət Xəzinədarlığı ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinə də nəzarəti həyata keçirən Bayramov burada da "ipi” əlində cəmləyib. Halbuki, Dövlət Xəzinədarlığı ilə Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti üst-üstə düşə bilməz və bir-birinin əksi olan iki quruma bir şəxsin nəzarət etməsi dövlətin gələcəyi və korrupsiyaya qarşı müabrizə aspketindən düzgün deyil. Bu işin belə qurulması dövlətin maliyyə vəsaitlərinin asanlıqla talan olunmasına şərait yaradır. Ancaq görünən odur ki, Azər Bayramov – Cavanşir Yusibov - Elman Piriyev tandeminin bütün qanunsuz əməllərinə, həmçinin, hətta nazir, komitə sədri və icra başçılarının büdcəsinə də müdaxilə etmələrinə nazir Samir Şərifovun göz yumması səbəbsiz deyil. Lakin onun da mövqeyinin son aylar zəifləməsi, Azər Bayramovun ABB-də üzləşdikləri, qardaşının isə nazir təyinatının gerçəkləşməməsi nazirlikdəki qruplaşmada ciddi narahatlıq yaradıb”.
Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya