“Övladlarımın üzünü görmürəm”- Məlahət Abbasova
Əməkdar incəsənət xadimi Məlahət Abbasovanın Milli.Az-a müsahibə verib.
– Məlahət xanım, sizi yenidən doğma Bakıda görməyimizə şadıq. Bu dəfə hansı qonaqla gəlmisiniz?
– Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Mən 28 ildir ki, Türkiyədə yaşayıram. Mən həm də İstanbul Şəhər Teatrında aktrisa, bədii rəhbər vəzifəsində çalışıram. Demək olar ki, bütün televiziya kanalları hansı məşhurla görüşmək istəyibsə, mənə zəng edib. Sizin seriallardan gördüyünüz, tanıdığınız aktyorların 80 faizi bizim teatrda çalışır. Onlar həmişə məni görəndə deyirdilər ki, Məlahət, bizi nə vaxt Bakıya aparırsan? Məndə belə bir ideya yarandı. Hamısından da soruşdum ki, sizi Bakıya verilişimə dəvət etsəm, gələrsiniz? Bu əslində bir növ bizim aktyorların və teatrlarımızın da tanıtımıdır. Mənə də bu lazım idi ki, biz onların məşhurlarını tanıyırıq, onlar da bizim məşhurları tanısınlar. Bakıya sonuncu dəfə aktyor Emil Olcay və Hüseyn Avni Danyalı gətirdim.
– Hal-hazırda Türkiyədə nə kimi işlər görürsünüz?
– Teatrda direktorun müavini vəzifəsindəyəm. Həm aktrisalıq edirəm, həm də tamaşaya quruluş verirəm. Bu teatr Avropa və Asiyanın ən böyük teatrıdır. 1000-ə yaxın işçimiz var. Bu cür böyük teatrda çalışmaq həqiqətən də qürurvericidir.
– Bakıdakı teatrlardan dəvət gəlsə, gəlib işləyərsiniz?
– Tamaşa qoymağa gələrəm (gülür).
– Azərbaycanda hal-hazırda yayımlanan serialları izləyirsiniz?
– Keçən həftə yeni nəsili tanımaq üçün bir neçə serialı izlədim. “Ögey ana”, “Vicdan haqqı” seriallarına baxdım, çox gözəldir. Mən inanıram ki, bundan da yaxşı olacaq. Siz bilirsiniz ki, serial istehsalına görə Türkiyədə dünyada birinci yerdədir. Azərbaycanda da seriallar arasında böyük rəqabət var. Qısqanclıq olmasın, xainlik olmasın, amma rəqabətin olması gözəldir.
– Bu gün əksər gənclər istəyir ki, xaricə gedib, orada uğur qazansınlar. Həqiqətənmi Türkiyəyə gedib, orada tanınmaq asandır?
– Mənə heç də asan olmadı. Aşıq Veysəlin bir sözü var “Uzun incə bir yoldayam, gedirəm gündüz-gecə”. Bu uzun, incə yolu məni uzun illər keçdim. Türkiyənin özündə böyük rəqabət var. İstəyirlərsə, gəlsinlər, bacarsalar mən də əlimdən gələni edərəm.
– Türkiyədə elə aktyorlar var ki, “massovka”da çıxış edərək, tanınıblar.
– Bəli, elə məndə də bu hal olub. Bəzən məni tənqid edirlər ki, gedib kiçik rol oynayır. Mənim bir serialda 5 gün çəkilişimə teatr imkan vermir. Bu gün seriallarda gördüyünüz bir çox aktyorlar vaxtilə bizim teatrda çalışıb, bir az məşhurlaşandan sonra teatrı tərk ediblər. Məsələn, Halit Ergençi misal gətirə bilərəm. İllər öncə o sırf teatr aktyoru idi. Onlar əslində istəyirlər ki, teatrda çalışsınlar, amma nə vaxtları var, nə də ki, maddiyat baxımdan seriallardan əl çəkmək istəmirlər.
– Məlahət Abbasova səhnədən uzaqda necə yaşayır?
– Bilirsiniz ki, iki övladım var. İşlərim o qədər çoxdur ki, onları az görürəm. İşim bitən kimi evimə gedirəm, seriallar, teatr qalır qapı arxasında. Onlarla çox vaxt keçirmək istəyirəm, bəzən elə olur ki, övladlarımın üzünü görmürəm. Evdə sırf anayam.
– Bakıya gələndə teatrlarımıza getməyə vaxt tapırsınız?
– Bəli, gedirəm. Sonuncu dəfə “Sən həmişə mənimləsən” tamaşasına getmişəm. Bu tamaşa mənə çox maraqlı idi. Siz bilirsiniz ki, mən illər öncə həmin teatr tamaşasının televiziya variantına çəkilmişəm.
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Prokuror dövlətə xəyanətdə təqsirləndirilən şəxsə 18 il cəza istədi
20 dekabr 2023 20:58
- Abzas Media" rəhbərliyinin xarici donor təşkilatları ilə gizli əməkdaşlığı ifşa olunub - EKSKLÜZİV ARAŞDIRMA
26 noyabr 2023 10:39
- Baş redaktor Sevinc Vaqifqızı da saxlanıldı
21 noyabr 2023 12:00
- Həbsdən çıxan kimi müğənni bacısını öldürdü - VİDEO
15 noyabr 2023 15:02
- İslam necə nifrət dininə çevrildi? - Fəxri Uğurlu
2 oktyabr 2023 16:53
- Ali Attestasiya Komissiyasında diplom alveri -ŞOK FAKTLAR
18 avqust 2023 12:37
- MTN şefi Eldar Mahmudovun qardaşı dedi ki, mənimlə olmasan uşaqlarını öldürəcəm
17 iyun 2023 20:58
- Menecerlərin uca boylarından pulun üzünü görə bilmirik...
8 iyun 2023 07:49
- Naxçıvanda 20 il əvvəl qardaşı tərəfindən.. QƏTLin üstü açıldı..
11 may 2023 14:35
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06