Deputatlar süni bahalaşmadan danışdılar
Qarşıdan Novruz bayramı gəlir. Bu isə bahalaşmaya yeni bir bəhanə gəldiyini deməyə əsas verir. Hər il bayram öncəsi ət və ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. Bu il də bayram öncəsi bahalaşma dalğası gözəniləndir.
Son vaxtlar ən çox qiymət artımı kərə yağı və ərzaq məhsullarında özünü göstərir. Mütəxəssislər isə dəfələrlə bildiriblər ki, bahalaşmanın iqtisadi əsasları yoxdur. Qiymət artımı ilə bağlı dəfələrlə dövlət orqanları qarşısında məsələ qaldırılıb. Hətta Milli Məclisin iclaslarında bəzi deputatlar ərzaq mallarının bahalaşmasına etirazlarını bildiriblər. Amma hələ ki bahalaşmanın çarəsi tapılmır ki, tapılmır...
Azərbaycan Milli Məclisin deputatları bu dəfə Modern.az-a bayramqabağı süni qiymət artımının olması ilə bağlı danışıblar.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib ki, hər il bayramqabağı süni qiymət artımı olur.
“Əsasən bayram süfrəsinə daxil olan ərzaq məhsullarının qiymətində artımlar müşahidə edilir. Novruz bayramı ilə əlaqədar daha çox fındıq, qoz, un, şəkər tozu, yumurta, yağ və s məhsulların qiyməti qalxır. Hesab edirəm ki, qiyməti aşağı salmaq üçün alternativ tədbirlər görülməlidir. Yerlərdə yarmarkalar açılmalıdır. Bu yarmarkalarda qiymətlər bazarla müqayisədə 20-30 faiz aşağı olsun. İnsanlar da məhsullarını həmin yarmarkalarda ucuz qiymətə sata bilərlər. Çünki bazar rəqabətə dözə bilməyib qiymətləri aşağı salacaq. Bununla da qiymət artımının qarşısı alına bilər”.
Deputat bildirib ki, xarici ölkələrdə bayramlardan sonra endirimlər başlayır.
“Bu endirimlər hətta 30,40,50 faizi əhatə edir. Son zamanlar bizdə də belə endirimlər başlayır. Bu çox yaxşı addımdır. Hesab edirəm ki, bayram öncəsi bir çox şəhərlərdə- Bakıda, Sumqayıtda, Gəncədə, Mingəçevirdə və.s şəhərlərdə yarmarkalar açılmalıdır”.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib ki, prezident İlham Əliyevin də qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı ilə bağlı atdığı addımlar artıq ölkədə qeyri-neft sektorunun prioritet bir sahəyə çevrilməsinə, xeyli dərəcədə ərzaq təhlükəsizliyimizin təmin olunması üçün böyük bir meydanın verilməsinə gətirib çıxarıb.
“Xüsusən bayramqabağı bahalaşma ilə bağlı olaraq bu məsələ nəzarətə götürülməlidir. İndi qarşıdan Novruz bayramı gəlir, bizim adət-ənənəmizə uyğun olaraq başqa bayramlarda olmasa da bu bayramda hər kəs süfrəsini biraz zəngin saxlamağa çalışır. Bizdə bu qədər qeyri-neft məhsulları, kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda bazarda qiymətlər enməlidir, çünki daxildə istehsal çoxdur. İstehlakçılar artıq daxili bazardan tələbat malları alırlarsa, demək ki, xaricə nisbətən daha ucuz qiymətlərə alırlar. Ucuzlaşma əvəzinə bahalaşmanın olması absurd bir məsələdir, mən hesab edirəmki, müvafiq icra strukturları yenə monopolistlərə qarşı mübarizədə səfərbər olmalıdırlar.
O bildirib ki, tarladan süfrəyə bir qida zənciri mexanizmi var.
“Amma tarladan bazara, bazardan da istehlakçının süfrəsinə qədər o yoldakı baryerləri aşmaq üçün tədbirlər görülməlidir ki, birbaşa istehsal edənlərin bazara çıxmaq imkanları olsun. Arada vasitəçilik edənlər qiymətlərə təsir edə bilməsinlər. Süni şəkildə qiymətləri qaldırmasınlar. Ola bilər bu biraz bəsit məsələ görünsün, amma aztəminatlı ailələr üçün bu çox mühüm məsələdir. Bayram ərəfəsində qiymətlər qalxır və bir daha düşmür bu qiymətlər. Ona görə mən hesab edirəm ki, əhalinin əsasən aztəminatlı hissəsinin əhvalına müsbət təsir edən qərarlar qəbul edilməlidir. Amma icrası üçün və xüsusən süni şəkildə bahalaşmanın qarşını almaq üçün müəyyən tədbirlər görülməsi də vacib şərtdir”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə isə deyib ki, bayramqabağı süni qiymət artımın olması təlabatın artması ilə bağlıdır.
“Bazar iqtisadiyyatına uyğun və anti – monopolist qanunlar qəbul edilməlidir ki, qiymətlər hansısa inzibati üsulla yox, bazar iqtisadiyyatına uyğun üsullarla tənzimlənsin.Nə qədər sahibkarların imkanlarında sərbəstlik olacaqsa, bu qiymətlərin aşağı düşməyinə öz təsirini göstərəcək. İnzibati üsullarla qiymətlər sovet sosialist iqtisadiyyatında müəyyənləşə bilər. Biz isə rəqabət olan bir iqtisadi sistem formalaşdırmalıyıq. Rəqabət Məcəlləsinin qəbulunu vacib sayıram. Hesab edirəm ki, Rəqabət Məcəlləsinin qəbul olunması məhz sahibkarın xeyrinə olar. Çox təəssüflər olsun ki, bu məcəllənin qəbulu ləngiyir. Mənə elə gəlir ki, məhz real bazar iqtisadiyyatı da rəqabətin mövcud olduğu mühitdə formalaşır”.
- Yüzminlər adından deputatlara: mühüm və təcili müraciət
10 mart 2024 18:49
- Süni intellektlə sinif yoldaşlarının çılpaq fotolarını hazırlayan - 5 şagird məktəbdən qovuldu
10 mart 2024 17:12
- Pakistan tarixində ilk: Nəvaz Şərifin qızı baş nazir seçildi
27 fevral 2024 16:30
- Süni mayalanma: Qadın bunu ərindən gizlədə bilərmi?
19 fevral 2024 15:27
- Sabiq millət vəkili Xankəndidəki ata evində nələr gördü - MÜSAHİBƏ
12 fevral 2024 10:43
- Səni döyüb şalvarını çıxarsalar, onları bağışlayarsan?..
5 fevral 2024 15:29
- Almaniyanın iki keçmiş deputatı Azərbaycandan rüşvət almaqda ittiham olunur
29 yanvar 2024 20:11
- Azərbaycanda 1 milyon insanın pozulmuş hüququ - Özəlləşdirmə çekləri
28 yanvar 2024 16:48
- Avropa ...yoxsa ...erməni Şurası? - alman deputat Şvaben haqqında sensasion məlumatlar - EKSKLÜZİV
26 yanvar 2024 22:52
- Parlamentdə deputatlar arasında gərginlik
21 noyabr 2023 18:07
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06