Nigar Köçərlinin ittihamlarına - Cavab
“LİBRAFF” kitab mağazaları şəbəkəsi Nigar Köçərlinin ittihamları ilə bağlı açıqlama yayıb.
“Qafqazinfo”nun məlumatına görə, açıqlamada deyilir:
“Nigar Köçərli sosial şəbəkələrdə sahibi olduğu kitab mağazalarına “yaranmış təhlükə ilə bağlı” müraciət yayıb. Əslində hədəf kimi Avropa Azərbaycan Cəmiyyətinin (AAC/TEAS) törəmə şirkətləri olan TEAS Press Nəşriyyat evi və “LİBRAFF” kitab mağazaları şəbəkəsi seçilib.
N.Köçərlini narahat edən məsələlərə, daha dəqiq desək, onun iddialarına keçməzdən əvvəl bildirək ki, bu müraciətin formal ünvanı bir, əslində hədəf seçilən obyekt isə tamam başqa instansiyadır. Bu isə atılan addımın özünün məntiqliliyini sual altında qoyur. “LİBRAFF” sadəcə kitab mağazaları şəbəkəsidir, özəl sektora aiddir, ölkədəki on minlərlə analoji strukturdan biridir, yəni dövlət qurumu deyil, hər hansı nazirliyin şöbəsi heç deyil. Amma bu da sirr deyil ki, müraciətin məhz başqa instansiyaya ünvanlaması məqsədlidir - hər halda daha böyük effektə, güclü ictimai rezonans yaradacağına ümid bəslənib.
TEAS-ın təsisçisi və sədri Tale Heydərovu “4 ildir onun mağazalarını bağlayıb yerində öz mağazalarını açmaq”da ittiham edən N.Köçərli də bilməmiş deyil ki, “LİBRAFF”ın ilk dükanı 4 il qabaq yox, ötən il - 2017-ci ildə açılıb.
Məntiqi sual yaranır: əgər N.Köçərliyə qarşı bu “hücumlar” son 4 ildə doğrudan da olubsa, onda, iddia edildiyi kimi, “o fil qarışqanı niyə əzməyib”, hətta əksinə, ticarət mərkəzlərində yeni mağazaları açılıb? İttiham etmək asandır, amma bu ittihamlar sübut olunmalıdır, əks halda onu böhtan saymaq lazım gəlir.
“LİBRAFF” kitab satışı ilə peşəkar şəkildə məşğul olmağa başlayandan N.Köçərli və tərəfdaşları tərəfindən mənəvi təzyiqlərə və böhtanlara məruz qalıb. TEAS Press Nəşriyyat evinin kitab bazarını inhisara alacağı şayiəsi sosial şəbəkələrdə məqsədli şəkildə və mütəmadi olaraq yayılıb, qurum haqda mənfi ictimai rəyin formalaşdırılmasına çalışılıb. N.Köçərlinin müraciəti də həmin kampaniyanın tərkib hissəsi və davamıdır. Təlaşın səbəbi bəllidir - sağlam rəqabətə davam gətirmək çətinləşəndə qurşaqdan aşağı zərbə vurursan.
Belə zərbələrdən biri də budur: “Mağazalarımızda gizli çəkilişlər aparılıb”.
Əgər söhbət hər hansı qanunsuzluq və piratçılıq faktının sənədləşdirilməsindən gedirsə, bu, qanunsuz kitab nəşri ilə mübarizənin əsas tələbidir. Kitab satışı sektorunda ən başlıca məsələlərdən biri müəllif hüquqları məsələsidir. Problem də ondadır ki, bu məsələdə ən çox zərərçəkən tərəf məhz TEAS Press Nəşriyyat evidir. Nəşr hüququ TEAS Press Nəşriyyat evinə məxsus olan kitablar qanunsuz şəkildə nəşr edilir və bu pirat kitablar N.Köçərlinin mağazalarının vitrinlərində satılır. Həmçinin Oksford Universiteti nəşriyyatının (OUP) və Türkiyə nəşriyyatlarının ən çox satılan kitablarının pirat nüsxələrinin bu mağazalarda satılması faktları OUP və Türkiyə Yayınçılar Birliyinin monitorinqi nəticəsində aşkarlandı. TEAS Press Nəşriyyat evi öz qanuni hüquqlarını qorumağa qalxanda isə qarşı tərəfin “inhisarçı” ittihamı ilə, “qara məni basınca...” məntiqinə əsaslanan hücumlarla üzləşir.
“LİBRAFF”ın Bakı və Gəncədə 6 mağazası var və bu il daha 4 mağazanın açılması nəzərdə tutulur - heç biri də başqasının yerində yox! 2019-2020-ci illər ərzində isə “Made in Azerbaijan” markası ilə Rusiya, Ukrayna və Türkiyədə “LİBRAFF” mağazaları açılacaq. Bu mağazalar yerli və qlobal kitab işinə dəstək verməklə bərabər, fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın müsbət imicinin gücləndirilməsinə və milli ədəbiyyatımızın tanıdılmasına töhfə verəcək.
Türkiyədə yaradılan “TEAS-Yayıncılık” şirkəti qardaş ökənin ən nüfuzlu nəşriyyatları sırasına daxil olub. İndi Türkiyə oxucusu öz kitab mağazalarından Ziya Bünyadov, Sara Aşurbəyli, Oqtay Əfəndiyev və digər görkəmli tarixçilərin əsərlərini türk dilində alıb mütaliə edə bilər.
“LİBRAFF” mağazaları milli ədəbiyyatın inkişafına, Azərbaycan yazıçılarının əsərlərinin modern nəşriyyat standartlarına uyğun çap edilməsinə, onların kitab mağazalarında tanıtımının həyata keçirilməsinə, dünyanın nüfuzlu nəşriyyatlarının məhsullarının oxuculara geniş çeşiddə təqdim edilməsinə dəstək missiyası ilə fəaliyyət göstərir.
“LİBRAFF” şəbəkəsi saxta kitablar satmır, yerli müəlliflər arasında ayrı-seçkilik qoymur, kitab satışının yaradıcılığı dəstəkləmək kimi sosial biznes missiyasını yerinə yetirir, bu sahədəki boşluğu doldurmağa çalışır. Nə yaradırsa, sıfırdan yaradır. Heç bir mağazanı bağlamır, heç bir başqa dükanın bazasında nəsə yaratmır".
Açıqlamada qeyd olunur ki, TEAS Press Nəşriyyat evi kitab işi sektoruna fərqli üslub və yeniliklər gətirib: "Nəşriyyat yerli müəlliflərin, tərcüməçilərin, redaktor və korrektorların, bir sözlə, yaradıcı ziyalıların əməyinin haqqını yüksək standartlarla ödəməyə başlayanda intellektual əməyi istismar edənlər sadəcə dözə bilmədi. Biz yerli müəllif və tərcüməçilərə, redaktor və korrektorlara yüksək qonorar verməkdə günahlandırıldıq.
Eyni qaydada uydurma “rəsmi qurumların təzyiqləri” və “nar şirəsi zavodu” iddialarına dair sübutlar varsa, ortaya qoyulsun.
TEAS kitab nəşri sahəsindəki fəaliyyəti dövründə ilk və bu günə qədər yeganə olan aqressiv münasibəti “Qafqazda “erməni məsələsi” adlı üç cildlik kitablar haqqında erməni əsilli amerikalı professor Corc Burnityandan görmüşdu. Burnityan erməni diasporunun ən böyük nəşrlərinin birində Azərbaycan dövlətinin, onun rəhbərliyinin informasiya müharibəsindəki qələbəsini etiraf etməklə bərabər, TEAS-ı və həmin kitabların tərtibçisi Tale Heydərovu “dünya kitabxanalarını tanınmış Qərb nəşriyyatlarında Azərbaycan haqqında çap olunan kitablarla doldurmaqda” ittiham edirdi. Bu ittihama (http://araratmagazine.org/2011/10/a-review-of-the-armenian-question-in-the-caucasus/ ) vaxtında münasibət bildirilsə də, TEAS Azərbaycanın düşmənlərini narahat etdiyinin fərqində idi.
Bu gün isə TEAS öz peşəkar fəaliyyətində növbəti hücumla üzləşib. Qəribə də olsa, yeni platformada nəşriyyat və kitab mağazaları şəbəkəsi qurduğu üçün...”.
Qeyd edək ki, bir neçə gün əvvəl “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli sosial şəbəkədə müraciət yayaraq rəhbərlik etdiyi kitab evinə qarşı təzyiqlər olduğunu, kitab bazarından sıxışdırıldığını bildirmiş, bu işdə Tale Heydərovu və onun sahibi olduğu TEAS Press Nəşriyyat evini ittiham etmişdi.
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
- Bu ölkə vətəndaşları Bakı metrosunun deposuna gizlincə girib ziyan vurdular
31 mart 2024 12:09
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31