Bakıda 250 min dollara it satılır
İdman13 fevral 2018 17:39
Afrika meymunundan tutmuş Iran pişiyinə, qurbağadan tutmuş soxulcana, ekzotik tısbağaya, yeni moda glock, istəsən bu saytda tapmaq olar. Söhbət Azərbaycanın son vaxtlar sürətlə populyarlaşan, əvvəllər daha çox evdar qadınların işlənmiş ev əşyalarını satışa çıxarmaq üçün yararlandığı elan saytlarından gedir.
Virtualaz.org araşdırıb ki, saytın "heyvanlar" bölməsində yerləşdirilmiş elanlarda ən müxtəlif canlılar, o cümlədən ekzotik heyvanlar təklif olunur. Məsələn, saytda elan yerləşdirmiş şəxs 120-250 ədədi 5 manata Kaliforniya soxulcanı təklif edir. Elan sahibi inandırır ki, soxulcanlar torpağı münbitləşdirir və əlbətdə ki, balıq tutmaqda işə yarayır.
"Bu soxulcanlarla kənd təsərrüfatı üçün dünyada ən keyfiyyətli ekoloji təmiz təbii gübrə - biohumus hazırlamaq olur. Soxulcanlar üzvi tullantılarla qidalanırlar . Kənd təsərrüfatında torpağın münbitləşdirilməsi üçün təbii vasitə kimi istifadə etmək olur. Balıq tutmaq üçün də yaxşı sağlam soxulcanlardır"-elan müəllifi bildirir.
Saytda ən çox it və pişik satışı elanlarına rast gəlmək olur. Qiymətlər isə əlbətdə, çox müxtəlifdir. Qafqaz cinsinə aid olan it 600 manat, labrador balaları isə 500 manata təklif olunur. Saytda həmçinin təmiz sivas kangalı it cinslərinin Türkiyədən sifarişi də təmin olunur. Bütün sənədləri ilə gətirilən heyvanların qiymətləri isə 1600 manatdan başlayır, 5000-10000-ə qədər davam edir.
Satışda qiyməti 2 min manat olan Amerika Akita it cinsi, 10 min manata satılan Qurdbasara da rast gəldik.
"Scottish fold” pisiyi 500 manat, "Şinşila” (İran pişiyi) isə 400 manata təklif olunur. Sahibinin sözlərinə görə, bu cins pişiklər sahibinə 3 ay ərzində öyrəşə bilir: "Pişik Türkiyədən gəlib. çox mehriban pişikdir. Cinsi "şinşila”dır (iran pişiyi), 2 yaşı təzə olub. Bütün peyvəndləri olunub. Pasportu da var. Alan adamın adına keçirilir. Bu cins pişiklər 3 ay müddətində sahibinə öyrəşir. Üstündə öz əşyaları (tualet qabı, daşıyıcı səbəti, yemək qabı, dırnaq qayçısı, darağı, ipi, şapmunu) ilə birgə verilir. Evdə təzə doğulmuş uşaq olduğuna görə satıram”.
Saytda donuz satan da tapdıq. Məlum oldu ki, çəkisi 28-32 kq arası olan 17 baş donuz 5 min 500 manata təklif olunur.
Digər elanda isə satıcı 15 manata satışa çıxardığı tısbağasını tərifləyir:"Quru tisbağasıdır, təmiz saxlayıram. Çimizdirirəm, dırnağına lak çəkirəm, evdə saxlayıram. Yemək almağa da ehtiyac yoxdur, nə olsa yeyir – xiyar, kahı, pomidor, kartof. Həm də çox yemir. Orta ölçüdədir – 15 sm. İnsanı dişləmir”.
Saytda meymun satanlar da az deyil. Qiymətlər isə 2500-3000 manat arasında dəyişir. Bundan başqa, meymunu günü 100 manata icarəyə verən də var.
Pasportlu Makaka meymunun qiyməti isə 2500 manatdır: "Makaka meymun 2 yaşındadır. Çox ağıllı meymundur. Əhliləşib, insan kimi dil başa düşür . Həm də maraqlı bacarıqları var. Pasportu var, bütün peyvəndləri vurulub”.
Lakin saytda ən maraqlı və qeyri-adi elan "Tibet mastifi” cinsindən olan küçüklə bağlıdır. Belə ki, elanda bu it balasının 250 min dollara (!) satıldığı göstərilir. Axı bu nə küçükdür ki, qiyməti Bakının mərkəzində 3-4 otaqlı evin qiymətinə bərabərdir və hansı özəlliyi onu bu cür baha edir?
Elanı yerləşdirən şəxslə-Vüsal Əsədovla əlaqə saxladıq. O bildirdi ki, it nadir cinsdəndir, ona görə də belə bahadır. "Bu itin qara rəngli dişi cinsini 23 min dollara, erkəyini isə 15 min dollara Azərbaycana gətirmişəm. Amma indiki – ağ rəngli it nadir tapıldığına görə bu qədər bahadır. Elanını saytda yerləşdirəndən sonra Azərbaycandan bir nəfər zəng edib bağ evi ilə barter etmək istədiyini bildirdi. Amma itin tibetli sahibi üçün Azərbaycanda bağ evi almaq maraqlı olmadığına görə təklifdən imtina etdilər”-V.Əsədov deyir.
Belə məlum olur ki, Vüsal Əsədov xaricdən cins itlərin sifarişlə gətirilməsi ilə neçə vaxtdır məşğuldur. Elan sahibi deyir ki, Ukraynada təhsil alıb və orada çoxlu tanışlar tapıb.
"Xaricdən sifarişlə it gətirmək işinə o vaxtdan başladım. Sifariş olsa istənilən cinsdən it gətirə bilərəm. Sifarişsiz bu işlə məşğul olmuram. Çünki bir dəfə özbaşıma gətirdim, sonra iti alan olmadı, üstümdə qaldı. Ona görə də sifarişi verərkən müştəri heyvanın qiymətinin 50 faizini ödəməlidir. Qalan hissəsi isə it təhvil veriləndə ödənir”.
Vüsal Əsədov deyir ki, gətirdiyi itlərin bütün sənədləri qaydasında olur və sağlamlığına təminat verilir: "Mən itləri Çindən, Rusiyadan, Tatarıstandan və başqa ölkələrdən gətirirəm. Bu itlər təyyarə ilə gətirilir, adətən 5-8, maksimum 12 günə sifarişçiyə çatdırılır. Gömrükdə də heç bir problem olmur, çünki heyvanların doğum sənədləri, çipləri, sağlamlıq kartları var. Ölkəyə keçirərkən veterinar nəzarətindən keçir. İndiyə qədər əsasən 10-15 min dollarlıq itlər gətirmişəm”.
Nə demək olar, Allah 250 min dollarlıq iti satmağda da bazar yetirsin. Bu itə görə Bakıda villa təklif edən tapılıbsa yəqin nəğd pul təklif edən də tapılar…
Oxşar xəbərlər
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 2024 11:16
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Bakıda yeni yolun üstünlükləri nələr olacaq? (TƏFƏRRÜAT)
7 aprel 2024 19:21
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya