Elman Rüstəmov faizləri aşağı saldı
Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinə həsr olunmuş mətbuat konfransı keçirir.
"Qafqazinfo" xəbər verir ki, E. Rüstəmov bildirib ki, Maliyyə Komitəsinin bu gün keçirilən toplantısında mühüm qərarlar qəbul olunub.
2017-ci ilə nəzər salan baş bankir qeyd edib ki, ölkənin iqtisadi potensialı 3 dəfə artıb:
"Bu illər ərzində ölkədə 100 milyondan çox iş yeri yaradılıb. Ölkədə makroiqtisadi sabitlik tam təmin olunub. Xarici balansımız müsbətdir. ÜDM-nin 5 faiz həcmində profisit gözlənilir. Qeyri-neft ixracı artıb. İdxalımızın səviyyəsi tarazlaşıb. Manatın üzən məzənnəyə keçməsi ilin əvvəlindən 4 faiz möhkəmlənib. Ölkənin valyuta ehtiyatları sürətlə artmaqdadır. Həmçinin Mərkəzi Bankın ehtiyatları 5,4 milyarda gəlib çatıb. İnflyasiyanın səviyyəsi aşağı düşüb. Bu manata olan etibarın artması nəticəsində baş verib. Hüquqi şəxslərin hesablarında dollarlaşma prosesi hələ də qalmaqdadır".
MB sədri qeyd edib ki, bu gün keçirilən iclasda uçot dərəcəsinin 15%-dən 13%-ə , faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə , aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib.
***
"Biz tam əminik ki, makroiqtisdi sabitliyin tam təmin olunması üzən məzənnə rejimimdə mümkündür. Bizim tam üzən məzənnəyə keçmək üçün bir sıra amillərimiz var".
"Qafqazinfo" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, valyuta transferlərinin həcmi dayanıqlı formada olmalıdır. Bu dayanıqlıq yeni büdcə qaydalarına əsasında mümkündür. Biz bazara valyuta buraxılışının həcmini tam təmin edirik. Biz üzən məzənnə rejiminə sadiqik. Məqsədimiz bütövlükdə valyuta bazarında vəziyyətin sabitləşməsidir. Biz bütovlükədə yeni fiskal siyasətə keçəcəyik. Bizim bazara əhəmiyyətli müdaxiləmiz yoxdur".
Mərkəzi Bankın ehtiyatlarının artmasına toxunan sədr qeyd edib ki, ehtiyatların artması bankların MB-ya borcunun qaytarması nəticəsində mümkün olub: "Biz qaydalı monetar və fiskal siyasətə keçəcəyik. Qeyd edim ki, problemli kreditlər Maliyyə Sabitliyi Şurasının tam diqqətində olan məsələdir. Biz kursu hədəfləmək rejimində deyilik. Biz daha az volatilli kurs təmin etmək niyyətindəyik. Sabit kurs məsələsi artıq keçmişdə qaldı. İqtisadiyyatı neftdən asılı olan ölkələr sabit kurs siyasətini təmin edirlər. Biz çalışmalıyıq ki, investorlar orta və uzun müddətli biznes siyasəti qursunlar. Biz monetar siyasəti yumşaltmağa doğru gedirik. Bütövlükdə real faiz dərəcələrinin müsbət zonada olmasını təmin etməliyik. Əmanətlər üzrə faiz dərəcələr tələb və təklif əsasında formalaşır. Bank əmanəti cəlb etməkdə maraqlı deyil.
Kreditlərə olan təlabat yüksəlməlidir ki, banklar da əlavə əmanət cəlb etməyə maraqlı olsun. Bizim məqsədimiz kreditləşmənin aktivliyini yenidən təmim etməkdir. Qorunan əmanətlərin uçot dərəcələri sinxronlaşdırılıb. Faiz dərəcələrinin aşağı düşməsi kreditləşmənin aktivliyini bəyan edən amil olacaq. İlin sonuna valyuta ehtiyatlarımız artacaq. Tədiyyə balansının müsbət olacağı gözlənilir. Buna görə də ehtiyatlarımızın artması gözlənilir. İlin əvvəlindən yeni neft bonusları alırıq. Burada neft amili əsasdır. Yüksək inflaysiya dövründə pul kütləsinin hədəflənməsi rejimində idik. Bu gün artıq pul siyasətinin yumşaldılması istiqamətində qərar qəbul etdik. Biz əvvəlki illərə nisbətən not hərracları məsələsində diqqətli olmalıyıq. Banklarda likvidlik bu gün də var. Bu məsələlərə sistemli və kompleks şəklində baxmalıyıq. Dövriyyədə ən çox artan dəmir manatlar olub. Banklar bu pulları iqtisadiyyata çatdırmaq üçün tənbəllik edir. Biz ticarət sistemi olan təşkilatlarla işləyirik. Bizim əlavə sifarişlərimiz də var. İqtisadiyyat tələb edirsə biz bunu etməliyik".
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Cahangir Əsgərov daha bir vəzifədən AZAD EDİLİB
8 aprel 2024 12:37
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- Yaponiyada sürətlə nadir ölümcül infeksiya yayılır
24 mart 2024 22:43
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Ürəyinizi qorumaq üçün 25 qayda...
24 mart 2024 06:59
- Bunu qatığa 1 qaşıq əlavə etsəniz, sonsuz faydalarını görərsiniz- Sağlamlıq sirri
23 mart 2024 20:40
- Crocus City Hall-da YALIN ƏLLƏ terrorçunu zərərsizləşdirən şəxs danışdı - VİDEO
23 mart 2024 18:55
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41