- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
- Hermosonu öpən prezident həbs oluna bilər
“Bircə xaşı yeyə bilmirəm” - Amerikalı olduğuna inanmayacaqsız
“Azərbaycanda hər şeyə öyrəşmişəm, ancaq bircə bu yol gedəndə insanlarla toqquşmamaq üçün əldən-ayaqdan düşürəm, o yan-bu yana əyilirəm, yenə də alınmır. Biz Amerikada öyrəşmişik ki, piyadalar yolun sağ tərəfi ilə getməlidir. Ancaq burada belə deyil, kim necə istəsə, elə də gedir. Mən də çaş-baş qalıram”.
Gülərüz müsahibim Marta yarı zarafat, yarı ciddi bu sözləri deyib tərəvəz dükanına yaxınlaşır. Və yenə mənə tərəf dönüb sözünü davam etdirir:
“Ancaq sizin meyvələrin dadı əntiqədir, qiyməti də çox ucuz”.
Bir kilo Quba alması, bir kilo da Astara mandarini alıb söhbətləşmək üçün kafeyə daxil oluruq. Bir müddətdir ki, “Visions of Azerbaijan” jurnalı ilə əməkdaşlıq edən həmkarım 8 il öncə Amerika Birləşmiş Ştatlarından Bakıya gəlib. Azərbaycan dilində özünü səlis ifadə etməsi, bu yaxınlarda Qazaxda iş yoldaşının toyunda saz çalıb mahnı oxumağı sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Odur ki, biz də “Qafqazinfo” olaraq Marta Laurini oxuculara daha yaxından tanıtmaq istədik. Martanın yolunun Azərbaycana necə düşməsini elə öz dilindən eşidək:
- Bu suala qısa cavab versəm, deyərəm ki, Allah mənim ürəyimə Azərbaycana qarşı bir sevgi qoyub. Mən Allahı, Allah da Azərbaycanı çox sevir. Bunu hiss edə bilirəm. Uzun cavabım isə belə olar ki, mən bakalavr təhsilimi Rusiyada almışam. Dilçilik Universitetində oxuyan zaman Qafqaz millətləri ilə tanış olmağa başladım. Onların “ləzginka” oynaması, köhnə ənənələrə bağlılığı mənə çox maraqlı gəldi. Demək olar ki, Qafqaza vuruldum. Bir müddət Amerikaya qayıtdıqdan sonra başladım araşdırmağa. Qafqazda harada yaşaya bilərəm? Bu vaxt magistr təhsilim üçün Azərbaycana gəlmək fürsətim oldu. Və beləliklə mən Xəzər Universitetində təhsilimi davam etdirmək üçün Azərbaycana gəldim.
- Hazırda dilimizdə çox səlis danışırsız. Əvvəlcədən bilirdiz, ya sonradan öyrənmisiz?
- Türk dilini bir az oxumuşdum, rus dilini bilirdim. Ancaq Azərbaycan dilində 10-15 sözdən çox nəsə bilmirdim. Çox gözəl bir ailə ilə qalmağa başladım. Əvvəllər nə onlar mənim dilimi bilirdi, nə mən onların. Jestlərlə, əl hərəkətləri ilə fikrimizi ifadə etməyə çalışırdıq. İki həftə özümü körpə uşaq kimi hiss etdim. Azərbaycan dilini çox tez öyrəndim.
- Adətən hər ölkəyə getməzdən əvvəl o ölkənin adət-ənənələri, insanları haqqında maraqlanırlar. Yəqin siz də maraqlanmısız, nələr dedilər?
- Düzünü desəm, elə də çox məlumatlı deyildim. Vikipediyada oxumuşam. Gördüm ki, müsəlman ölkəsidir. Amerikada olanda Mesxeti türklərindən olan bir ailə ilə dostlaşmışdım. Onlar mənə öyrətdi ki, necə oturmaq, necə davranmaq lazımdır. Dedilər ki, bir az təvazökar olmalısan. Bir şey etməzdən qabaq icazə almaq lazımdır, özbaşına davranmaq olmaz. Evə girəndə ayaqqabını soyunmaq lazımdır. Bunları demişdilər.
- Bəs, bu fikirlər ilk baxışdan sizə qəribə gəlmədi?
- Yox, elə də qəribə gəlmədi. Mənə qəribə gələn bir o oldu ki, burada hər şey bölüşdürülür. Kimin nəyi varsa, pay verir. Bu pay sözünün nə olduğunu çox gec başa düşmüşəm. Məsələn, evdəkilər mürəbbə bişirir, tez 5-6 banka qonşulara pay edirdilər ki, mürəbbənin qoxusu onlara gedib, gərək dadına baxsınlar. Bu, mənə çox maraqlı gəlib. Amerikada elə şey yoxdur.
- İki ölkə arasında yemək mədəniyyəti də xeyli fərqlidir. Bizdə əksər hallarda yemək evdə bişir. Nadir halda ailələrin yemək üçün restorana getdiyini görərik. Yeməklərdə də xeyli fərqlər var. Ağız dadınıza uyğundur?
- Əslində, mənim anam da evdar qadındır, ona görə elə də fərq görmədim. Yeməkləri ilk vaxtlardan çox sevmişəm. Dolmanı xoşlayıram, plov üçün ölürəm, qəşəng qutab, kətə bişirirlər. Dovğaya bir qədər gec öyrəşdim, mənə qəribə gəlirdi, ancaq indi sevərək yeyirəm. Bircə dənə xaş yeyə bilmirəm.
- Hazırda ölkəmizdə Amerikaya getmək, orada yaşamaq xəyalı quran çox insan var. Bu baxımdan siz xəyallar ölkəsindən gəlib Azərbaycanda yaşayırsız. İki ölkədə uzun müddət yaşamış biri kimi deyə bilərsiz ki, hansı ölkədə yaşamaq daha əlverişlidir?
- Mənə elə gəlir ki, gənclərin çoxu sırf azadlıq görmək üçün Amerikaya getmək istəyirlər. Fikirləşirlər ki, orada ürəkləri nə istəsə geyinə biləcəklər. Heç kim onlara baxmayacaq. İstədikləri kimi geyinə, gəzib dolaşa biləcəklər. Ancaq onlar sonrasını düşünmürlər, insan problemi olanda onu kiminsə itirib axtarmasını istəyir. İstəyirsən ki, kimsə sənə dəstək versin. Mən o dəstəyi Azərbaycanda gördüm. Kimin problemi olsa, hamı çalışır ki, bir köməklik etsin. Məsələn, götürək elə yas yerlərini. Amerikada yas bir gün olur, vəssalam. Hamı gedir işinə, elə bil heç nə olmayıb. Bu, psixoloji baxımdan çox çətindir. Ancaq burada üçü, yeddisi, qırxı var. Hamı yığışır, kömək edir. Bu cəhətdən daha çox Azərbaycanın mədəniyyətindən xoşum gəlir.
- Ancaq bəzən insanlar bu qədər iç-içə olmaqdan da sıxılır. Fikirləşirlər ki, adamlar lazım olduğundan çox bir-birinin işinə qarışır.
- Əslində bu, mənə qəşəng gəlir. Bir-birlərinin fikirlərini nəzərə aldıqları üçün təqribi eyni qaydada gedirlər. Mədəniyyət, adət-ənənələr də itib batmır, formalaşır. Burada daha çox ünsiyyətə fikir verilir. Amerikada qonşu bizə gəlmək istəsə, gərək qabaqcadan zəng vursun, vaxtımız olub-olmadığını soruşsun. Biz də deyirik ki, bu gün yox, sabah gəl.
- Bu, yaxşı bir şey deyil?
- Yox, yaxşı deyil. Mən ora gedəndə inciyirəm. Deyirəm ki, mən bir ildir ki, burada yoxam, zəng vururam görüşməyə, deyirsiz, gələn həftənin 4-cü günü gələrsən. Adam pis olur, axı. Burada hamı dəvət edir. Bilmirəm, bəlkə də səmimi deyillər. Amma bu, mənə dəyərli gəlir.
- Artıq 8 ildir ki, buradasız. Bəs ailəniz üçün darıxmırsız?
- Amerika mədəniyyətində bir şey də var ki, biz böyüdükdən sonra bir-birimizdən ayrı düşürük. Bacımın biri amerikalı ilə evlənib, Cənubi Koreyada yaşayır. Digər bacım da Avropanı gəzir. Ona görə də, bu, adi bir haldır. Tez-tez görüntülü danışırıq. Mən o gözləntiylə böyümüşəm ki, 18 yaşımdan sonra artıq öz başımın çarəsinə baxmalıyam.
- Ancaq bizdə o 18 yaş limiti yoxdur. Sizcə, hər zaman ailə nəzarəti olmalıdır?
- Amerika üçün o sistem yaxşıdır. Ancaq burada o yaxşı deyil. Bu mədəniyyət tamam fərqli olduğu üçün gərək böyüklərdən məsləhət alasan. Orada isə hər bir gənc analiz edir, müəyyən qərarlar verir. Qərarının nəticəsini isə özü çəkməlidir. Valideynlərdən hər hansı bir kömək gözləmir. Burada isə nəticəni hamı çəkir.
- Çox insanda belə bir fikir formalaşıb ki, Amerikaya getsə, yaxın zamanda az qala varlı olacaq.
- Bu mühiti görən biri fikirləşir ki, saata 10 dollar qazansa, bu, böyük məbləğdir. Ancaq düşünmür ki, o mühit üçün bu, çox kiçik rəqəmdir. Aylıq kirayə pulu buradan ən azı 3-4 dəfə bahadır, orada məcburi sığorta var və ya 100-200 dollar məcburi maşın sığortası. Orada marşrut sistemi belə deyil, gərək rahat hərəkət üçün maşınınız olsun. Qiymətləri dəqiq analiz etməmişəm, ancaq həqiqətən də hər şey çox bahadır.
- Bəs burada aylıq xərcinizi rahat çatdıra bilirsiz? Qiymətlər necədir, sizcə?
- Burada yaşamaq üçün məvacibim məni qane edir. Mən Amerikadan çıxanda uşaq idim. Düzü, heç bilmirəm orada indi kommunal xərclər necədir.
- Azərbaycan kişisi və Azərbaycan qadını. Bu iki anlayışı bizə necə izah edərdiz?
- Azərbaycan kişisi güclü olur. Onlar ailə, iş sahibi, sözünün üstündə duran olurlar. Şərəf xətrinə hər şey etməyə hazırdırlar. Bir az qısqanc olurlar, bu da bir tərəfdən xoşuma gəlir, bir tərəfdən yox. Məncə, yaxşı şeydir.
Azərbaycan qadını hədsiz çox fədakardır. Onlar nələr edirlər, ilahi. Bütün günü nəsə edirlər. Ev yığışdırırlar, yemək bişirirlər, qışa tədarük görürlər. Adi bu şəkərburanı bişirmək necə çətin bir işdir. Ancaq onu da sevərək edirlər. Mən onlara “halal olsun!” deyirəm.
- Sizcə, qadınlarımız bu fədakarlığının qarşılığını ala bilir?
- Məncə, digər ölkələrlə müqayisədə burada qadınlar öz dəyərini daha yaxşı bilir.
- Rahatlığı sevən qadınsız. Azərbaycanlı bir şəxslə evlənib yaşaya bilərdiz?
- Həmişə deyirdim ki, mənə uyğun azərbaycanlı oğlan çıxsa, ərə gedərdim. Mənə uyğun nə deməkdir? İsa Məsihi, Allahı çox sevirəm, gərək o da sevsin, məni, ailəmi başa düşə bilsin, xasiyyətimiz üst-üstə düşsün. Burada olduğum 8 il müddətində belə bir adamla qarşılaşmadım. Axır ki, qabağıma bir amerikalı çıxdı. İndi nişanlanmışıq. Ötən həftə kanalların birində canlı verilişin qonağı idim. Nişanlım da verilişi Amerikadan izləyib. Görüb ki, efirdə oynayıram. Tez mənə yazdı ki, səninlə oynayan o oğlan kimdir? Verilişin aparıcısını nəzərdə tutmuşdu. Bizdə də qısqanclıqlar olur və bu, mənə xoş gəlir. Qədərincə olanda yaxşı olur.
- Bakıda toy etmək istədiyinizi deyirdiz. Səbəbi maraqlı gəldi.
- İkimiz də toyu Bakıda etmək istəyirik. Məncə, ona maraqlı gələr. Mənim üçün səbəb odur ki, 8 ildir ki, buradayam və Bakı evim kimidir. Qaldığım ailə mənə daha doğmadır, nəinki evdəkilər. Onlar böyük bir nəsildir və hər birini çox sevirəm. Dostlarım, iş yerim buradadır. Məncə, toyu burada etməsəm ayıb olar.
- Bəs evləndikdən sonra yenə Bakıda yaşamağa davam edəcəksiz?
- Mənim üçün Bakıda yaşamaq xoş olar, ancaq ortaq qərar verməliyik. Gələcəyi özüm də maraqla gözləyirəm.
Günel Hacı
Video-Fotolar: Pərvin Zeynal
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- Terrorda şübhəli bilinən 2 nəfər saxlanılıb, 4-ü axtarılır - Fotolar
23 mart 2024 14:05
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- Bu gün DƏDƏ Ələsgərin doğum günüdür
22 mart 2024 11:35
- Amerikalı kişi 3600 qartalı öldürdüyünü etiraf etdi
21 mart 2024 23:52
- Bab və babilik: Bir tarixi hadisənin izi ilə
21 mart 2024 23:10
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59