Nazir müavini: “İstintaq təcridxanalarında saxlanılan şəxslərin sayı 24 faizədək azalıb”
Müsahibə19 yanvar 2018 23:39
Yanvarın 19-da Ədliyyə Nazirlyi Penitensiar xidmətinin Baş idarəsində 2017-ci ilin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirilib.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müşavirədə xidmətin Baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.
Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov tədbiri açaraq qeyd edib ki, Penitensiar xidmət tərəfindən 2017-ci ildə fəaliyyəti tənzimləyən ölkə başçısının müvafiq fərman və sərəncamları, qanunvericilik aktları, nazirliyin kollegiya qərarları rəhbər tutularaq, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi, penitensiar sistemin inkişafı, kadr potensialının gücləndirilməsi, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına yönəlmiş kompleks tədbirlər həyata keçirilib. Uzunmüddətli Dövlət Proqramlarında öz əksini tapmış tapşırıqların yerinə yetirilməsi təmin edilib, Baş idarənin və struktur qurumların maddi-texniki bazasının inkişafı, idarəetmənin təkmilləşdirilməsi, nizam-intizamın möhkəmləndirilməsi və fəaliyyətdə mövcud olan nöqsanların aradan qaldırılması məqsədilə tədbirlər görülüb.
Qeyd edilib, Azərbaycan prezidenti İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının bu sahənin inkişafı prosesinin daha da genişləndirilməsi və növbəti mərhələyə keçməsi üçün zəmin yaradıb. Nazir müavini Sərəncamın icrası üzrə yaradılmış komissiya tərəfindən müvafiq xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi, məntəqə tipli cəzaçəkmə müəssisələrində işin qanunvericiliyə uyğun təşkili, əməkdaşların sosial müdafiəsi və digər məsələlər üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət edildiyini bildirib. Qeyd olunub ki, məhz ölkə başçısı tərəfindən imzalanmış Sərəncamın icrası ilə bağlı alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinin nəticəsi olaraq 2017-ci ilin sonuna istintaq təcridxanalarında saxlanılan şəxslərin sayı 2016-cı illə müqayisədə 24 faizədək azalıb.
Məlum olduğu kimi, həmin Sərəncamın məntiqi davamı olaraq, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi dövlətimizin başçısı tərəfindən Milli Məclisə təqdim olunub və müvafiq Qanun qəbul edilib. 20 oktyabr 2017-ci il tarixdə qəbul edilmiş Qanunla Cinayət Məcəlləsinə 300-dək dəyişikliklər edilib, 160-dək maddənin sanksiyasına alternativ cəzalar, 40-dək cinayətə görə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilib.
Qanunun icrası ilə bağlı Baş idarədə məsul əməkdaşlardan ibarət işçi qrupu və müvafiq olaraq tabe müəssisələrdə komissiyalar yaradılıb. Məhkumların şəxsi işləri öyrənilmiş və 10 min nəfərə yaxın məhkumun Qanunun təsiri altına düşdüyü müəyyən edilib. Bu müddətdə 1.136 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib, 231 məhkum cəza çəkməkdən azad olunub, 99 məhkumun cəza müddəti azaldılıb. Qanunun icrası prosesi davam etdirilir
Nazir müavini ölkə Prezidentinin humanist təşəbbüslə çıxış edərək uzun illər məhkumlara, onların ailələrinə qayğı ilə yanaşmasınını davam etdirdiyini bildirərək, 2017-ci ilin 16 mart tarixində 423 məhkumun, onlardan azadlıqdan məhrum etmə cəzasını çəkən 414 məhkumun əfv edilməsi ilə bağlı sərəncam imzaladığını və icrasının vaxtında həyata keçirildiyini vurğulayıb.
Oxşar xəbərlər
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya