Aydın Canıyevdən generala müraciət: Həyatım təhlükədədir!
Günün sitatı16 yanvar 2018 13:31
Cənab general, həyatım təhlükədədir!
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasova
Surəti: Daxili işlər naziri general-polkovnik Ramil Usubova
Surəti: Yasamal RPİ 28-ci PB-yə
Cənab general!
Sizə üç əsaslı amilə görə müraciət edirəm. Mən sadəcə qəbulunuza da yazılsaydım, bilirəm ki, qəbul edəcəkdiniz, amma və lakin... səbəb odur ki, bu müraciət xahiş və ya hansısa işgüzar motiv daşımır, sırf həyatımın təhlükədə olması ilə bağlıdır və bunu ictimailəşdirərək etməyimin nədənini açıqlayıram.
Əvvəla, məhz Sizi seçməyimə aydınlıq gətirim:
Biz bir-birimizi üzbəsurət 2006-cı ilin fevralın 9-da aşura gecəsi tanıdıq: Lənkəran şəhər polis şöbəsinin rəisi olduğunuz otağınızda. Siz saat 18.00-dan gecə saat 00.30-a qədər mənim özümə gəlməyimi gözləmişdiniz. Ona qədər isə, yəni 11 gün əvvəl, 28 yanvarda mən "Geopolitika XXI əsr" qəzetində Sizi kəskin, bəzi məqamlarda Sizdən asılı olmayan məsələlərə görə sərt tənqid etmişdim. Məni dinlədiniz, ruhi-psixoloji halımı və sarsıntılarımı, şərəf və ləyaqətim uğrunda atdığım addımları nəzərə aldınız. Səmimi söhbət edib cəmiyyətin birgəyaşayış qaydalarına uyğun olmayan hərəkətimə görə mümkün olan ən yumşaq cəzanı verməklə - cərimə etməklə məni buraxdınız. Gecə saat 01.30 olardı. Qapıdan çıxanda Sizə minnətdarlıq etdim və üzrxahlıq edərək bir suala cavab verməyinizi istədim:
- Rəis, mən Sizi cəmi 11 gün əvvəl sərt və bəzi məqamlarda, belə deyək, haqsız tənqid etmişdim. İndi əlinizə düşmüşdüm, nəinki inzibati xətalar məcəlləsi ilə, hətta cinayət məcəlləsinin azadlıqdan məhrumetmə maddələrindən biri ilə də iş aça bilərdiniz, heç nə də edə bilməyəcəkdim, üzəduranlar da hələ də qapıdadı, niyə etmədiniz? Amma səmimi...
Ölkə prezidenti İlham Əliyevin portretinə işarə edərək:
- Cənab Prezident jurnalistlərlə humanist davranmağı tövsiyə və tələb edir!
Dediniz və mən heyrət etdim! Otaqda biz ikimiz idik: nə Az.TV-nin kameraları vardı, nə də ayrı biri. Siz - kəskin tənqid olunan rəis və mən - Sizi tənqid edən həmin jurnalist və həm də günahkar. Aradan cəmi 11 gün keçmişdi!
Bu mərdliyi - Azərbaycan kişisinin öz şərəf və ləyaqəti uğrunda bacardığı yollarla vuruşmasını anlamağınızı, əleyhdarınız olsa belə vəzifə səlahiyyətlərindən sui-istifadə etməyərək fürsətcillikdən yan keçməyinizi və qanunun maksimum islahedici hallarına üstünlük verməyinizi heç zaman unutmadım!
Sonra bu mərdliyi elə həmin fevralın 23-də - kişilər günündə də gördüm.
Sonra bu mərdliyi sonrakı ayın - martın 20-də də gördüm.
Sonra bu mərdliyi Siz 2006-2007-ci illərdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, 2007-2014-cü illərdə isə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifələrində çalışarkən də gördüm - ən müxtəlif qəzetlərdə Sizi dəstəkləyən, təbliğ edən yazılarla çıxış etdim, motiv bir idi: bu şəxs, yəni ki, Rafiq Abbasov olduğu hər yerdə hər bir azərbaycanlının təkcə konstitusion deyil, həm də milli-mental dəyərlərinin qoruyucusudur deyə! Amma heç vaxt Sizinlə görüşmədim! Mənə bəs edirdi: "poqon" - çin altında bir ləyaqətli Azərbaycan kişisi var və mən onu tanıyırdım!
Yəni bu iki amilə, - həm çin sahibisiniz, mənsub olduğunuz komandaya, onun rəhbərinə - Prezidentə sadiqsiniz, həm də milli-mental dəyərlər Sizin üçün önəmlidir, - görə Sizə müraciət edirəm.
Üçüncü amil isə odur ki... Sizə məhz DİN BAŞ KADRLAR İDARƏSİNİN rəisisiniz! Bu an buna məndən çox sevinən ikinci bir şəxs hətta özünüz deyilsiniz. Çünki Siz Baş Kadrlar İdarəsinin rəisi olmasaydınız, mən bu vəzifə sahibinə müraciət etməzdim. Sizə inanıram! Qəbul edib verəcəyiniz qərardan asılı olmayaraq!
Sizin qəbulunuzda olmaq, Sizi həqiqətlə tanış etmək və nəticəni gözləmək istəyirəm. Bilirəm ki, Siz həm cənab nazirə həqiqəti məruzə edəcəksiniz, həm də kişiliyə, qanunlara, polisliyə tüpürməsiylə məni Sizə müraciət etməyə məcbur etmiş Rahibin, - özünü ağdaşlı Ramin və polis işçisi kimi təqdim edən, +99455 .... 80 16 saylı mobil telefon istifadəçisinin, - DİN sıralarında bundan sonra saxlanmasının məqsədəuyğun olmadığına əmin olacaqsınız!
Ən azından bu adam Azərbaycan əxlaqına, adət-ənənələrinə, kişiliyinə tüpürmüş biri olmaqla bərabər, həm də polis mundirini alçaldan məsuliyyətsiz biridir. Bunlar bir yana, bu adamın düşüncəsində və əxlaqında qanunların varlığına tüpürmək cəsarəti haracan desən var! Bax buna görə üzümü Sizə tutdum!
Mən təfsilatı Sizə burdan yazmıram. Özünüz oxuyacaqsınız onun yazdıqlarını - iyrənəcəksiniz belə birinin polis olmağından! Dinləyəcəksiniz danışdıqlarını, nifrət edəcəksiniz!
Mən sadəcə məlumat verirəm: 11 dekabr 2017-ci ildə gecə saat 03.00-04.00 radələrində həm sosial şəbəkədə mesaj bölümündə, həm də mobil telefonda həyatda heç vaxt görmədiyim, heç bir şəxsi qərəzim olmayan, heç bir halda kəsişmə nöqtəmiz olmayan Rahib adlı polis (həqiqətən də bu adamın adı Rahibdir və internet resurslarda nömrəsi axtarışa verilərkən adı elə də çıxır: "Rahib Polis") məni və ailə üzvümü cinsi zorakılığa məruz qoyacağını bəyan etdikdə ilk olaraq onun mobil telefonuna mesaj yazıb Daxili Təhqiqat İdarəsinin onunla məşğul olacağıyla xəbərdar etdim. Hədələrini, təhqirlərini, aşağılayıcı ifadələrini, zorakılıq bəyanatlarını daha da artırdıqda isə 35 (otuz beş!!!) dəfə ona anlaşmaq üçün zəng etdim və son sözü bu oldu: "Da....nı dağıdaram".
Gündüz DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun nömrəsini tapıb ona zəng etdim. Təxminən dörd dəqiqəlik danışığımız zamanı vəziyyəti izah etdim. Mənə 102 xidmətinə zəng vurmağın doğru yol olduğunu bildirdi. 102 xidmətinə zəng vurdum. 10 dəqiqə sonra +99455 ... 03 49 nömrəli telefondan zəng olunaraq Yasamaldakı 28-ci bölməyə dəvət olundum. Getdim. İzah elədim. Ərizə aldılar. Bir həftə keçdi, xəbər olmadı. Yenə getdim. Bildirdilər ki, 15 günə cavab veriləcək - şifahi və yaxud yazılı. Yenə cavab verilmədi. Dekabrın 27-də, yəni vətəndaşların ərizə və şikayətlərinə 15 iş günü müddətində baxılması təlimatına uyğun olaraq, yenidən növbətçi hissəyə müraciət etdim. Ki... rəis, nə oldu, 15 iş günü də keçdi, alınmır??? Bu dəfə məni kirayə qaldığım sahə üzrə cavabdeh polis kapitanı Ərəstun Qurbanovla calaşdırdılar. O da bir həftə sonra məndən izahat aldı. Artıq bir aydan artıqdır ki, mənə heç şifahi şəkildə də bildirilməyib ki, kimdir bu Rahib, harada işləyir, soyadı nədir. Mən sadəcə bu adamın kimliyini ona görə bilmək istəyirdim ki, görüm doğrudanmı bu Rahib polis "hacıməmmədovluq" gücündədi ya yox! Və... Rahib polisə telefonda kimliyimi bildirdiyim kimi, Ərəstun Qurbanova da ətraflı məlumat vermişəm, tərcümeyi-halımı danışmışam, Rahiblə yazışmanı oxutmuşam və üstündən yenə də bir həftə keçib. Reaksiya sıfır!
Hörmətli general!
Nə polis Rahib, nə polis Ərəstun Qurbanov məni tanımır, tanımaq da istəmir və bilmirlər... amma Siz şahidsiniz və bilirsiniz, mən şərəf və ləyaqətim uğrunda hətta... cinayətə belə gözüyumulu atılıram!
Mənim həyatım ona görə təhlükədə deyil ki, Rahib arvadınımı, bacısınımı, kiçik qardaşının arvadınımı, - Sevgiladə Qənimət Zahidin üzünə durduğu kimi, - mənim üzümə durğuzacaq!
Bilirəm, bu an əsəbləşirsiniz, amma onun yazdıqlarını oxuyanda mənim belə düşünməkdə nə qədər haqlı olduğumu görəcəksiniz!
Mənim həyatım ona görə təhlükədə deyil ki, Mirzə Sakit kimi yol gedəndə cibimdən narkotik maddə tapdıracaq bu Rahib polis - bu günün "Hacı Məmmədov"u. Bilirəm, yenə əsəbləşirsiniz, amma və lakin... yazdıqlarını oxuyanda görəcəksiniz ki, adam qanunları necə ayaqaltı bilir! Adamın DİN-də daxili təhqiqat idarəsinin və mətbuat xidmətinin varlığından xəbəri yoxdu!
Mənim həyatım heç ona görə də təhlükədə deyil ki, bu Rahib polis Hacı Məmmədov kimi məni oğurlayıb, başıma mesajda yazdığı, telefonda söylədiyi oyunları açacaq!
Bütün bu şərləmələr və böhtanlar ola bilər və çox da mümkündür! Mən bunları təhlükə hesab etmirəm - oturmuşam evdə, heç hara çıxmıram!
Bəli, cənab general, doğru bildiniz, mənim həyatım ona görə təhlükədədi ki, mən şərəf və ləyaqətimi qorumaq üçün hətta cinayətə də əl ata bilərəm! Amma bu günə qədər mənim kimi çılğın adam Rahib polisin mənə və ailə üzvümə qarşı polisə yaraşmayan, azərbaycanlı kişisinə heç yaraşmayan təhqiredici, hədələyici, aşağılayıcı davranışına ona görə səbr edib (bəli! səbr etmişəm, peysərə verməmişəm), detektivlik etməmişəm ki, Siz varsınız!
Mən səbrimin son damlasıyla bu müraciəti yazıram və bəyan edirəm: bu andan Yasamal rayon 28-ci polis bölməsinin həyatıma yaranan təhlükənin qarşısını almaq üçün ASTAGƏLLİKLƏ addım atmasına görə onların qanunçuluğu qoruma missiyasından imtina edirəm, daha onların heç bir çağırışına cavab verməyəcəm, xahiş edirəm də ki, bunu polisin çağırışına cavab verməmək kimi qiymələndirməyəsiniz! Son sözüm isə budur: yalnız Sizinlə görüşdən sonra məsləhət bildiyiniz addımı atacam!
Xahiş edirəm, məni qəbul edin və oxuyun Rahib polisin yazdıqlarını, dinləyin dediklərini və DOĞRU, QƏNAƏTBƏXŞ qərarı verin!
Mən bir daha inanmaq və əmin olmaq istəyirəm: Siz hələ də Prezidentin "jurnalistlərlə humanist davranın" tövsiyə və tələbinə sadiqsiniz.
Prezidentin bu tövsiyə və tələbinə Yasamal RPİ 28-ci bölmədəki cavabdehlər əməl etmədi!
Hörmətlə və Sizə inamla
Aydın Canıyev,
müstəqil jurnalist
Oxşar xəbərlər
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini dövlət başçısına müraciət etdi
10 aprel 2024 23:08
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- Bab və babilik: Bir tarixi hadisənin izi ilə
21 mart 2024 23:10
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- Bir sıra QHT-lər isə yalnız sədrlərdən ibarətdir
18 mart 2024 12:38
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Qardaşı mərhum professor Şamil Vəliyev haqda müsahibə verdi... - MÜSAHİBƏ
12 mart 2024 19:54
Xəbər lenti
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 11:43
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 11:07
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 11:26
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 11:15
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 11:06
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 10:17
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 10:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 09:45
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 09:31
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 21:16
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 20:53
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 20:43
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 09:49
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 20:39
- İmişlidə məktəbliləri cərəyan vurub öldürdü
14 aprel 18:44
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 17:25
- Vəkillik fəaliyyətindən qovulmuş Sevil Hacıyeva məmurları TERROR-çuluqda ittiham edir
14 aprel 16:37
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 15:24
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 11:41
- Narkotik satan AXUND həbs olundu - Foto
13 aprel 13:04
Video & Fotoqalereya
Video
Fotoqalereya