Tərcümə Mərkəzi və AMEA arasında qalmaqal: səhvlər aşkarlandı (SİYAHI)
Müsahibə11 yanvar 2018 14:05
Tərcümə Mərkəzi AMEA-nın nəşr etdiyi "Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə qüsurlar aşkarlayıb.
"Report” xəbər verir ki, mərkəz tərəfindən aşkarlandığı iddia edilən qüsurlar "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” kitabında yer alıb.
Kitabda bildirilib ki, orfoqrafiya lüğətinə ümumişlək, anlaşıqlı və populyar səciyyəli terminlər daxil edilir. "Azərbaycanda Orfoqrafiya sözlüyü kimi strateji bir dilçilik əsərinin tərtibi işinə xüsusən son dövrlərdə xeyli dərəcədə laqeyd, hətta demək olar ki, məsuliyyətsiz yanaşılıb.
Tərcümə Mərkəzinin "Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin son nəşri üzərində apardığı təhlillər külli miqdarda faktlarla təmsil olunan prinsipal qüsurlar aşkarlanıb ki, onlardan birincisi müasir Azərbaycan dilində işlənməyən, artıq tamamilə arxaikləşmiş ərəb, fars və s. mənşəli çoxsaylı əcnəbi sözlərin tədricən nəinki lüğətlərdən çıxarılması, hətta nəşrdən-nəşrə daha da artırılmasıdır. Məsələn, "ab”, "aba”, "abxor”, "çakər”, "canfəza”, "danişgah”, "dəh”, "abi-həyat”, "əhli-eşq”, "dərdi-sər” kimi minlərlə söz və izafət birləşmələri orfoqrafiya lüğətinə hansı məntiqlə daxil edilə bilər?
İkinci qüsur mövcud orfoqrafiya lüğətində ümumişlək səciyyəsi daşımayan, yalnız müxtəlif elmlər və ya peşələr üzrə mütəxəssislərin dar ünsiyyət dairəsinə mənsub söz-terminlərə geniş yer verilməsidir. Məsələn, "abaksial”, "abandon”, "abatment”, "dedveyt”, "dzeren” və s. kimi sözlərin orfoqrafiya lüğətinə daxil edilməsi yanlışdır. Burada söhbət yalnız beynəlmiləl terminalogiyadan deyil, milli söz-terminlərdən də gedir. Məsələn, "cərgəarasıseyrəklik”, "çoxmemarlılıq”, "dimdikşəkillilik” kimi terminoloji vahidlər orfoqrafiya lüğətində heç bir funksiya daşımır.
Üçüncü qüsur lüğətdə ədəbi normativlikdən və ya kütləvi işləklikdən məhrum dialektizmlər, yaxud loru sözlər də çoxdur. "Adə”, "ağzıyelli, "anarı”, "ağarantı”, "ağzıbir”, "alabaydaq” tipli dialekt, "adıbatmış”, "açarınıitirən”, "ağzıcırıq”, "çezdirmə”, "çırtı-pırtı” kimi loru sözlərin orfoqrafiya lüğətində verilməsi, ən azından, yazı mədəniyyətinə ziddir.
Lüğətin dördüncü qüsuru heç bir ehtiyac olmadam söz yaradıcılığı hesabına yüklənməsi və ya süni olaraq həcmcə genişləndirilməsidir. Nə ehtiyac var ki, "silahlandırılma, silahlandırılmaq, silahlandırma, silahlandırmaq, silahlanma, silahlanmaq… silahsızlandırılma, silahsızlandırılmaq” kimi sicilləmələr orfoqrafiya lüğətinə daxil edilsin? Əgər mətləb sözün törəmələrinin düzgün yazılış qayda və ya formalarının təsbitindən gedirsə, daha doğru, daha elmi yanaşma odur ki, lüğətə tamamilə təbii olaraq əlavə edilmiş "Orfoqrafiya qaydaları”nda müxtəlif növ şəkilçilərin orfoqrafiyası təfsilatı ilə verilsin.
"Lüğət”də Azərbaycan dilinin mövcud söz yaradıcılığı imkanlarından sui-istifadə edilərək "yaradılmış” xeyli qurama sözlərə rast gəlinir ki, bu, beşinci qüsurdur. Buraya "abır-həyagözləmə”, "abırsızolma”, "abzasdanbaşlama”, "acıdilliliketmə”, "açıqcagöndərmə” və s. tipli qondarma "mürəkkəb sözlər” aiddir ki, onların sayı lüğətdə olduqca çoxdur. Bu cür sözlərin lüğətə ayaq açması "söz” anlayışı barədəki təsəvvürün yanlışlığından , yaxud elmi olmamasından irəli gəlir. Maraqlıdır ki, tərtibçilər Azərbaycan dilində, məsələn, "ətriyyatçılıqetmə”, yaxud "ətriyyatçıolma” sözlərinin mövcudluğunu qəbul edirlər, ancaq deyək ki, "müəllimliketmə”, yaxud, "müəllimolma” "söz”lərini qəbul edib lüğətə daxil etmirlər… Bu isə o deməkdir ki, ən adi elmi prinsiplər belə gözlənilməyib, tərtibçilər ya hansı mətndəsə təsadüf etdikləri "söz”ləri almış, ya da sadəcə özlərindən uydurmuşlar.
"Lüğət”in altıncı qüsuru "söz” anlayışı hüdudlarına sığmayan yamsımalara və ya fonetik təqlid cəhd-vahidlərinə, heç bir əsas olmadan, geniş yer ayrılmasıdır. Məsələn, "car-cur”, "cığ-cığ”, "cirinq”, "cükk”, "çıqq”, "çıpaçıp”, "çıp-çıp”, "çırt”, "danq”, "dit-dit”, "dızz” və s.
Nəhayət, yeddinci qüsur bir sıra sözlərin düzgün yazılışında: A) tələffüz variantlılığından; B) alınmalarda mənbə dildəki yazı normasına münasibətdən; C) mürəkkəb sözlərin bitişik, yaxud defislə yazılmasından və s. irəli gələn problemlər vardır. Məsələn: addama-adlama, basdalama-bastalanma, başaçıq-başıaçıq, cəlal-calal, çaşma-şaşma, qorxutma-qorxuzma, yorğun-yornuq, yumurlama-yumrulama və s.
Beləliklə, orfoqrafiya lüğətinin son – 2013-cü il nəşri (o nəşrin ki, əsas missiyası məhz bu cür qüsurları mümkün dərəcədə aradan qaldırmaq idi) bugünkü tələblərə cavab vermir”.
Oxşar xəbərlər
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- MM-də iki deputat arasında gərginlik
23 aprel 2024 22:43
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya