"Kontakt Home" 1640 manata telefon alan müştərinin başına oyun açdı (ŞİKAYƏT)
İqtisadiyyat8 yanvar 2018 14:57
"Kontakt Home" mağazalar şəbəkəsindən şikayət var.
Qaynarinfo xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun məlumat yayıb.
Ekspert bildirib ki, vətəndaşlardan biri onlara müraciət edərək mağaza tərəfindən ciddi şəkildə aldadıldığını iddia edib. Şikayət əsasında "Kontakt Home" mağazalar şəbəkəsi ilə əlaqə saxlanılıb danışıqlar vasitəsilə problem həll olunmağa çalışılsa da, konstruktiv danışıq aparan olmayıb.
Eyyub Hüseynov artıq onların əlin bir şey gəlmədiyini və köməyi müvafiq dövlət strukturlarından gözlədiklərini bildirib.
Şikayətçinin ərizəsini sizə təqdim edirik:
"28.09.2017-ci il tarixində 14:54-də Nəsimi rayonu Azadlıq prospekti, ev 33 ünvanında yerləşən "ABC-Telecom” MMC Əlizadə Daşqın Fərrux oğluna məxsus "Kontakt Home” mağazasından satıcıdan İphone 7 Plus 128 GB modeli olan mobil cihazı 1 illik Qızıl zamanət ilə vitrindən 18 aylıq kreditlə almışam. 1640 AZN lik telefona ilkin olaraq 404 AZN ödədim.
Telefonu aldığımız gündən problemlər aşkar etdik. Belə ki, video izləyərkən kadrları 50 dəfəyə qədər geriyə atır.
02.10.2017-ci il tarixində "Kontakt-Home”dan aldığım məhsulu gətirib Vüqar adlı satıcıya göstərdim, problemi danışdım. Şikayətimi qəbul etmədən məni Nizami metro stansiyasının yanında, Şıxəli Qurbanov 19 ünvanında yerləşən "Servis Link” texniki servis mərkəzinə göndərdilər. Orada mənə bildirdilər ki, proqram yazıb, problemi aradan qaldıracaqlar. Həmin gün 17:45-də "Servis Link”də cihazı mənə təhvil verəndə əmin etdilər ki, lazımi qaydada işləyəcək. Həmin günün gecəsi problemlə yenə rastlaşdım, hətta digər bir problem aşkar olundu. Batareya yükləmə dərəcəsini pis saxlamağa, vaxtından tez qurtarmağa başladı.
Yenidən Nəsimi rayonu, Azadlıq prospekti, ev 33 ünvanında yerləşən "Kontakt Home” mağazasına yaxınlaşdım və onlardan yenə mənə kömək etmələrini istədim. Yenidən məni "Servis Link"ə yolladılar.
Cihazı yenidən diaqnostikaya saxladılar. Təxmini 40 dəqiqə ərzində mənə cihazı qaytarıb dedilər ki, cihazı açdırıb yoxlamaq lazımdı. Amma əmin edə bilmədilər ki, problem yox olacaq. Mən onların təkliflərindən razılaşmadım və cihazı alıb "Kontakt Home”a qayıtdım. Cihaz normal işləmədiyinə görə aldığım Qızıl zamanətdə olan təklifləri tələb etdim. Aydın oldu ki, Zamanət talonunda qeyd olunmuş təkliflərdə telefonu dəyişdirmə, qaytarma maddəsi yoxdur. Yalnız təmir bura daxildir. Telefonun eyni həmin modelin yenisi ilə əvəzlənməsini, mobil telefonun toplam dəyərin 30%-ni ödədiyim halda mümkün olduğunu bildirdilər. Qeyd edim ki, mənim birinci telefona ödədiyim aylıq ödənişləri ləğv edib, yeni eyni model telefon üçün 30%-i başdan hesablayacaqdılar. Bizə təklif etdikləri eyni modelin isə aşağı yaddaş tutumuna malik olduğu, həm də 30% ilkin ödəniş etməli olduğumuz üçün bu təkliflə razılaşmadıq. Zəmanət talonun mənə kömək etmədiyi halda özümə lazımsız hesab etdim, ləğv etmək qərarına gəldim.
23.12.2017-ci il tarixində cihazımın kredit ödənişini etdiyim zaman "Kontakt Home”dan cihazı aldığım Əlizadə Daşqın Fərux oğlunun yanına yaxınlaşıb zamanəti ləğv etmələrini istədim. O mənə 24.12.2017-ci il tarixdə zəng vurub zamanəti ləğv etməyin yollarını deyəcəkdi. Amma həmin gün ondan zəng gəlmədi.
25.12.2017-ci il tarixində Azadlıq prospekti ev 33 ünvanında yerləşən "Kontakt Home” mağazasına gedib direktorla görüşüb şikayətlərimi dedim və zamanəti ləğv etməyi istədim. Lakin o imtina edib, buna hüququnun olmadığını bildirdi. Şəfayət Mehdiyev 96 ünvanında olan "ABC-Telecom” ofisində işləyən hüquqşunasın qəbuluna yolladı. Həmin günün səhəri 26.12.2017 tarixdə Şəfayət Mehdiyev 96 ünvanında olan "ABC-Telecom”da işləyən Yusif adlı hüquqşunasa yaxınlaşıb şikayətlərimi bildirdim. Həmin şəxs, "Kontakt Home”da işləyən Əlizadə Daşqın, Ağa adlı şəxs və "Servis Link”də olan işçilər mənim bütün sorğunlarımdan imtina edib hüquqlarının olmadığını bildirdilər. Sonda mənim heç bir şikayətim nəzərə alınmadı və kömək göstərilmədi.
Bu halda mən 26.12.2017-ci il tarixində Nəsimi rayon Polis İdarəsinə yaxınlaşıb qəbul edilməyən şikayətlərimi söylədim. Polis işçisi bu işlərə baxmadığını deyib məni həmin ünvanda olan Azad İstehlakçılar Birliyinə yolladı.
Sizdən xahiş edirəm ki, mənə Azərbaycan Respublikasının vətəndaşı olaraq öz hüquqlarımın yerinə yetirməsinə kömək edəsiniz, hər ay ödədiyim pullar geri qaytarılsın (toplam 803 AZN ), kredit müqaviləsi ləğv olunsun. İnternet resurslarından aldığım mənfi xarakterli məlumatlar bu şirkətə inamımı azaldıb. Qızıl zəmanət üçün əlavə ödədiyim ödəniş isə heç bir əhəmiyyət kəsb etmir. 4 ay ödədiyim kredit puluna daxil olan zəmanət ödənişi mənasızdır. Məhz ona görə də telefonun dəyişdirilməsini istəmirəm. Xahiş edirəm, bu barədə dövlət orqanlarına və KİV-ə məlumat verəsiniz ki, əhali aldadılmasın".
Nərmin Həsənli
Oxşar xəbərlər
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 2024 15:29
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 2024 20:10
Xəbər lenti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
Video & Fotoqalereya
Video
Fotoqalereya