Rusiyada yaşayan azərbaycanlı alim-general vəfat edib
İqtisadiyyat6 yanvar 2018 19:20
Rusiya Federasiyasında yaşayan azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Valeh Cəfər oğlu Quliyevvəfat edib.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, V.Quliyev ötən gün Moskva şəhərində qəfil ürək tutmasından dünyasını dəyişib.
Xatırladaq ki, Valeh Cəfər oğlu Quliev 1943-cü ildə Salyan rayonunun Şorsulu kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra 1963-cü ildə Bakı Dövlət Universitetinin mexanik-riyaziyyat fakültəsinə daxil olub. O, 1969-cu ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib və həmin ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olub. O, professor Y.P.Çerepanovun rəhbərliyi altında kövrək və knazikövrək möhkəmlik mexanikasının problemləri ilə məşğul olub və 1974-cü ildə Moskva Dövlət Universitetinin Elmi Şurasında disertassiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb.
V.Quliyev Moskva Avrasiya İnstitutunda böyük elmi işçi, daha sonra bölmə müdiri vəzifəsində çalışıb. Eyni zamanda 1979-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyası Elmi-Tədqiqat Mexanika və Riyaziyyat İnstitutunda xüsusi konstruktor bürosuna rəhbərlik edib. 1980-ci ildə Moskva Dövlət Universitetinin elmi şurasında "Möhkəmlik mexanikasının bəzi tətbiqi və nəzəri problemləri” mövzusunda disertassiya müdafiə edərək elmlər doktoru, 1987-ci ildə isə professor adını alıb. O, Moskva Dövlət Açıq Universitetində ali riyaziyyat kafedrasının müdiri, 1998-ci ildən tətbiqi riyaziyyat kafedrasının müdiri və Moskva Dövlət Açıq Universitetin filial direktoru kimi vəzifələrdə çalışıb. 1996-cı ildə Çuvaşiya Respublikası Mühəndis Texnologiyası Akademiyasının həqiqi üzvü, akademiki seçilib.
2005-ci ildə kosmonavt xidmətlərinə görə, V.Quliyevə general-mayor rütbəsi verilib. O, "Kosmik texnikanın əməkdar sınaqçısı”, "Kosmonovtika veteranı” fəxri adlarına, 1-ci dərəcəli Böyük Pyotr, 3-cü dərəcəli "Vətənin müdafiəsi”nə görə orden və medallara layiq görülüb.
Qeyd edək ki, V.Quliyev 175 elmi əsərin, 7 dərsliyin, 2 monoqrafiyanın məllifidir.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 2024 15:46
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya