“DəmirBank”da nələr baş verirdi…
Lisenziyası ötən gün axşam geri alınan “DəmirBank” ətrafında son zamanlar bir sıra qalmaqallar baş verirdi. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bankın Bayıl filialının keçmiş rəhbəri Fərəh Rəşadətli, xəzinədar Tamamgül Xanlarova və filialın əməkdaşı Fariz Qarayevin barəsində məhkəmə prosesi keçirilməkdədir. Onlar əmanətçilərin milyonlarla manatını sənədləri saxtalaşdırma yolu ilə ələ keçirməkdə ittiham edilirlər.
İttihama əsasən, F.Rəşadətli “Dəmir Bank” ASC-nin Bayıl filialının müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatı ələ keçirib. Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyib. Lakin F.Rəşadətli pulu sənədləri saxtalaşdırma yolu ilə ələ keçirib. İttihama görə, F.Rəşadətli eyni üsulla Bəhruz Axundovu da aldadıb və 800 min manatını ələ keçirib.
İstintaqın qənaətinə görə F.Rəşadətli eyni dələduzluq sxemi ilə Pərvanə Əliyeva adlı əmanətçinin 400 min, Gülnur Axundovanın 300 min, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min dollarını, Ruslan Qasımovun 100 min dollarını mənimsəyib.
F.Rəşadətli ittiham üzrə qismən təqsirli olduğunu bildirib. Digər təqsirləndirilən Fariz Qarayev və T.Xanlarova isə özünü qismən təqsirli bildiklərini deyiblər. Bu iş üzrə növbəti məhkəmə prosesi dekabrın 22-də, bankın lisenziyasının geri alınması ərəfəsində keçirilmişdi.
Yaxud bundan əvvəl “DəmirBank”a haker hücumunun edildiyi və bankın 3 milyon manata yaxın vəsaitinin kibercinayətkarlar tərəfindən ələ keçirildiyi məlum olmuşdu. Bu barədə virtualaz.org saytı tərəfindən yayılan xəbəri bank rəsmiləri əvvəlcə təkzib etməyə çalışdılar, lakin daha sonra bankın haker hücumuna məruz qaldığı təsdiqləndi.
Bu ilin iyul ayında isə Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan banklarından birinə haker hücumu həyata keçirərək 3.7 milyon manatdan çox vəsaiti ələ keçirən beynəlxalq kibercinayətkarların həbsi və Bakıya ekstradisiyası barədə məlumat yaymışdı. Məlumata əsasən
Danila Dorin Konstatinoviç adlı cinayətkar (Rusiya, yaxud Belarus pasportu daşıdığı güman edilir) ölkədə ictimai əhəmiyyətli infrastruktur obyekti olan kommersiya bankının kompüter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edərək 3.7 milyon manatdan artıq vəsaiti oğurlayan mütəşəkkil qruplaşmanın üzvü kimi Barselonada yaxalanıb. Həmin qruplaşmanın eyni üsulla başqa ölkələrdə də bankları soyduğu məlum olub.
DTX həmin qruplaşmanın Azərbaycanda hansı banka hücum etdiyini açıqlamasa da ehtimal edilirdi ki, söhbət məhz “DəmirBank”dan gedir.
Ümumiyyətlə bankda kapital yetərsizliyi də aşkar edilmişdi və Maliyyə Bazarlarına Nəzarət Palatası hələ ötən ildən bankın səhmdarları qarşısında nizamnamə kapitalını 50 milyon manata çatdırmaq tələbi qoymuşdu.Mətbuat isə durmadan bu bankdakı maxinasiyalar, kredit kimi ayrılan on milyonlarla manatın mənimsənilməsi kimi əməllərdən yazırdı...
* * *22:59
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilir.
“Trend”ə Palatadan verilən məlumata görə, bu qərar bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul edilib.
“DəmirBank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Palatanın qərarına əsasən, banka müvəqqəti inzibatçı təyin edilib. “DəmirBank” ASC-barəsində iflas prosedurana başlanması ilə əlaqədar Palata məhkəməyə müraciət etmişdir.
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 2024 21:03
- Bakıda yeni yolun üstünlükləri nələr olacaq? (TƏFƏRRÜAT)
7 aprel 2024 19:21
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Köçaryanın oğlu ilə Paşinyan arasında gərginlik, parlamentdə ağız deyəni qulaq eşitmədi – VİDEO
22 mart 2024 23:36
- Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür - FOTO
22 mart 2024 10:22
- Bab və babilik: Bir tarixi hadisənin izi ilə
21 mart 2024 23:10
- Əhmədin Kreml sərgüzəşt-ləri – Çörçillin oğlu ilə mübahisə edib və...
17 mart 2024 17:43
- Qardaşı mərhum professor Şamil Vəliyev haqda müsahibə verdi... - MÜSAHİBƏ
12 mart 2024 19:54
- Sağlığında qiymət verin insanlara - deyən şairin AİLƏ DRAMI
12 mart 2024 13:00
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22