BSU rektoruna ABŞ-ın iki medalı təqdim olundu
BSU rektoruna ABŞın iki medalı təqdim olundu
Azərbaycan Respublikasının Prezidentinin dəvəti ilə ölkəmizə gəlmiş amerikalı politoloq, beynəlxalq jurnalist Piter Teys noyabrın 27-də Bakı Slavyan Universitetinə (BSU) Amerika Birləşmiş Ştatlarının iki yüksək səviyyəli medalını təqdim edib. Təqdimetmə mərasimində tələbələrlə yanaşı universitetin rəhbəliyi, alim-professor heyəti də iştirak edib. Qeyd edək ki, 2016-cı ildən BSU ilə əməkdaşlıq edən tanınmış amerikalı politoloq bu il də adıçəkilən universitetin tələbələri qarşısında bir neçə mühazirə ilə çıxış edib, gəncləri maarifləndirmə istiqamətində təlimlər keçib.
Amerikalı diplomat təqdimatdan əvvəl tələbələr qarşısında son mühazirəsini oxuyub, onların çoxsaylı suallarını cavablandırıb.
Tədbirdə iştirak edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Bakıya son illər ərzində sıx-sıx səfər edən Piter Teysin dünya mətbuatında ölkəmiz barədə müsbət fikirlər səsləndirdiyini, xüsusən Dağlıq Qarabağ problemi ilə bağlı ciddi siyasi açıqlamalar verdiyini, nüfuzlu beynəlxalq tədbirlərdə respublikamızın haqlı mövqeyini müdafiə etdiyini bildirib.
N.Əliyeva bu gün Azərbaycanda dövlət ideologiyasının tərkib hissəsinə çevrilmiş multikulturalizm siyasətinin kökündə də məhz bu səmimiyyətin, humanizmin, insanpərvərliyin dayandığını bildirib. Rektor multikulturalizm siyasətinın Azərbaycanı digər dünya dövlətlərindən fərqləndirən əsas amil olduğunu bildirib. O, 25 il bundan öncə Ümumilli Lider Heydər Əliyevin ölkəmizdə gerçəkləşdirməyə başladığı multikulturalizm siyasətinin Azərbaycanı uçurumdan xilas etdiyini və qısa vaxt ərzində böyük inkişaf yoluna çıxartdığını qeyd edib.
N.Əliyeva Prezident İlham Əliyevin həmin siyasəti bu gün uğurla davam etdirdiyini, Azərbaycanı dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına daxil etdiyini bildirib. Rektor bu uğurlu siyasət nəticəsində tezliklə Dağlıq Qarabağ probleminin də öz ədalətli həllini tapacağını vurğulayıb. N.Əliyeva deyib: “Qarabağ problemi bizim ən böyük dərdimizdir. Prezident İlham Əliyev hər zaman deyir: “Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var!” Azərbaycan xalqı inanır ki, müasir texnika ilə təchiz olunmuş ordumuz, vətənpərvər övladlarımız qısa müddətdə Qarabağı azad edə bilər. Ancaq biz qan tökülməsini istəmədiyimizdən, dinc yolla torpaqlarımızın azad edilməsinə nail olmaq istəyirik”.
N.Əliyeva bu işdə dünyanın ədalətli insanlarının, haqsevər siyasətçilərinin də mühüm rol oynamaqda olduğunu bildirib. O, həmin insanların birinciləri cərgəsində Piter Teysin adını çəkib.
Universitetin professor-müəllim və tələbə kollektivi adından Piter Teysə minnətdarlıq edən rektor Azərbaycan xalqının ədalətli insanlara daim böyük diqqət və qonaqpərvərlik göstərdiyini vurğulayıb.
Sonra söz alan amerikalı qonaq Bakı Slavyan Universitetində təhsilin yüksək səviyyədə qurulduğunu və bu təhsil müəssisəndə mühazirələr oxumaqdan məmnun qaldığını vurğulayıb. Azərbaycanlı gənclərin istedadlı və potensiallı olduğunu qeyd edən Piter Teys gələcəkdə də burada mühazirə oxumaq istəyini nəzərə çatdırıb. Piter Teys BSU-dakı mükəmməl təhsil mühitinə, müasir tələblərə cavab verən tədris şəraitinə görə universitetin rektoru, professor N.Əliyevaya Amerika Konqresi Muzeyinin hazırladığı hədiyyəni, Amerika bayrağı və Amerikanın Vaşinqtondakı Azadlıq heykəlini simvolizə edən medalları təqdim edib. Bundan əlavə, Piter Teys Donald Trampın Seçki komandasının loqosunu da univeristetə bağışlayıb.
O, arzusunun Qarabağın erməni əsarətindən azad olmasından sonra orada çay içmək olduğunu bildirib.
BSU-nun Mətbuat xidməti
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- İNTİHAR edən hərbçimizin FOTOSU
25 mart 2024 10:19
- 1970-ci ildə Bakıda qeyd olunan Novruz şənliyindən görüntülər (VİDEO)
25 mart 2024 09:51
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- Bunu qatığa 1 qaşıq əlavə etsəniz, sonsuz faydalarını görərsiniz- Sağlamlıq sirri
23 mart 2024 20:40
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41