Lotu Quli Türkiyədən böyük savaşa hazırlaşır
Kriminal20 noyabr 2017 18:02
Azərbaycanlı qanuni oğru Nadir Səlifov (Lotu Quli) öz düşmənləri ilə hesablaşmağa hazırlaşır.
axar.az xəbər verir ki, bu barədə informasiyanı "Rosbalt” agentliyi yayıb. Agentlik Lotu Qulinin ilk zərbəni qanuni oğru Merab Canqveladze və onun yaxın ətrafına vurmağı planlaşdırdığını bildirib:
"Bir müddət öncə həbsdən azad olan Səlifov Türkiyəyə yerləşib və burada öz klanını formalaşdırmağa başlayıb. Quli əvvəlcə Rövşən Lənkəranskinin klanına daxil olan Suxumi mafiyası və hətta Lənkəranskinin keçmiş mühafizəçisi olan qanuni oğru Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) ilə görüşüb. Belə bir təəssürat yaranırdı ki, nə Suxumi mafiyası, nə də Hacı Beyləqanski Qulinin adının Lənkəranskinin qətlində çəkilməsindən narahatdırlar. İddialara görə, bu görüşlərdən birində hətta Beyləqanski Səlifova tabe olacağı barədə razılıq verib. Hər şeyin plan üzrə getdiyi bir anda Suxumi mafiyasının Qulinin tabeliyi altına girməsinə Merab Canqveladze maneə yaradıb.
Noyabrın əvvəlində Türkiyədə Lənkəranskinin qardaşı Namiq Canıyev və Hacı Beyləqanski həbs edildi. Onlar Qulinin villalarından birinə hücum etmək istəyəndə yaxalandılar. Killerlərdən Səlifovun villasının əllə çəkilmiş planı ələ keçirildi. Aydın idi ki, bu plan evə tez-tez girib-çıxan biri tərəfindən çəkilə bilərdi.
Quli bundan sonra Hacı Beyləqanski haqqında ölüm qərarı çıxardı. Səlifovun şübhəsi altına Suxumi mafiyası da düşdü. Bundan sonra o, özünə müttəfiq axtarışı ilə bağlı tutduğu yönü dəyişdi. Son zamanlar Səlifov Merab Pipiya ilə əlaqələrini gücləndirib. 2012-ci ildə Canqveladzeni qanuni oğru hesab etmədiyinə görə balaca uşaq qarşısında döyülən Pipiya indiyə qədər ondan qisas almaq üçün fürsət axtarır. Səlifovla yaxınlıq edənlər arasında Aleksandr Kuşnerov (Kuşner) və Rəşad İsmayılov (Rəşad Gəncinski) da yer alır.
Maraqlı məqam odur ki, Quli danışıqlar zamanı rus mafiyasına yeni rəhbərdən bəhs etmir. O, mafiya liderinin gərəkli olmadığını və qanuni oğruların bir-biriylə bərabər hüquq çərçivəsində davranmalı olduğunu bildirir.
Görünür, Səlifovun sözləri təkcə Suxumi mafiyasına aid edilməyib. Artıq onun üzvləri kütləvi yerlərdə görünmürlər. Bu isə klanlararası böyük savaşın olacağını göstərir”.
NUH.az
Oxşar xəbərlər
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 2024 21:14
- Türkiyənin böyük şəhərlərində liderlər açıqlandı - Seçkini kim qazanır? (YENİLƏNİR)
31 mart 2024 21:42
- TƏCİLİ: Hazırlıq başladı – Tavuş boşaldılır
22 mart 2024 13:07
- TƏCİLİ: Tələb TƏSDİQLƏNDİ: Ordumuz bu kəndlərə girəcək...
10 mart 2024 13:52
- Lotu Quli-nin qətli: onlar azadlığa buraxıldı - FOTO
19 fevral 2024 19:15
- Navalnının ölüm müəmması: Avqustdan bəri hər gün zəhər verilib...
18 fevral 2024 15:30
- Azərbaycan Gürcüstandan 128, Rusiyadan 140, Türkiyədən isə 915 manata qoyun alıb
15 fevral 2024 17:34
- Zəngilanın Ağalı kəndi 30 ildən sonra ilk dəfə toya hazırlaşır (VİDEO)
15 fevral 2024 10:15
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya