BSU-da Konstitusiya Günü və Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 17-də Bakı Slavyan Universitetində (BSU) 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov hər iki tarixi günün əhəmiyyətindən danışıb. 1988-ci il noyabrın 17-dən başlanan meydan hərəkatının Azərbaycan xalqının azadlıq ruhunu oyatdığını deyən R.Novruzov bildirib ki, xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa olunmasında mühüm rol oynamışdır. Əlamətdar gün münasibəti ilə hər kəsi təbrik edən prorektor dirçəliş hərəkatının öyrənilməsinin, onun bu günkü və gələcək nəslə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov “17 noyabr – Milli Dirçəliş Günüdür” adlı geniş məruzə ilə çıxış edib. H.Məmmədov məruzəsi zamanı deyib: “Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycan müstəqil inkişaf yoluna qədəm qoymuşdur. Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən Ümummilli Lider sovet ideologiyasının sərt qadağalarına baxmayaraq milli -mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu ziyalılar ordusu yetişdi”.
Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov “Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin inkişafının əsasıdır” adlı mövzu ilə çıxış edib. Ə.Əmirov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunub.
Ərzuman Əmirov Konstitusiyada mövcud olan insan hüquqları, habelə Azərbaycanın hüquq sistemində konstitusiya dəyərlərinin rolundan da danışıb.
Tədbirdə beynəlxalq münasibətlər və regionşünaslıq faklütəsinin III kurs tələbələri Günel Mürşüdova və Solmaz Seyidova çıxış edərək Konstitusiya Günü və Milli Dirçəliş Günü ilə bağlı slayd təqdim ediblər.
Sonda çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova zaman-zaman azadlıq və müstəqillik arzusu ilə yaşayan xalqımızın ötən əsrin 80-ci illərinin sonlarında Bakının Azadlıq meydanında fasiləsiz etiraz mitinqlərinə başlamasından söz açıb. Sonra azadlıq uğrunda aparılan mübarizə nəticəsində şəhid olmuş soydaşlarımızın xatirəsi yad edilib. Prorektor gəncləri tariximizin şanlı səhifələrini dərindən öyrənməyə, vətənimizin rifahı yolunda üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çağırıb.
BSU-nun Mətbuat xidməti
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41