20 hakimin, 7 məhkəmə sədrinin səlahiyyətlərinə xitam verildi
Bu gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Məhkəmə-Hüquq Şurasından AzVision.az-a verilən məlumata görə, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə mühüm qanunvericilik və institusional tədbirlər qeyd edilib, bu sahədə islahatlara nüfuzlu beynəlxalq qurumlar tərəfindən də böyük maraq göstərilərək, ölkəmizin nailiyyətlərinin yüksək dəyərləndirilməsi vurğulanıb.
İclasda qeyd edilib ki, bu günlərdə ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub. Azərbaycan bu nüfuzlu müsabiqədə Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi "Elektron məhkəmə” informasiya sisteminin tərkib hissəsi olan "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab” adlı layihə ilə iştirak edib. Bu layihə Avropa ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək təsis edilmiş dörd mükafatdan birinə layiq bilinib. Digər qalib gələn üç layihə Norveç, İtaliya və Bolqarıstan tərəfindən təqdim olunub.
Azərbaycan layihəsinin müsabiqədə iştirak edən 37 layihə arasında mükafata layiq görülməsi və ölkəmizin adının ən yüksək kürsülərdən şərəflə çəkilərək, bir çox Avropa İttifaqı dövlətlərini qabaqlaması məhkəmə islahatlarının uğurundan xəbər verir. "Ədliyyənin Kristal Tərəzisi” mükafatı Şuranın iclasında təntənəli surətdə təqdim edilib.
Eyni zamanda qeyd olunub ki, bu ərəfədə Avropa Şurasının xahişi ilə mütəxəssislərimiz Moldovaya səfər edərək müsbət təcrübəmizi həmkarlarına aşılayıb, Dünya Bankının tövsiyəsi ilə Moskva Şəhər Məhkəməsi sədrinin rəhbərliyi ilə mötəbər nümayəndə heyəti ölkəmizə eyni məqsədlə səfər edib. Bu, Azərbaycanda həyata keçirilən mütərəqqi məhkəmə islahatlarına beynəlxalq marağın nəticəsidir.
Tədbirdə, həmçinin əldə edilmiş nailiyyətlərlə yanaşı, məhkəmə fəaliyyətində mövcud problemlərə də toxunulub, vətəndaşlarda haqlı narazılıq doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq cari ildə apellyasiya və birinci instansiya məhkəmələrinin 20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verildiyi, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakiminin aşağı işə keçirildiyi diqqətə çatdırılıb. Eyni zamanda, 2018-ci ildə 100-dək hakimin səlahiyyət müddətinin başa çatacağı bildirilib, bununla əlaqədar prinsipial təhlillərin aparılması və onların fəaliyyətinin qiymətləndirilməsinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.
İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq, korrupsiyaya şərait yaradan hallara, habelə icra intizamının və qanunvericiliyin tələblərinin dəfələrlə kobudcasına pozulmasına yol verdiklərinə görə, Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Vidadi Cəfərov və Hüseyn Nəbiyevə töhmət elan edilib.
NUH.az
Oxşar xəbərlər
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 2024 16:35
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya