Bundan bütün evlərdə var, amma ölümcül fəsadlarından xəbərsizsiniz!
Günün sitatı15 noyabr 2017 23:35
Onkoloji xəstəliklərə yol açan ağır metallar və kanserogenlərin bir mənbəyi də işlənmiş batareyalardır.
Medicina.az xəbər verir ki, dermatit, bronxit, civə ilə zəhərlənmə, beyin xəstəlikləri, sinir zədələnmələri, böyrək xəstəlikləri, dəri xəstəlikləri, sümük xəstəlikləri – işlənmiş batareyalarla çirklənmiş ərazilərin insanları bu problemlərdən daha çox əziyyət çəkir.
Fikir vermisinizsə, batareyanın korpusunda zibil qabı işarəsi yoxdur. Bu o deməkdir ki, onu zibil qabına atmaq olmaz: nə evdəki zibil qabı, nə məhlədəki, nə şəhərdəki, nə də ümumi şəhər zibilxanasına. Sivil ölkə və şəhərlərdə batareyaları təhvil alma məntəqəsi var ki, əhalidən yığılan yararsız batareyalar xüsusi olaraq zərərsizləşdirilir, yəni utilizasiya olunur. Biz isə illərdir evdən çıxan batareyaları nəinki zibil qutusuna, torpağa atırıq, hətta uşaqlara oynamaq üçün veririk. Torpağa atılan batareyaların korpusunun altında bir növ zibil qutusu kimi yer var və bura bütün zəhərli maddələr yığılır.
Məişət tullantıları ilə birgə torpağa atılan barmaq boyda bircə batareya 20 kv metr torpağı və 400 ml suyu çirkləndirir, toksinləşdirir.
Ağır metallar, duzlar, civə, konsarogen maddələrlə dolu olan kiçik "ölüm bombası” azı 10 il təhlükəli olur. Təsəvvür edin, həmin torpaqlar bizim evimizin yanındadı, orda nəsə bitir, torpağın altı ilə bu maddələr yeraltı su mənbələrinə keçir. Beləcə, ağır metallar su ilə orqanizmimizə düşür.
Əgər bir ölkədə batareyaların uterizasiyası aparılmırsa, heç kim zəmanət verə bilməz ki, o ölkədə su, yemək, torpaq ilə insanların bədəninə ağır metallar, toksinlər, civə və kanserogen keçmir. Və heç kim bunun qarşısını ala bilməz. Bütün bunlar onkoloji, beyin, reproduktiv xəstəliklərin tüğyan etməsinə səbəb ola bilər və olur da.
İndi bu suala cavab verin: illərdir işlətdiyiniz kiçik batareyaları sonradan nə edirsiz, hara atırsız?
Təsəvvür edin, bir binadan il ərzində neçə ədəd batareya atılır. Bəzən küçədə, parklarda belə yerə atılmış batareyalar görmək olar. Tutaq ki, sıravi insanlar bu problemi bilmir. Axı alimlər, həkimlər, mütəxəssislər, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi... bu məsələyə aidiyyəti olan dövlət və qeyri dövlət qurumları var. Axı qonşu Rusiyada belə batareyaların əhalidən qəbulu üçün xüsusi məntəqələr, bu işlə məğul olan qurum, zavod fəaliyyət göstərir.
Dünyada elə ölkələr var ki, orda şəhərlərdə onlarla aktiv gənc işlənmiş batareyaların yığılması ilə məşğuldur. İnsanlar təbiətin, öz sağlamlıqlarının, uşaqlarının gələcəyinin qeydinə qalmalıdır.
Necə ki, hərarət ölçən yerə düşüb qırılanda insan üçün təhlükəlidirsə, eləcə də batareyalar ciddi təhlükə, hətta fəlakət mənbəyidir...
Ölkəyə batareya idxal edən şirkətlər tonlarla batareyanı sata bilir.
Bəs sonra zəhərli məhsullarının aqibəti ilə maraqlanırmı? İnsanlara işlənmiş batareyalarla necə davranmalı olmağı izah edirmi? Maarifləndirmə aparırmı? Əlbəttə ki yox!
Bu ugün ölkədə 5-10 adam bu haqda bilgilidir. Ona görə də evlərdə körpə uşağın əlində lazımsız batareyalar oyuncaq kimi dolaşır.
Hətta zibilliyə atılan batareyalar zavodda yandırılsa da, zəhərli maddələr havaya keçmiş olur. Bu isə daha da pis nəticə deməkdir.
İşlənmiş köhnə batareyalar xüsusi zavodda xüsusi avadanlıqlarla zərərsizləşdirilməlidir. Belə bir zavod hətta Ukraynada da var: Argentum.
İşlənmiş batareyanın evdə, torpaqda, boş ərazidə, suda qalması ilə toksiki maddələrin insan orqanizminə keçməsi nəticəsində yarana biləcək xəstəlikləri sadalayırıq:
- Onkoloji xəstəliklər, mənşəyi bilinməyən şişlər
- Görmənin zəifləməsi
- Dəri xəstəlikləri, dermatit, ekzema
- Sümük əriməsi
- Böyrəklərdə duzlar, daşlar, şişlər
- Ağciyər xəstəlikləri, allergik bronxit
- Əsəb pozğunluğu, beyin geriləməsi
- Yorğunluq, halsızlıq, səbəbi bilinməyən nasazlıq
- Uşaqların qüsurlu doğulması, gec inkişafı
İşlənmiş batareyanın tərkibində: kadmiy, maqniy, civə, nikel, qurğuşun var. Bunlar hamısı insan üçün ölüm mənbəyidir.
Nə etməli:
- Dəfələrlə doldurula bilən batareyalar almalı;
- Üzərində "kadmiysiz”, "Civəsiz” yazılan batareyalar seçməli;
- Uşaqları batareyalardan uzaq tutmalı;
- İşlənmiş batareyanı dərhal şüşə banka və ya ağzı bağlı konteynerə yığıb, sonradan torpaqda elə o qabdaca dərin basdırmalı;
- Amma ən vacib məsələ: batareyaların zibilliklərdən ayrılması, əhalidən toplanması işi ilə ciddi məşğul olub, sivil ölkələrdə olduğu kimi batareyaların uterizasiyası işini qurmalı.
Bu təhlükə ilə bağlı Medicina.az-a danışan kimya elmləri doktoru, professor İslam Mustafayev bildirib ki, Azərbaycanda civə tərkibli batareyalar, lampalar utirilizasiya olunmadan poliqonlarda basdırılır və ya yandırılır, yəni, bu tullantıların utirilizasiyası Azərbaycanda keçirilmir:
"Azərbaycanda hər il adambaşına təqribən 250 kiloqram məişət tullantısı düşür. Bunun da 2 faizə qədəri təhlükəli tullantılardır. Təhlükəli tullantılara batareyalar, tibbi ləvazimatlar, lampalardır ki, onların içərisində civə olur. Bu tullantılar ətraf mühitə yayıldıqda insanlar üçün müxtəlif növ xəstəliklərə səbəb olur. Xüsusən də uşaqlar üçün çox təhlükəlidir. Çox təəssüf ki, civə tərkibli batareyalar, lampalar utirilizasiya olunmadan poliqonlarda basdırılır və ya yandırılır. Düzdür, son dövrlərdə tullantılarla bağlı zavodlar istifadəyə verildi. Amma hər halda tullantıların böyük bir qismi idarə olunmur. Azərbaycana ildə təqribən 3 min batareyalar daxil olur. İşlənmiş batareyaların atılması nəticəsində ətraf mühitə 1 tona yaxın civə atılır. Nəticədə havaya və torpağa parçalanan bu maddə ciddi problemdir. Civənin insan orqanizminə, ətraf mühitə təsirini azaltmaq üçün bir çox ölkələr öhdəliklər götürür. Və Azərbaycan da BMT inişaf proqramı ilə birlikdə bu öhdəliklərə hazırlaşır. Yaxın gələcəkdə civə tərkibli batareyaların məişət tullantılarından ayrılması və təhlükəli tullantılar poliqonuna verilməsi işində çox güman ki, tədbirlər görüləcək”.
Azərbaycan tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl da bildirib ki, civə tərkibli batareyaların tullantısı mütləq utirilizasiya olunmalıdır:
"Azərbaycanda bu tullantıların utirilizasiya olunmamasının iki səbəbi var.
Birinici səbəb, bu tip tullantıların utirilizasiyasının sənaye sifarişi, sənaye obyekti yoxdur.
İkincisi isə Azərbaycanda tullantılarla bağlı görüləcək tədbirlərə yenicə başlanılıb. Məsələn, şəhər tullantılarının yandırılması üzrə zavod istifadəyə verildi. Yəni hazırda utirilizasiyası məsələsi gündəmimizdə deyil. Əgər bu tullantıların utirilizasiyası olmazsa, o zaman bu tullantılar müxtəlif yollarla sulara qarışar və canlılarda ağır metal zəhərlənmələrinə yol açar. Ağır metal zəhərlənmələri çox vaxt yeni doğulan uşaqlarda kəm ağıllıqla özünü göstərir. Digər zərərləri isə sinir sistemi ilə bağlıdır. Yəni bu tip maddələr insan orqanizminə təhlükədir”.
Bakıda təhlükəli tullantıların zərərsizləşdirilməsi işləri necə aparılır?
Respublika ərazisində təhlükəli tullantıların idarə olunması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri çərçivəsindədir. "Təmiz Şəhər” ASC məsələ ilə Medicina.az-ın sorğusuna belə cavab verib:
"Məişətdə istifadə olunan bir sıra təhlükəli tullantılar, məsələn, işlənmiş batareyalar, lümünisent lampalar, termometrlər bir sıra hallarda bərk məişət tullantılarına qarışaraq tullantı konteynerlərinə düşür. Həmin konteynerlərdən tullantılar Bakı Şəhər İcra Hakimiyyətinin Kommunal Xidmətləri Müəssisəsi tərəfindən toplanaraq bir hissəsi birbaşa Bakı bərk məişət tullantılarının yandırılması zavoduna (BBMTYZ), digər hissəsi isə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna (BBMTÇZ) daşınır. BBMTYZ-a daşınan tullantılar 850 dərəcə temperaturda yandırılır. Yandırılma zamanı emissiyalara avtomatlaşdırılmış nəzarət sistemi vasitəsilə nəzarət olunur və hər hansı bir maddənin artması müşahidə edildikdə sistem avtomatik olaraq absorbentlərin dozasını dəyişərək atmosferə zərərli maddələrin atılmasının qarşısını alır.
BBMTÇZ-na gələn tullantılar çeşidlənir. Tullantıların tərkibində təhlükəli tullantılar gəldikdə müvafiq qablara yığılır. Həmin tullantılar sonradan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təhlükəli tullantılar” MMC-nə təhvil verilir”.
Oxşar xəbərlər
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
Xəbər lenti
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
Video & Fotoqalereya
Video
Fotoqalereya