Dənizdə sirli şəkildə batan model Günel Mirzəyeva hamilə imiş
Elmira Axundovanın sürücüsü danışdı; Dənizdə sirli şəkildə batan model haqda yeni məlumatlar; Günel Mirzəyeva ana olmağa hazırlaşırmış;
Azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Rəşid qızı Mirzəyevanın ölüm işi ilə bağlı yeni-yeni nüanslar ortaya çıxmaqdadır.
Modelin deputat Elmira Axundovanın oğlu Həbib Axundova məxsus yaxta ilə dənizdə gəzintiyə çıxması, suda batması, hadisə vaxtı yaxta sahibinin da orada olması faktını Fövqəladə Hallar Nazirliyi təsdiqlədikdən sonra daha bir detal üzə çıxıb.
Azeuronews.com–a verilən məlumata görə, G.Mirzəyeva suya düşərkən yaxtada digər şəxslər də olub. Onların arasında G.Mirzəyevadan başqa 2 xanım, H.Axundovdan başqa 2 oğlan olublar. Xanımların kimliyi müəyyən edilməsə də, oğlanlardan birinin mərhum müğənni İlhamənin oğulluğu Orxan Nadirov və Eynar Səlimxan oğlu olması iddia edilir. Yaxtada olan 6 nəfərdən yalnız Günel Mirzəyeva müəmmalı şəkildə suda bataraq həyatla vidalaşıb. O.Nadirov və Eynar Səlimxan oğlunun H.Axundovun dostları olduğu deyilir. Onların Günel Mirzəyevanın cansız cəsədi sudan çıxarılandan sonra Lənkəranda keçirilən dəfn mərasimində iştirak etdikləri də gələn məlumatlar sırasındadır. G.Mirzəyevanın anası lənkəranlı, atası bakılıdır. Amma nədənsə gənc model Bakıda deyil, Lənkəranda torpağa tapşırılıb.
Buna da bax: Deputat oğlunun adının çəkildiyi modelin ölümü: Nazirlikdən gələn sirli məktub - VİDEO
G.Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Criminal.az saytının sorğusunu cavablandıran FHN yaxtanın hadisədən sonra H.Axundovun adından çıxarılmasını təsdiqləyib.
Sitat: “26 iyun 2017-ci il tarixdə Mirzəyeva Günel Rəşid qızının ölümü ilə nəticələnən bədbəxt hadisə K-45 adlı ABB 1278 bort nömrəli Yamaha 242 Limited S tipli gəzinti katerin dənizdə olması zamanı baş vermişdir.
Göstərilən gəmi 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Axundov Həbib Ramiz oğlunun adına dövlət qeydiyyatına alınmışdır. 17 iyul 2017-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən gəmi H.Axundovun adından dövlət qeydiyyatından çıxarılmışdır. Müəmmalı hadisə baş verən zaman gəminin sahibi H.Axundov gəmidə olub. Gəmi sahibi H.Axundov imtahan verərək 04 iyul 2016-cı il tarixdə Xidmətdən katerləri idarə etmək hüququ verən sürücülük vəsiqəsi almışdır”.
Buna da bax: Deputat oğlu ilə müəmmalı şəkildə ölən modelin əlaqələri olub, yalanları təkzib edən gizlinlər!!! - FOTOFAKTLAR
E.Axundova isə yenicag.az-a açıqlamasında nazirliyin rəsmi şəkildə medianın sorğusuna cavab olaraq verdiyi açıqlamaları təkzib edib: “Oğlum hadisə yerində olmayıb. Orada olan şəxs onun dostu olub. Haqqında yayılan məlumat isə doğru deyil. Oğlum bu hadisədən sonra orada olmadığı üçün heyfsləndiyini bildirib. Əgər orada olsaydı, batan qızı xilas edərdi. Çünki 15 il üzgüçülüklə məşğul olub. Bu, sadəcə, bədbəxt hadisədir. Burada nə Həbibin, nə də onun dostunun günahı var. Xəzərdə hər yay minlərlə adam boğulub, dünyasını dəyişir. Ümumiyyətlə, Həbibin heç yaxtası olmayıb”.
Buna da bax: “Həbib Axundovun adını hallandırmayın…” - FOTO
Criminal.az-ın aparıdğı araşdırma, sorğulara aldığı cavablar əksini söyləməyə əsas verir. H.Axundovun yaxtası olub və G.Mirzəyeva dənizdə batandan sonra özgəninkiləşdirlib. Bundan başqa belə iddialar da var ki, G.Mirzəyeva 2017-ci il iyunun 27-də müəmmalı şəkildə yaxtadan dənizə düşüb boğulandan sonra onun yaşadığı ünvanın qarşısında Fərrux Adnayevin “Kia Rio” markalı, ağ rəngli, Az 90 GS 111 nömrə nişanlı maşını bir neçə gün dayanıb. F.Adnayev E.Axundovanın sürücüsüdür, eyni zamanda ailənin digər üzvlərinin də tapşırıqlarını yerinə yetirir. Məlumdur ki, G.Mirzəyeva dənizdə müəmmalı şəkildə boğulandan sonra FHN dalğıcları 3 gün müddətində onun cəsədini yorulmadan axtarıblar. İddialara görə həmin günlər ərzində deputatın sürücüsü F.Adnayev G.Mirzəyevanın yaşadığı Bakı şəhəri, Səbayel rayonu, B.Sərdarov küçəsi ev 20 ünvanının qarşısında olub. İddiaları dəqiqləşdirmək üçün F.Adnayevlə əlaqə saxladıq. Deputatın sürücüsü məlumatı nə təsdiq, nə də təkzib etmədi. Əksinə suallarımızı cavablandırmaqdan yayındı.
Buna da bax: Дело о смерти модели, в которой фигурирует имя депутатского сына Тайное письмо из министерства - VİDEO
Bundan başqa G.Mirzəyeva məşhurlaşdığı “Miss Lafarella” müsabiqəsinə qatılan zaman özü haqda anketdə yazır ki, ailə qurmaq və ana olmaq istəyir. Belə ehtimallar da var ki, G.Mirzəyeva müəmmalı şəkildə dünyasını dəyişərkən də ana olmağa hazırlaşırmış.
Xatırladaq ki, Criminal.az saytı G.Mirzəyevanın sirli ölümü ilə bağlı Baş Prokurorluğa sorğu ilə müraciət edib. Baş Prokurorluqdan saytımıza daxil olan rəsmi cavabda bildirilir ki, müraciətimiz artıq qeydiyyata götürülüb. Müraciət barədə ətraflı məlumat veriləcək.
Araşdırmalarımız davam edir.
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 2024 23:09
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06