Bağında narkotik yetişdirən polis mayoru həbs olundu
Region5 noyabr 2017 16:25
25 il polis orqanlarında çalışan sabiq polis mayorunun bəlkə ağlına da gəlməzdi ki, ahıl yaşlarında qanun qarşısında cavab verməli olacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsində 55 yaşlı İlqar Rzayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Qaynarinfo"nun virtualaz.org-a istinadən xəbərinə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.
İttihama əsasən, İlqar Rzayev Xəzər rayonu, Qala qəsəbəsindəki bağ evinin həyətində qanunsuz olaraq narkotik vasitə olan çətənə bitkisi yetişdirib və kultivivasiya edib. Xəzər Rayon Polis (RPİ) 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.Rzayevə məxsus bağ sahəsinə baxış keçirilib. Polis əməkdaşları baxış keçirərkən təmiz çəkisi 1145 qram (1 kq 145 qram) çətənə bitkisi aşkar edilərək götürülüb.
Cinayət Məcəlləsinin 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham olunan İ.Rzayevin barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Uzun illər DİN-in Nəqliyyat Polisində işləyən, hazırda təqaüddə olan sabiq polis mayoru istintaq zamanı narkotik istifadəçisi olduğunu etiraf edib. O, ifadəsində yay aylarında bağda qaldığını, mayın əvvəlində ağacları sulayarkən yaşıl otlara rast gəldiyini deyib: "O otların orada necə bitməsindən xəbərim olmayıb. Narkotik istifadəçisi olduğumdan həmin bitkilərə qulluq edib yetişdirdim. Bitkiləri dərib qurudub özüm istifadə etməyə hazırlaşırdım. İyunun 7-də bağda olan zaman bir neçə nəfər həyətə gəlib polis olduqlarını dedilər və evə baxış keçirmək istədiklərini bildirdilər. Baxış zamanı 50 ədəd çətənə kolu aşkarlanaraq götürüldü”.
Şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Ata Atayev ifadəsində göstərib ki, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yaşayan İlqar Rzayevin narkotik bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olub. Əməliyyat qrupu ilə birgə həmin əraziyə yollanıblar. Evin qarşısında dayanmış İ.Rzayevə mənzilə baxış keçirmək istədiklərini deyiblər: "İlqar etiraz etmədi. Həyətə baxış zamanı ağacların dibində əkilmiş çətənə kolu aşkar edildi. Evə baxış zamanı şkafın içərisində 60 ədəd boş kibrit qutusu tapıldı”.
Təqsirləndirilən İ.Rzayev istintaq zamanı etirafedici ifadə versə də, məhkəmədə çətənə kollarının ona aid olmadığını deyib. Mənzildən tapılan 60 ədəd kibrit qutusuna gəlincə isə, sabiq polis mayoru "nəvəmə oyuncaq düzəldəcəkdim” deməklə kifayətlənib.
Məhkəmə prosesi noyabrın 10-da davam edəcək.
NUH.az
Oxşar xəbərlər
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 2024 20:57
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- Ailəli müəllim məktəbli ilə çılpaq halda maşında yaxalandı
16 aprel 2024 11:06
- Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb - Qumarda uduzdu
16 aprel 2024 10:08
- Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs
15 aprel 2024 20:53
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya