Azərbaycanda 41 siyasi partiya ləğv oluna bilər
Maraqlı27 oktyabr 2017 14:02
Azərbaycanda dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 45-i Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-cı il üzrə maliyyə hesabatını təqdim edib. Bu partiyalardan 31-nin hesabatı boş olub. Yəni, onların fəaliyyətsiz olduğu göstərilib.
"Qaynarinfo" xəbər verir ki, yalnız adları qeyd olunan 14 siyasi partiya - Yeni Azərbaycan Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vəhdət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Ümid Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası, Aydınlar Partiyası, Ədalət Partiyası həqiqətən maliyyə hesabatı təqdim ediblər. 10 siyasi partiya isə ümumiyyətlə hesabat təqdim etməyib, 31 partiyanın isə hesabatı boş kağızdan ibarət olub. Bu isə onu göstərir ki, Azərbaycanda 41 siyasi partiya fəaliyyətsizdir və onların dövlət qeydiyyatı ləğv oluna bilər.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, "Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Komitə sədri deyib ki, dəyişikliklər siyasi partiyalarda şəffaflığın artırılması, yəni maliyyə mənbələri və maliyyənin haraya sərf olunması ilə bağlıdır: "Azərbaycanda bir sıra siyasi partiyalar boş hesabat verirlər, bir sıra partiyalar isə ümumiyyətlə, hesabat vermirlər. Bəzilər isə hesabatı düzgün vermirlər. Bu partiyalar barəsində məsələ hüquqi yolla tənzimlənməlidir".
Böyük Quruluş partiyasının sədri, millət vəkili Fazil Mustafa AzVision.az-a bildirib ki, hesabat verməyən siyasi partiyalar haqqında ölçü götürülməlidir.
"Qanunun tələblərinə əməl edilməldir. Əgər tələb olunursa, deməli, hesabat vermək lazımdır. Biz hesabat veririk. Digər siyasi partiyalar da maliyyə hesabatını təqdim etməlidir. Bu, qanunun tələbidir. Hesabat verməyənlər məsuliyyət daşıyır. Hesabat verməyən siyasi partiyaların qeydiyyatı ləğv olunmalıdır”.
NUH.az
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 2024 21:35
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 2024 10:24
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya