Nəsimi rayonunda məktəblilərə narkotik satılırmış-VİDEO
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumatda deyilir ki, həmin aptek fəaliyyətini dayandırıb.
“Bizdə olan məlumata görə, xeyli müddətdir həmin aptek işləmir. Apteklə bağlı aparılan çəkilişlərin hamısı köhnədir”, - nazirlikdən deyiblər.
* * *10:27
Nəsimi rayonu, 1-ci mikrorayon, Asif Məhərrəmov küçəsi, 11A ünvanda yerləşən aptekdə satışı qadağan olunmuş, uyuşdurucu tərkibli “Tramadol” adlı dərman satılır. Bu fakt narkotik tərkibli dərmanlardan istifadə edən gənclərdən birinin anasının aptekdə çəkdiyi video görüntülərdən sonra bəlli olub. Görüntülərdən məlum olur ki, 14-15 yaşlı uşaqlar aptekdən bu dərmanları alır, biri elə aptekin qarşısında dərmanı qəbul edir.
Virtualaz.org saytı xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra aptek fəaliyyətini dayandırıb.
“Müştərilərinin çoxu azyaşlılardır”
Qeyd edək ki, aptekin yaxınlığında 3 orta məktəb var. Azca aralıdakı mağazanın satıcıları iddia edir ki, müştərilərin əksəriyyəti azyaşlılardır. “Aptekdə narkotik tərkibli dərmanların satıldığını hər kəs bilirdi, müştərilərinin çoxu azyaşlılardır. Dəfələrlə şikayət edilib, amma tədbir görülmür”, - satıcılardan biri əlavə edir.
Adının açıqlanmasını istəməyən digər satıcı da görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra aptekin qapısını bağlayaraq getdiklərini söyləyir. “Getməzdən əvvəl hamıya dedilər ki, soruşanlara “bilmirəm”, “görməmişəm” söyləsinlər. Buna görə də, danışa bilmirik”.
Maşınla gəlib-gedənləri izləyirlər
Aptekin qonşuluğundakı mağazaların satıcıları məlumat verməkdən imtina edirlər. Virtualaz.org-un əməkdaşları mağazaların birində müdirin satıcıya susması üçün tapşırıq verdiyinin şahidi olub. Mağaza sahibi bunu qonşunun çörəyinə bais olmamaqla əlaqələndirib. “Qonşudur, çörəyinə niyə bais olaq?”
Satıcılardan biri isə küçənin qarşı tərəfində dayanan ağ rəngli maşına işarə edərək izlənildiyimizi bildirir. “Aptekin əməkdaşlarından biri qarşıdan izləyir, heç nə danışa bilmərik. Yaxşı olar ki, bizdən heç nə soruşmayasınız”, -satıcı mağazadan getməyimizi xahiş edir.
“Dərmanı qəbul edəndən sonra yeriyə bilmirdilər”
Bir qədər aralıdakı mağazanın satıcısından isə aptekin nə vaxt açılacağını soruşuruq. “Siz də aptekin müştərisisiniz?” sualına “yox” cavabı verəndən sonra satıcı aptekin narkomanların “oylağ”ına çevrildiyini söyləyir: “Bu küçədə hər addımbaşı aptek var. Amma hamı məhz bu aptekin qarşısına toplaşırdı. Bəzən gündə 50-60 adam gəlirdi, əksəriyyəti də 15-20 yaşlı cavanlar idi. Səhər tezdən aptekin qarşısında toplaşırdılar. O qadın doğru deyir, bəzilərinin yeriməyə heyi olmurdu, küçədə çöməlib otururdu”.
Qadın deyir ki, qorxularından danışa bilmirlər. “Hamının balası var, pislik edəcəklərindən qorxuruq. 100 manata görə adam öldürürlər. Aptek bir gündür bağlanıb, amma müştəriləri toplaşıb açılmasını gözləyirlər”.
Qarşı küçədəki mağazanın əməkdaşı da deyir ki, baş verənlər onları da narahat edir. Çünki gözlərinin önündə cavanlar məhv olur. “Heç kim qorxusundan şikayət edə bilmirdi. Deyirdik axşam mağazanın şüşələrini qırarlar, ziyana düşərik. Neyləyək, hamısı narkomanlardır, dərman qəbul edəndən sonra normal düşünə bilmirlər. Gözləyirik, özləri insafa gəlsinlər”.
Dərmanlar niyə qadağan olunub?
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən virtualaz.org saytına bildiriblər ki, güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları təsdiq edilib. Bununla da siyahıda qeyd edilən dərman vasitələrindən sui-istifadə edilməsinin qarşısı alınır. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” qanunda dəyişikliklər edilməsinə dair təkliflər Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanaraq Daxili İşlər Nazirliyinə göndərilib.
Nazirlik əməkdaşları qanunsuz dövriyyədən müsadirə edilmiş narkotik vasitələrin məhv olunmasında iştirak edirlər.
“Səhiyyə və Təhsil nazirlikləri “Narkotiklərə YOX deyək!” şüarı altında birgə kompaniya keçirir. Respublika Narkoloji Mərkəzinin əməkdaşları bu ilin 9 ayında Bakının 32 məktəbində, eləcə də 2,17,5,11 saylı cəzaçəkmə müəssisələrində narkotik vasitələrinin zərərləri ilə bağlı keçirilən tədbirlərdə iştirak ediblər, onlar maarifləndirici məlumat veriblər. Həmçinin Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunmuş virtual dərsdə, Prezident Administrasiyasının Xüsusi Mühafizə İdarəsində “Şəxsi heyyət arasında sağlam həyat tərzinin təbliği” adlı tədbirdə təbliğat xarakterli çıxışlar edilib. Ümumilikdə, respublikanın əksər bölgəsində tədbirlər keçirilir, xüsusilə də yeniyetmə və gənclər məlumatlandırılırlar”, - mərkəzin məlumatında deyilir.
Qeyd edək ki, “Tramadol” psixotrop dərmandır. Dərmanın əlavə təsirindən biri də asılılıq yaratmasıdır. Preparat eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur. “Tramadol” həbi narkotiklə birgə qəbul olunanda narkotikin təsirini uzadır. Bundan əlavə, uyuşdurucu təsiri göstərir. Bu həblər “şəxsiyyətin deqradasiyası”na gətirib çıxarır. Buna görə də, belə dərmanlar olduqca təhlükəli hesab edilir. “Tramadol”u yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilər. Bu dərmanın reseptsiz satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib.
Ülviyyə Xudiyeva
Foto Samirə Həsənovanındır
Virtualaz.org
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 2024 11:26
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 2024 20:39
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22