Səməd Seyidov yola salınır…
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı bir gündə iki qətnamə qəbul etməsindən sonra yaranan gərginlik davam edir.
“Yeni Müsavat”ın yazdığına görə, artıq elə bir vəziyyət yaranıb ki, Azərbaycan Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizi Avropa Şurasından xaric etmək istədiklərini bəyan edib. Səməd Seyidov bildirib ki, AŞ PA-nın son sessiyası başqa sessiyalardan fərqli olaraq Azərbaycan nümayəndə heyəti üçün o qədər də asan keçməyib. S. Seyidov qeyd edib ki, Azərbaycan məsələsi yalnız sessiyada yox, komitələrdə və siyasi partiyalarda da müzakirə olunub: “Bunun haradan qaynaqlandığı, haradan ortaya çıxdığı bizim üçün hələ də sualdır. Bu gün Avropa Şurası daxilində elə tendensiya yaranıb ki, onlar hansısa ölkəni hədəf seçib, öz problemlərini həll edirlər. Azərbaycanı Avropa Şurasından çıxarmağa çalışanlar var”.
AŞ PA-nın Azərbaycana bir sıra məsələlərdə ayrı-seçkilik etdiyi bəllidir. Ancaq bəzi ekspertlər onu da bildirirlər ki, münasibətlərin bu həddə gəlib çatmasında Səməd Seyidovun və onun rəhbərlik etdiyi nümayəndə heyətinin də məsuliyyəti var. Bu cür düşünənlər fikirlərini belə əsaslandırırlar ki, Azərbaycan hökuməti ilə AŞ PA arasında yaranan gərginlikdə AŞ PA-dakı nümayəndə heyətinin və nümayəndə heyətinin sədri Səməd Seyidovun orada yaxşı iş apara bilməməsi, problemlər və beynəlxalq təşkilatın tələbləri barədə Azərbaycan rəhbərliyinə zamanında ciddi məlumat verməməsi faktorları da müəyyən qədər rol oynayır.
Politoloq Elşən Mustafayev qəzetə deyib ki, Azərbaycan hökuməti ilə AŞ PA arasında yaranan gərginliyi müxtəlif səbəblərlə izah etmək olar: “Rəsmi olaraq ortada olan səbəb bir sıra öhdəliklərin yerinə yetirilməməsi olsa da digər səbəb prosesləri bu həddə qədər çatmasına bilərəkdən və ya bilməyərəkdən şərait yaradanlardır. Bu məsələdə məsuliyyət yükünün önəmli hissəsi AŞ PA nümayəndə heyətinin üzərində olduğu üçün proseslərin bu həddə çatmasında da onların, daha çox da Səməd Seyidovun məsuliyyət məsələsi böyükdür. Onların AŞ PA-da dəfələrlə çıxışlarına qulaq asmışam. Məndə elə təəssürat yaranıb ki, nümayəndə heyəti özünü sanki Azərbaycanın Milli Məclisində keçirilən iclaslardakı kimi hiss edir. Söylənən nöqsanlar A-dan Z-yə qədər inkar edilir, onları söyləyənləri isə ittiham edirlər və sair. Halbuki nümayəndə heyəti orada eyni zamanda diplomat kimi özlərini aparmalıdır. Qəribə paradoks yaranır. Prezident müxtəlif səviyyəli beynəlxalq görüşlərdə ölkədə müəyyən problemlərin olduğunu etiraf edir, onların müxtəlif səbəblərlə bağlı olduğunu və tədricən həll olunacağını bildirir. Bu, daha düzgündür. Amma deputatlar hansısa problemin olduğunu etiraf etməyə qorxurlar. Əslində isə onlar öncədən Azərbaycan hökumətini yarana biləcək problemlərdən qorumalı, hakimiyyəti zamanında müəyyən addımların atılmasının vacib olduğuna inandırmalı idilər. Odur ki, hesab edirəm AŞ PA ilə hökumət arasında yaranan gərginlikdə bizim nümayəndə heyətinin rəhbərinin məsuliyyəti az deyil. Ondan da hesab sorulmalıdır”.
NUH.az
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Səfərə çıxanlar oruc tuta bilərmi? - Şeyxin müavinindən AÇIQLAMA
22 mart 2024 15:48
- TƏCİLİ: Hazırlıq başladı – Tavuş boşaldılır
22 mart 2024 13:07
- Səməd Vurğunun qeyri-adi DƏFNİ
21 mart 2024 21:47
- Xalq şairi Səməd Vurğunun doğum günüdür - FOTO
21 mart 2024 15:51
- Bakıda 30 hektarlıq yeni park salınır (FOTO)
15 mart 2024 14:25
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sağlığında qiymət verin insanlara - deyən şairin AİLƏ DRAMI
12 mart 2024 13:00
- Sumqayıtın icra başçısı Zakir Fərəcovun milyonlarını mənimsədiyi naəlac iş adamlarından, Prezidentə ŞOK MÜRACİƏT
12 mart 2024 10:56
- Baş nazirin pensiyaçı müavinləri - Onlar GEDİR
11 mart 2024 18:56
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06