“Günəşli” faciəsində sağ qalan neftçi: “Hamı qışqırırdı, “Allahu Əkbər” deyirdik” - MÜSAHİBƏ (VİDEO)
Müsahibə20 sentyabr 2017 11:47
"Biz platformada qalsaydıq, hamı sağ olardı, heç kim ölməzdi"
Faiq Cəfərov 2015-ci ilin dekabr ayında “Günəşli” yatağında baş vermiş faciə zamanı sağ qalan neftçilərdən biridir. Fırtınalı havada Xəzərin sularında ölüm-dirim savaşı verən və sonda sağ qalmağı bacaran qəhrəman neftçi AzVision.az-a müsahibəsində 2 il öncə yaşadığı dəhşətli anları, indiyədək gözünün önündən getməyən səhnələri canlandırmağa çalışıb.
- Həmin gün otaqda iş yoldaşlarımızla söhbət edirik. Hava küləkli idi. Buna görə işləri təxrə salmışıdıq. Yalnız ən vacib işlərə nəzarət edirdik. Axşam saatları olardı, birdən güclü partlayış səsi eşitdik. Pəncərdən alovun yuxarı qaldığını gördüm. Tez bayıra çıxdıq. Alov təzyiqlə yuxarı doğru qalxırdı. Başa düşdüm ki, vəziyyət gərgindir. Hamımız xilasedici jiletlərimizi geyinib, toplanma məntəqəsinə yığışdıq. Məlum idi ki, dənizdə dalğa çox güclüdür. Belə bir vəziyyətdə xilasedici qayıqlarla dənizə düşmək təhlükəli idi. Başqa çıxış yolu yox idi.
-Həmin vaxt orada nə baş verirdi?
-Alov çox güclü idi. Alovdan çıxan isti orada qalmağımıza çətinlik yaradırdı. Qara tüstü hər yeri bürümüşdü. Gözümüzü açıb ətrafa baxa bilmirdik. Buna görə də adam nəyin doğru, nəyin yalnış olduğunu seçə bilmirdi. Çıxış yolunu xilasedici qayıqlara minməkdə gördük. Çünki orada çox böyük təhlükə vardı. Hər tərəf yanırdı. Alovun miqyası getdikcə böyüyürdü.
Ağlımıza gəlməzdi ki, orada qalsaq sağ çıxa bilərik. Hamımız qayıqlara mindik. Dalğa çox hündür idi. Buna görə bizim olduğumuz qayıq platformanın dirəklərinə çırpılırdı. Nəticədə qayıq zədləndi.
-Sizin qayıqda neçə nəfər vardı?
-Səhv etmirəmsə, 33 nəfər. Mən qazma ustası oduğuma görə sırf qazmaya aid işçilər mənim diqqətimdə idi. Qazma birqadası 15 nəfər idi. Digər işçilərimiz o biri qayıda idilər. Qayıq çırpılanda qapı qırılıb, dənizə düşdü. Bayırdakı alov qayığın içində hiss olunur. Hamı həyəcan içində idi. Ümid edirdik ki, bizi xilas edəcəklər. Ətrafda gəmilər vardı. Hadisə baş verəndən sonra gəmilər bizi xilas etməyə çalışırdılar. Amma dalğa böyük olduğuna görə bizə yaxınlaşa bilmirdilər. Yaxınlaşsaydılar, gəmilər bizə daha da ziyan vurardılar.
-Neçə saat qayıqda qaldınız?
- Təxminən 4 saatdan çox qayığın içində olduq. Bu müddət ərzində qayıq dəflərlə ora-bura çırpılmışdı. Nəticədə qayıq suya düşdü. Suya düşməmişdən öncə qayıq bir neçə dəqiqə yanalma meydançıasının ətrafında qaldı. Bu vaxt iki nəfər özünü meydançaya atdı. Vəziyyətimiz çox pis idi. Meydançaya tullanmaq böyük hünər tələb edirdi.
Qayıq suya düşən kimi iki yerə parçalandı. Qayığın içində idik. Hamımız dənizə töküldük. Su buz kimi idi. Xilas olunmaq üçün əlimizdən gələni edirdik.
-O anları necə xatırlayırsınız?
-Mən iki hissəyə bölünmüş qayığın bir hissəsindən tutmağı bacardım. Dalğa onu uzaqlaşdırmamış qayığın üst hisəsindən tutdum. Mənimlə yanaşı bir neçə nəfər də suyun içində qayıqdan tutmuşdu. Dalğa bizi uzaqlaşdırdı. Ətrafda gəmiləri görürdük. Onları köməyə çağırdıq. Qışqırıqdık ki, bizə kömək etsinlər.
-Digər neftçilərin aqibəti necə oldu?
- Dalğa bizi aparandan sonra tutduğum hissələr bir-birindən ayrıldı. Ona görə də həmin yoldaşları görə bilmədim. Bir-birimizdən ayrı düşdük. Hamımızın bir fikiri var idi ki, gəmilər bizi görə bilsin. Dalğa böyük olduğuna görə gəmilər bizi görə bilmirdilər. Su həddindən artıq soyuq idi.
-Eşitdiyimizə görə həmin vaxt nefçilərin bir neçəsi dənizdə donubmuş..
-Mən qayıqdan tutmuş vəziyyətdə qaldım. Yanımda 7 nəfər vardı. Birdən dalğa məni möhkəm vurdu. Əlim qayıqdan üzüldü. Dalğa məni aparmağa başladı. Həmin vaxt heç kimi görə bilmirdim. Dalğa məni iki kilometrə yaxın məsafəyə apardı. Gördüm ki, yeni tikilmiş 7 nömrəli platformanın yaxınlığındayam. Başımı qaldırdım, gördüm ki, bir qayıq qarşıma çıxdı. Qayıqdakı insanlar məni gördülər. Dedilər ki, qoxma səni xilas edəcəyik.
Suyun üzərində qalmağa cədh edirdim. Artıq son anlarım idi. Soyuqdan donurdum. Hərəkət edə bilmirdim. Ömrümün son dəqiqələri idi. Biz az da keçsəydi, sağ qalmağacaqdım.
Onlar xilasedici dairəni mənə tərəf atdılar. Sonra məni qayığa tərəf çəkdilər. Qayıqda gördüm ki, iş yoldaşım Ənvər də ordadır. Xilasedicilər sağ olsunlar, bizi ölümdən qurtardılar.
-Qayıq parçalananda neftçilər xilas olmaq üçün nə edirdilər?
-Xatırlaya bilmirəm. Mən ailəmə zəng vurmadım. Fikirləşdim ki, bəlkə sağ qalarıq, buna görə də onlara təlaş, həyəcan yaşatmayım.
-Suda düşəndə sağ qalacağınızı düşünürdünüzmü?
-Fikrlərşdim ki, ailəm bundan sonra mənsiz yaşamalıdır. 3 övladım var – iki oğlum, bir qızım. Onlar bir anlıq gözümün önündən keçdilər.
- Hadisədən sonra bu iki il necə keçdi? Yəqin ki, hələ də o səhnələr gözünüzün önündədir.
-Elə bir an yoxdur ki, həmin hadisə gözümdə canlanmasın. Hər gün o anları xatırlayıram.
-Sizin qayıqda olan iş yoldaşlarınız həlak oldular. Onları xilas edə bilmədiyiniz üçün peşmançılıq hiss keçirirsinizmi?
-Buna əsas yoxdur. İndi məlum olur ki, biz platformada qalsaydıq, hamı sağ olardı. Belə fikirlər var. Biz həmin vaxt bunu fikirləşmirdik.
- Ailənizlə əlaqə saxlaya bildinizmi?
-Ailə üzvlərimlə xəstəxanada olanda görüşdük. Müalicə alırdıq.
-İş yoldaşlarınızın çoxu artıq həyatda yoxdur. Onların sizə sonuncu sözü nə oldu?
-Hamımız qışqırırdıq. Qayıq suya düşmüşdü. Çırpılırdı. Həmin vaxt “Allahu Əkbər”, “Lə iləhə illallah” deyirdik. Bunu heç vaxt unutmaram. Ailələri ilə əlaqə saxlayanlar da olurdu.
-Bu faciə mənə “Titanik” filmini xatırlatı...
-Bir vaxtlar mən də o filmə baxmışdım. Çox dəhşətlidir. Fikirləşməzdim ki, belə bir hadiəsə başımıza gələr.
-Yəqin ki, bilirsiniz, bu gün Neftçilərin peşə bayramıdır.
-Neftçi peşəsi çox çətindir. Bütün neftçilərə can sağlığı arzulayıram. Allahdan arzu edəm ki, nefçilərimizin işləri rahat olsun, bir də belə çətin sınaqlarla üzləşməsinlər.
- Hazırda nə işlə məşğul olursunuz?
-Əvvəl dənizə çıxmağa tərəddüd edirdim. Sonra fikirləşdim ki, bu, mənim peşəmdir və bunu davam etməliyəm.
Qəbul etmək lazımdır ki, itkin düşən neftçilərin tapılması çətindir, həqiqətlə barışmaq lazımdır. Dünyasını dəyişən bütün neftçilərimizin ailələrinə başsağlığı verirəm. Allha bütün dünyasını dəyişən neftçilərə rəhmət eləsin.

Oxşar xəbərlər
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Bu günlə bağlı VACİB XƏBƏR - Saat 13:32-də...
25 mart 2024 10:04
- 1970-ci ildə Bakıda qeyd olunan Novruz şənliyindən görüntülər (VİDEO)
25 mart 2024 09:51
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya