Hacı Qalibin oğlu, şeyxin kürəkəni həbs edildi
Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə həbs edilib.
ölkə.az xəbər verir ki, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsi tərəfindən həbs edilərək, Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir.
Məsələni dəqiqləşdirmək üçün Qalib Salahzadə ilə əlaqə saxladıq. O, açıqlamasında xəbərin doğru olduğunu bildirdi:
“Bəli, oğlum sentyabrın 13-də gecə saatlarında Nəsimi rayon prokurorluğunun müstəntiqi Anar Abıyevin qondarma qərarı ilə həbs olunub. Biz bu həbs qərarı ilə qəti razı deyilik və apellyasiya şikayəti vermişik. Oğlumun həbsinin arxasında Baş prokuror Zakir Qaralov dayanır. Müstəntiq Anar Abıyev də ətrafında olan adamlar vasitəsilə bildirib ki, onun bu işdə günahı yoxdur və ona göstəriş Baş prokuror Zakir Qaralov tərəfindən verilib. Səbəb də məlumdur. Çünki Zakir Qaralov 22 ildir ki, mənimlə düşməndir.
Hələ Zakir Qaralov 22 il öncə Sabunçu rayon prokuroru işləyən zaman Bilgəhdə zəfəran torpaqlarını qeyri-qanuni yolla zəbt etmək istəyirdi. Həmin vaxt mən də Bilgəhdə zəfəran kolxozunun direktor müavini idim. Bu məsələyə görə aramızda problem yaranmışdı. Mən Zakir Qaralovun torpaqları qanunsuz yolla zəbt edilməsinə qarşı çıxmışdım. Buna görə Zakir Qaralov zaman-zaman məni həbs etmək istəyib. Hətta, 2000-ci ildə oğluma açılan eyni maddə ilə məni də həbs etmişdi. Mənə qarşı açılan işin müstəntiqi də Arzu İsmayılov olub.
Təsəvvür edin ki, 2000-ci ildə mənə qondarma cinayət işi açılmışdı. Guya dövlət qulluqçusuna zor tətbiq etmişdim, həbsxanadan adam qaçırmışdım, 8 nəfər adam öldürmüşdüm və evimdən 2880 ədəd silah mərmisi tapılmışdı. Bu qədər cinayəti heç qanuni oğrular törədə bilməzdi. Amma Zakir Qaralov adıma yazdırmışdı. Təbii ki, bütün bunların hamısı yalan idi. Məni Zakir Qaralov torpaq məsələsinə görə həbs etmək istəyirdi. Ancaq Allah rəhmət etsin ulu öndər Heydər Əliyevə. O, mənim həbs olunmağıma imkan vermədi. Onları çağırıb danlamışdı. Bu gün isə Zakir Qaralov oğlumu həbs etməklə məndən intiqam alır”.
Q.Salahzadə qeyd edib ki, oğlu günahsızdır:
“Oğlum ağıllı, yerini bilən adamdır. Üç dəfə də Həcc ziyarətində olub. Sadəcə olaraq oğlumu şərləmək istəyirlər. Sentyabrın 4-də oğlum Əlihüseyn Salahzadə hamı kimi evində oturub Qurban Bayramını qeyd edirmiş. Həmin gün qapı döyülür, qapını açan zaman “Azərsu” ASC-nin əməkdaşı Elbəyi Mirzəliyev adlı şəxs oğlumun yoldaşını təhqir edir. Bunu görən kimi oğlum Elbəyinin çənəsinə sillə vurur. Yəni, oğlumun yerində kim olsaydı, eyni addımı atardı. Sonradan həmin Elbəyi oğluma qarşı şikayətini də geri götürüb, barışıblar və mətbuata da açıqlama verib. Bütün bunlara baxmayaraq, sentyabrın 13-də məhkəmə keçirilərək, oğlumu həbs ediblər. Hazırda da oğlum Kürdəxanı həbsxanasındadır”.
Qeyd edək ki, sözügedən məlumat ilk dəfə "Qafqazinfo"da yayımlanmışdı. “Azərsu” ASC-də nəzarətçi olaraq çalışan Mirzəliyev Elbəyi Məzahir oğlu kommunal borcun ödənilməsi üçün getdiyi evin sahibi tərəfindən döyülmüşdü. Bununla bağlı “Qafqazinfo”ya adıçəkilən şəxsin qardaşı Vüqar Mirzəliyev məlumat vermişdi. Hacı Qalib Salahzadə isə saytımıza açıqlamasında faktı təkzib etmişdi.
NUH.az
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 2024 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 2024 18:57
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 2024 18:40
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 2024 20:51
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İmran Əliyev həbs edildi
19 aprel 2024 20:39
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22