Azərbaycanda qızların sayı niyə azalır?
"Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda 10 yaşdan kiçik qız uşaqlarının sayı oğlanlarla müqayisədə nəzərəçarpacaq dərəcədə aşağıdır”. Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimova komitənin dünən keçirilən iclasında çıxış edərkən deyib.
M.İbrahimova Azərbaycanda qız-oğlan nisbətinin tarazlaşması üçün maarifləndirmənin aparılmasına ehtiyacın olduğunu bildirib: "Hamiləlik zamanı ultrasəs müayinəsi ilə dölün cinsinin müəyyən olunmasının özü ölkədə tibbi maarifləndirmə işlərinin aparılmasına ehtiyacın olduğunu göstərir. Bu mənada cəmiyyətin maarifləndirilməsinə böyük ehtiyac var”.
Xatırladaq ki, 1998-ci ildən başlayaraq, Azərbaycanda hər 100 qıza düşən oğlanların sayı 114-118 arasında dəyişib. Bu göstəricinin ən yüksək həddi 118 olmaqla 2003 və 2009-cu illərdə qeydə alınıb. 2016-cı ildə kəndlərdə doğulan hər 100 qıza 116, şəhərlərdə 112 oğlan düşüb. Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri, İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov Trend-ə bildirmişdi ki, əslində, hər 100 qıza 104-105 oğlan düşməlidir. Lakin Azərbaycanda hər 100 qıza 114 oğlan düşdüyündən, doğulan oğlanların sayı qızlarla müqayisədə yenə də çoxdur.
Z.Eminov bildirib ki, əgər hər 100 qız uşağına 104-105 oğlan uşağı düşsəydi, o zaman il ərzində qızlarla müqayisədə təxminən 3000 oğlan uşağı çox doğulardı.
Lakin Azərbaycanda bu göstərici normadan yüksək olduğundan, qızlarla müqayisədə 7000-dən artıq oğlan uşağı çox doğulur.
Bəs görəsən bu azalmanın səbəbləri nədir? Problemin kökündə nə dayanır?
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlamasında bildirdi ki, bu məsələnin kökündə bir-birindən zəncirvari şəkildə asılı olan problemlər dayanır:
"Qadına qarşı cəmiyyətimizdə kütləvi şəkildə cinsə görə ayrı-seçkilik, narahatçılıq və mənfi münasibət var. Erkən nikahlar, qız uşaqlarının təhsildən yayındırılması, ana bətnində qız uşaqlarının öldürülməsi, boşanan qadınlara qarşı aqressiya, qadınlar haqqında xoşagəlməyən ifadələr - bütün bu proseslər bir-biri ilə birbaşa bağlı olan məsələlərdir. Bu münasibətlər həm də öz növbəsində cəmiyyətdə sosial-psixoloji gərginlik yaradır və qız uşağına qarşı birmənalı münasibətin formalaşmasına maneçilik törədir. Qız uşağı əxlaqsız, əlçatan və şər qüvvə kimi, ailənin namusunu yerə vuran və təhlükə yaradan varlıq kimi qələmə verilir. Hətta ən kiçik yaşlısından tutmuş, 70 yaşına kimi hər bir qadın mənəvi, əxlaqi dəyərlərə və hansısa münasibətə görə qətl edilə bilər. Bu hətta vəzifəsindən və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsə şamil edilir. Təəssüflər olsun ki, bu gün cəmiyyətdə bu problemlərə qarşı çıxacaq hansısa qadın hərəkatları yoxdur”.
M.Zeynalova bildirdi ki, məsələ ilə bağlı ciddi tədbirlər həyata keçirilməlidir:
"Qız uşaqlarının sayının azalmasının əsas səbəblərindən biri də cəmiyyətdə ictimai şüurun dəyişilməsi, yaxşı nümunələrin təbliği, qız uşaqlarının ölkənin həyatında rolunun vacibliyi, onların ölkəmizi dünya miqyasında təmsil etmələri ilə bağlı deyil, digər mənfi halların qabardılmasıdır. Ona görə də düşünürəm ki, bu nə iqtisadi, nə siyasi, nə də digər amillərlə bağlıdır. Məsələnin kökündə stereotiplər və ayrı-ayrı qrupların bu kimi tendensiyanı yayması dayanır. İnsanlar başa düşməlidir ki, əhalinin yarısını qadınlar təşkil edir və onların təhsil baxımından güclənməsi ölkənin inkişafına xidmət etmiş olar. Qadınların məhdudlaşdırılması, qapanması, sayının qəsdən və bilərəkdən azaldılması, çərçivəyə salınması, onlara qarşı zorakılıq ilk növbədə ölkənin inkişafına ciddi zərbə vurur. Hesab edirəm ki, bu sıradan bir məsələ deyil və mütləq problemlə bağlı ciddi tədbirlər həyata keçirilməlidir. Bu tip stereotiplərə qarşı mübarizə gücləndirilməli və daha da qabarıq şəkildə təqdim edilməlidir. QHT-lər, ictimai nüfuzlu şəxslər və digərləri qadına qarşı olan bu mənfi münasibətə öz iradını bildirməlidir. Bu günlərdə 12 yaşlı qızın əhvalatı bir daha bu mənfi hala örnək oldu. Çünki məsələnin mahiyyəti və cinayəti törədən qıraqda qaldı və təkcə ana və uşaq müzakirə predmetinə çevrildi. Bir çoxlarının fikrincə, hətta azyaşlı uşaq da olsa, bütün hallarda qadın günahkardır”.
Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, bu əslində kəskin azalma demək deyil:
"Problemin kökündə qədim adət-ənənələrlə yanaşı, valideynlərin qız övladına sahib olmaq istəmədikləri dayanır ki, valideynlər bunun üçün bir neçə səbəbləri əsas gətirirlər. İlk növbədə əsas məqamlardan biri indiki dövrdə cəmiyyətdə gedən proseslər və mürəkkəb hadisələrdir. Valideynlərin əksəriyyəti öz qızlarını bu cəmiyyətə buraxmağa ehtiyat etdiyini deyir. Əvvəllər valideynlər öz qızlarını Bakıda məktəbə, yaxud universitetə göndərməkdən çəkinmirdilər və arxayın idilər. İndi rayonlarda yaşayanların bir çoxu öz övladını Bakıya göndərməkdən çəkinir. İnsanlar qızlarının taleyi haqqında narahat olurlar. Əslində bu haqlı narahatlıqdır və müəyyən mənada başadüşüləndir. Qız uşaqlarının sayının azalmasının əsas səbəblərindən biri məhz budur. Bununla yanaşı, cəmiyyətdə hələ də köhnədən qalan düşüncələr və adətlər problemin əsas səbəblərindən hesab olunur. Düzdür, oğlanlarla qızlar arasında 10 faiz fərq olduqda, bu, bir o qədər də qorxulu deyil və hələlik normal qəbul ediləndir. 20 yaşına çatan oğlanların bir çoxu ölkəni tərk edir. Yaxud müharibə baş verdiyi zaman oğlanların sayında kəskin azalma olur. Biz bu problemi əvvəllər də yaşamışıq. 30-40 il bundan əvvəl ölkədə ailə qura bilməyən qızların sayı həddən artıq çox idi. Ona görə də demək istəyirəm oğlanların sayının qızlarla faiz nisbətində 10 faiz çox olması istənilən halda müsbətdir”.
Mənbə: "Kaspi" qəzeti
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 2024 11:07
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31