ABUTALIBOVUN ŞÖBƏ RƏİSİNDƏN VƏTƏNDAŞA KÜÇƏ SÖYÜŞLƏRİ-FOTO,VİDEO
“26-lar” kafesini də Vidadi Əliyev söküb
Bu yaxınlarda “26-lar” kafesinin Hacıbala Abutalıbov tərəfindən sökülməsinin şahidi olduq. Və onun yanında sağ əli Vidadi Əliyev durmuşdur.
Vidadi Əliyevin mətbuat aləmində olan maklerləri hətta onun barəsində şaiyə də uydurmuşdular ki, güya o xərçəng xəstəliyinə tutulub. Buna hətta az qala biz də inanmağa başladıq.
Ancaq etibarlı mənbənin 365info saytına verdiyi məlumata görə Vidadi Əliyevlə bağlı təxminən iki il bundan əvvəl bir sahibkarın başına gətirdiyi əməllərin videoyazısını təqdim edəndən sonra, aydın oldu ki, Vidadi Əliyevin xərçəng xəstəliyinə tutulmağı sadəcə onun mətbuat aləmində olan maklerlərinin jurnalistləri mətləbdən yayındırmaq üçün uydurduğu şaiyədir.
Məlumata görə təxminən iki il əvvəl Elşən Hüseynov adlı sahibkar Vidadi Əliyevin qanunsuz hərəkətlərindən bezərək ölkə mətbuatına müraciət edib. Həmin məsələ ilə əlaqədar Vidadi Əliyevin özbaşınalıq hərəkətlərinin videogörüntüsünü ortaya çıxandan sonra, Vidadi Əliyev müalicə adı ilə Türkiyəyə qaçaraq, ölkəyə qayıtmayıb ki, birdən onu yenə də həbs edərlər.
Digər tərəfdən isə, onun mətbuat aləmində olan maklerləri jurnalistlərin arasında şaiyə yaymışlar ki, güya Vidadi Əliyev xərçəng xəstəliyinə tutulub və bu səbəbə onunla bağlı yazı dərc etməməyi xahiş edirdilər.
Bu məsələnin üstündən iki il keçdi və bu hadisə gündəmdən düşərək, saytlardan çıxarılandan sonra, “xərçəng xəstəliyinə tutulmuş” Vidadi Əliyev qəflətən Hacıbala Abutalıbovun yanında peyda oldu və “26 -lar” kafesini söküb-dağıtmağa başladı.
Vidadi Əliyev bu kafeni sökəndə, təxminən iki il əvvəl onun sahibkar Elşən Hüseynovun hamamını sökməyi yada düşdü və həmin videoyazını bir də gözdən keçirərək, bu fikirlərə qovuşduq: Bir ölkənin paytaxtında çox şeyə məsul olan, Bakı Şəhər İcra Hakimiyyətində çalışan adi məmur da cəmiyyət üzvləri üçün nümunə olmalıdır. Ancaq, təəssüf ki, biz bunun tam əksini görürük. Öz də, söhbət paytaxt meriyasının sıravi işçisindən yox, şöbə rəisindən gedir.
Bakı şəhər İH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin şöbə rəisi Vidadi Əliyevlə bağlı video-çəkilişə yenidən təkrar-təkrar baxdıq.
Dəhşətlisi budur ki, bu şəxs Bakı meriyasında bir kollektivin rəhbəridir. Yəqin ki, həmin kollektivdə, onun tabeçiliyində xeyli insanlar çalışır.
Belə “tərbiyə” sahibinin həmin kollektivi necə idarə etdiyi adamı vahiməyə salır. Çəkilişdən açıq görünür ki, bu vəzifəli şəxs özünü idarə etmək iqtidarında deyil.
Belə ki, çəkilişdə mülkün qanuni sahibi ondan rəsmi sənəd tələb edir, başqa heç nə istəmir.
Vidadi Əliyev isə “bura mənimdi..” deyə bağırır. Və heç bir ölçüyə sığmayan “var-yox..” söyüşünə keçir.
Yəni bu söyüşləri nəinki vəzifə sahibi, az-çox tərbiyə görmüş adam belə dilinə gətirməz.
Hələ bu harasdır..?
Məsələni, yaxud mübahisəni qanuni yolla həll etmək əvəzinə Vidadi Əliyev qaçıb daş götürüb atır…, əlinə armatur parçası götürüb qarşı tərəfin üstünə cumur və…elə bir söyüş söyür ki…
Bax, burda çox mətləblər ortaya çıxır. Özünü idarə edə bilməyən bu zada o boyda vəzifəni kim verib?
Dövlət məmurunda dövlət tərbiyəsi olmalıdır. Və məmur illər uzunu hazırlanıb vəzifəyə gətirilməlidir. Yoxsa… Kimsə həbsxanadan çıxandan bir-iki ay sonra, ona mühüm vəzifə tapşırırlar, o da özünü “türmə nazoru” kimi aparır…
Əgər bu video başqa bir cəmiyyətdə ortaya çıxsaydı, Vidadi Əliyev nəinki bircə gün vəzifədə qala bilərdi, əksinə ona qanunsuz əməllərinə görə dərhal onun barəsində cinayət işi başlanılardı.
Amma təəsüf ki, Vidadi Əliyev hələ də Bakı meriyasında at oynadır.
Görəsən, bu biabırçı videoya baxan Bakı şəhər rəhbərliyi nə düşünür?
Ancaq bir məsələ də var ki, belə yararsız məmurlar gec-tez məsuliyyətə cəlb olunaraq layiqli cəzalarını alacaqlar. Sadəcə, bir az zamana ehtiyac var…
Anar Asimoğlu
365İNFO.AZ
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 2024 20:28
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 2024 12:17
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 2024 11:26
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20