Misir Mərdanov testin ləğvindən danışdı (MÜSAHİBƏ)
Sabiq təhsil naziri Misir Mərdanov test üsulunun ləğv olunması məsələsi ətrafında baş verənlərlə bağlı modern.az saytına müsahibə verib.
– Misir müəllim, bir neçə gün bundan əvvəl Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə 2 ildən sonra test üsulunun ləğv olunacağı anonsunu verdi. Keçmiş təhsil naziri olaraq sizcə, Azərbaycan təhsil sistemində test üsulunun ləğv olunması nə dərəcədə real görünür?
– İnsanın biliyinin qiymətləndirilməsi sistemi dünyanın aparıcı, qabaqcıl ölkələrində necədirsə, elə də olmalıdır. Azərbaycan Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Respublikamızın dünya birliyinə daxil olması istiqamətində çox ciddi addımlar atılır. Ölkəmiz dövlət başçısının tapşırığı ilə irəliyə doğru hərəkət edir. Bütün sahələrdə, o cümlədən elm, təhsil, iqtisadiyyat sahəsində dünyanın inkişaf etməkdə olan ölkələrinin önündə gedə bilən dövlətik. Ona görə də günümüzdə test sahəsi təkmilləşməlidir. Müsbət yeniliklər tətbiq olunmalıdır.
Hörmətli Məleykə xanımın da, təhsil nazirinin müavini Ceyhun Bayramovun da çıxışlarını diqqətlə izlədim. Onların hər ikisinin çıxışından belə başa düşdüm ki, test üsulu ləğv olunmayacaq. Sadəcə, zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilməlidir. Mən də bu addımı dəstəkləyirəm. Bu işin başında duran insanlara uğur arzulayıram.
– Məleykə Abbaszadə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin yeni imtahan modelləri üzərində müzakirələr apardığını və nəticənin sentyabrda ictimaiyyətə təqdim olunacağını deyib. Sizcə, söhbət hansı modeldən gedir? Yeniliklər nədən ibarət ola bilər?
– Belə başa düşdüm ki, qapalı suallarla yanaşı, açıq suallar da abituriyentlərə təqdim olunacaq. Ola bilər ki, burada mərhələlər olsun. İmtahan verənin biliyi qiymətləndirilərkən onun yaddaşına yox, məntiqi təfəkkürünə uyğun olan qiymətləndirmə istiqamətində iş aparılır. Uşağın yalnız yaddaşına deyil, məntiqi təfəkkürünə qiymət veriləcək. Məsələn, mən riyaziyyat müəllimiyəm. Məsələ-misal veriləcəksə, həlli tələb olunacaq. Düşünürəm ki, bu, doğru yoldur. O da yaxşı haldır ki, hələ il başlamamış müvafiq qurumlar tərəfindən bu barədə Azərbaycan ictimaiyyəti məlumatlandırılır.
– Uzun illərdir ki, orta məktəblərdə şagirdlər kurrikulum əsasında dərs keçirlər. Açığı, etiraf edək ki, kurrikulum sistemi ilk vaxtlarda narazılıqla qarşılandı. Belə demək olarmı, kurrikulum sisteminə keçidin kökündə test sistemindən uzaqlaşmaq dayanıb?
– Mənə elə gəlir ki, bu dəyişikliyin əsas səbəblərindən biri odur ki, milli kurrikulum sistemi ilə dərs keçən şagirdlər artıq son siniflərə gəlib çatıblar. Kurrikulumun da əsas amallarından biri ondan ibarət idi ki, yaddaşa əsaslanan təhsil sistemindən məntiqi təfəkkürə yönəlmiş təhsil sisteminə keçid sisteminə nail olunsun. Bu baxımdan işlər paralel qaydada gedir və növbəti mərhələyə keçmək üçün şərait yarandığına görə belə bir elan verildi.
– Test üsulu həm də sosial durumu aşağı olan ailələrdə böyüyən uşaqların təhsil almasına yol açırdı. Belə deyək də, illərdir rüşvət olmadan universitetlərə qəbul sistemi tətbiq olunurdu. Sizcə, test sahəsində yeni modelin tətbiq olunması imkansız uşaqların təhsil almasını əngələyə bilərmi?
– Şübhəm yoxdu ki, yenə də imkansız ailələrdə böyüyən uşaqlar öz bilikləri hesabına təhsil ala biləcəklər.
NUH.az
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- Crocus City Hall-da YALIN ƏLLƏ terrorçunu zərərsizləşdirən şəxs danışdı - VİDEO
23 mart 2024 18:55
- Həbs olunan terrorçu danışdı: Pula görə elədim... - VİDEO
23 mart 2024 16:18
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Misirdə Qadın Muzeyi yaradılacaq - Səbəbini Prezident açıqladı
22 mart 2024 11:07
- Ordumuz 1 saata bu kəndləri geri qaytaracaq - SENSASİON ANONS VERİLDİ
17 mart 2024 11:26
- Prezident Natəvanın heykəlindən danışdı
14 mart 2024 17:53
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Qardaşı mərhum professor Şamil Vəliyev haqda müsahibə verdi... - MÜSAHİBƏ
12 mart 2024 19:54
- Bağırov və Beriya müsavatçı olublar - Ermənilərlə 40 il bir evdə yaşayan inqilabçının qohumu DANIŞDI
11 mart 2024 00:30
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06