Azərbaycanda kərə yağı problemi - Səbəb nədir?
Azərbaycanda ot və yem məhsulları bahalaşdığından fermerlərin süd istehsalına marağı azalıb. Elə bu səbəbdəndir ki, ölkəyə süd idxalı kəskin artıb. Belə ki, 2016-ci ilin ilk 6 ayı ərzində respublikaya 3,425.79 dollarlıq 2,306.97 ton süd idxal olunduğu halda, 2017-ci ilin ilk 6 ayı ərzində 5,814.76 dollarlıq 3,656.99 ton süd gətirilib. Yerli süd istehsalı azaldığından kərə yağının istehsalı da aşağı düşüb. 2016-cı ilin ilk 6 ayı ərzində ölkəyə 27,570.32 dollarlıq 7,801.71 ton kərə yağı idxal olunub.
Bu ilin analoji dövründə isə 32,688.14 dollarlıq 7,767.35 ton kərə idxal edilib. Mütəxəssislər istehsalın getdikcə azalacağını, süd və süd məhsullarının, o cümlədən kərə yağının qiymətinin bahalaşacağını proqnozlaşdırırlar.
Qida rasionu normalarına görə, gün ərzində hər kəs 12,8 qram kərə yağı istehlak edir. Bitki yağında bu göstərici 22,1 qram, marqarində isə 5,8 qramdır. Respublika üzrə ildə 52 min tona qədər kərə yağı istehsal olunur. Mütəxəssislər bildirir ki, bir kiloqram kərə yağı istehsalı üçün 22 litr süd lazımdır. Ona görə də kərə yağı istehsalının artırılması əlverişli hesab olunmur.
“Qafqazinfo” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Qalib Abduləliyev Modern.az-a deyib ki, Azərbaycanda kərə yağının istehsalnın azalmasından söhbət gedə bilməz:
“Bildiyiniz kimi yağın istehsalı üçün xammal süddür. Ölkəmizdə 2015-ci ildə 1924, 4 min ton, 2016-cı ildə 2009,9 min ton süd istehsal edilib. İstehsalın bir il ərzində 4. 4 faiz artımı çox böyük irəliləyişdir. Son dövrlərdə mətbəximizdə heyvan mənşəli yağlara meyllilik azalıb. Əhali daha çox bitki mənşəli yağlara üstünlük verir. Ancaq kərə yağı öz aktuallığını yenə də saxlayır. Azərbaycanın kərə yağı ilə özünü təmin etmək səviyyəsi 70 faizdən yüksəkdir. Bu rəqəm ilbəil 8 faiz ətrafında artır. Süd məhsulu artırsa, deməli kərə yağı istehsalı da artır. Amma nə qədər kərə yağı istehsal olunması bazarın tələbindən asılıdır. Biz özümüzü 70 faiz yağla təmin etsək belə, xaricdən idxal olacaq. Çünki bu, istehlakçıların tələbindən asılıdır”.
Nazirlik rəsmisi bildirib ki, süd fabriklərimiz “Milla”, “Milk-PRO”, “Atena” yerli kərə yağı istehsal edir: “Bizim əsas hədəfimiz süd istehsalının artımına nail olmaqdır. Süd varsa kərə yağı da, kəsmik də, xama da, yoqurt da istehsal olunacaq”.
“Azad İstehlakçılar Birliyinin” sədri Eyyub Hüseynov Modern.az-a deyib ki, kərə yağının istehsalı və keyfiyyəti ilə bağlı mütəmadi olaraq şikayətlər alır: “Onlar əridilən kərə yağının suyunun çox olduğunu, hazırlanan yeməklərdən xoşagəlməz dad və qoxu gəldiyini bildirirlər. Ölkədə kərə yağını yaxşı analiz edən tədqiqat aparılmayıb. Bazarda təxminən 30 növə qədər kərə yağı satılır. Bitki yağlarında olduğu kimi, kərə yağı bazarı da çirklənib. İstehlakçıların çoxsaylı zənglərinə görə iki il əvvəl Yeni Zelandiyada keçirilən dünya konqresində iştirak etdim. Azərbaycana göndərilən kərə yağlarının istehsal edildiyi zavodda, fermer təsərrüfatlarında oldum. Orada inəklər açıq otlaqlarda otlayır, steril şəraitdə süd sağılır.
Heç bir qatqı qarışdırılmadığını gözümlə gördüm. Bundan sonra həmin ölkədən gələn yağların keyfiyyətinə inamım artdı. Lakin bununla bərabər, Azərbaycanın əmtəə bazarında Yeni Zelandiyadan başqa yağlar da satılır. Yağların 60 faizə qədəri təmiz kərə yağı deyil, bitki və marqarin yağlarının qarışıqlardır”.
Hüquq müdafiəçisi əsl kərə yağını müəyyən etməyin yollarını da açıqlayıb: “Kərə yağını əlinizdə sıxın. Əgər soyuq temperaturda çox bərkdirsə, yaxud bıçaq vurulduğu zaman ovulursa, bu, təmiz kərə yağıdır.
Qarışıq kərə yağları rahat şəkildə, ovulmadan kəsilir. Yəni yerdə qalan yağlar orqanizm üçün tam zərərlidir demək doğru deyil. Sadəcə istehlakçı aldığı yağın tərkibini bilməlidir. Əgər qatqı varsa, mütləq yağın üzərində qeyd edilməlidir. Təmiz kərə yağı açıq sümük rəngində olmalıdır.
Əgər eyni tavaya kərə yağı və digər yağı atsanız görərsiniz ki, kərə yağının ərimə temperaturu insan bədəni temperaturundadır.
Ona görə də digər yağlara nisbətən tez əriyir. Yeni Zelandiyada olarkən qiymət məsələsinə toxundum. Məlum oldu ki, Azərbaycana kərə yağı göndərən zavod 1 sutkada 3, 5 milyon litr süd emal edir. Ölkənin kərə yağından olan gəliri 12 milyard dollardır. İstehsal böyük miqdarda olduğu üçün idxal əlverişlidir.
Hazırda “Azad İstehlakçılar Birliyi” xaricdən yeni bir avadanlıq əldə etmək üzrədir. Kərə yağlarının tərkibini araşdırmaq üçün analizlər edəcəyik. Bu məsələlər bizim diqqətimizdədir”.
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 2024 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29