Qardaşı nazir, qudası isə baş prokurorun müavini ...
Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Məhkəmə Samir Nəbiyevə son sözü verib və avqustun 11-də ona hökm oxunacağı gözlənilir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov çıxışı edib. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittiham əsasızdır.
C.Yusifov müdafiə çıxışında Samir Nəbiyev barəsində bəraət hökmünün çıxarılmasını isəyib: “Çıxışımda dedim ki, hörmətli məhkəmə Əlikram Camalovdan çəkinir. Çünki onun qardaşı nazirdir, qudası isə baş prokurorun müavinidir. Biz də başa düşürük ki, bunlar çəkindirici əlamətlərdir. Biz dəfələrlə çalışdıq ki, məsələni razılıqla həll edək. Amma alınmadı, qarşı tərəf razılaşmadı.
Əlikram Camalov özü məhkəməyə gəlib dedi ki, həmin pulu Samir Nəbiyevə borc verib. Amma bu borc deyil, faizdir. İttihamda yazılır ki, guya Samir Nəbiyev Əlikram Camalovu aldadıb və ona aylıq 2 min manat gəlir verəcəyini deyib. Ancaq gəlir heç vaxt dəqiq müəyyənləşdirilə bilməz. Gəliri müəyyənləşdirən bazardır. Kimsə aylıq gəlirinin, qazancının stabil olaraq 2 min manat olacağını deyə bilməz. Bazarı, gəliri müəyyənləşdirən müştəridir, keyfiyyətdir. Ticarətdə gəlir mövsümlə də dəyişir. Belə olan halda bir adam necə müəyyən edə bilər ki, aylıq stabil gəliri olacaq və bundan 2 min manat əlavə qazancını başqasına verəcək?"
Nazir qardaşının ölkədəki ən tanınmış sahibkarlardan olduğunu deyən vəkil əlavə edib ki, müdafiə etdiyi şəxsin onunla şərik olması haqda deyilənlər yalandır: “Əlikram Camalov ölkənin ən böyük sahibkarlarından biridir. Samir Nəbiyev isə acından ölənin biridir. Bunlar necə şərik ola bilər? Sizcə, bu nə qədər inandırıcıdır? Nazir qardaşı, sahibkar gəlib belə bir adamla şərik olar? Biz deyirik ki, bu pul sələmə verilib və həqiqətən də belədir. Amma Əlikram Camalov deyir ki, pulu faizə yox, borca verib.
İndi isə sual olunur ki, borcda hansı ictimai təhlükəli əməl var? Nazir qardaşından borc almaq təqsirləndirilən şəxsin əməlini ictimai təhlükəli əməl edir? Bunun adı nədir? Belə araşdırma olmur və buna görə də adam tutulmur. Ölkə rəhbərliyinin məmurların özbaşınalığı ilə bağlı mütəmadi tədbirləri var. Bilirsiniz ki, prokuror Samirə 10 il cəza istəyib. Himayəsində iki azyaşlı uşağı olan birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsi nə deməkdir? Həyat yoldaşı xəstədir. Onun geyimi, həyat tərzi sübut edir ki, bu adam imkansızdır. Əlikram ölkənin ən tanınmış iş adamlarından biridir. Gündəlik lampa satanın nazir qardaşı ilə nə şərikliyi ola bilər?
Əlikram Camalov isə açıq şəkildə deyir ki, Samir ailəsi ilə birlikdə gəlib onun qapısında 3 il kölə kimi işləsin. Bu sözləri şəxsən mənə deyib. İyirmi birinci əsrdə köləlikmi var?".
Vəkil nazir Yavər Camalova da müraciət edib: “Biz məhkəmədən bəraət hökmü çıxarmasını istəyirik. Hakim məhkəmə istintaqının təzələnməsini təmin etmədi. Biz hakimə etiraz etdik ki, onlar Camalovu himayə edirlər. Buradan Yavər Camalova da səslənirik. Kiminsə "sağ ol"unu qazanmaq üçün bir nəfərin şərlənərək həbs edilməsinə göz yumulmasın. Əlikram Camalovun onlarla qurbanı var, biri də bu olacaq".
Vəkilin müdafiə çıxışından sonra söz Samir Nəbiyevə verilib. O, son söz üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi avqustun 11-nə təyin edilib. Samir Nəbiyevə son sözdən sonra hökm oxunacaq.
Bildirək ki, prokuror Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, S.Nəbiyev Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib.
S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
İttihama görə, S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş.
Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.
Bildirək ki, nazir qardaşı Əlikram Camalov “Hacı Camalxan” kəndli fermer təsərrüfatının təsisçisi və sahibidir.
NUH.az
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Tokayev İrəvanda səfərdədir - Foto
15 aprel 2024 09:49
- Azərbaycanda Ramazan bayramı qeyd olunur
10 aprel 2024 11:19
- Əbiliqoz bəyin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb - FAKTLAR
8 aprel 2024 21:21
- Yeni NAZİR MÜAVİNİMİZ KİMDİR...
8 aprel 2024 14:39
- Vəkil nazirə fermerlərin saxta sənəd düzəltmə səbəbini yazdı – qoyunları qırxmaq, çimizdirmək...
6 aprel 2024 15:04
- Nazir sabiq baş həkimə vəzifə verdi (FOTO)
5 aprel 2024 11:15
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09