Surət Hüseynov: “Deyirlər Rusiyanın adamıyam, yalançının...”
Bu günlərdə Azərbaycanın keçmiş baş naziri, 1993-cü ilin iyun hərbi çevrilişini həyata keçirən, sonradan Heydər Əliyev hakimiyyətinə qarşı silahlı çevrilişə cəhd edən və çoxsaylı dövləti cinayətlərə görə ömürlük həbs cəzası alıb sonradan əfv olunan Surət Hüseynovun adı yenidən gündəmə gəlib. Özü də şübhəli və qalmaqallı şəkildə. Virtualaz.org xatırladır ki, uzun müddətdir ortalarda görünməyən və nə işlə məşğul olduğu bilinməyən Surət Hüseynovun adına Facebook-da səhifə açılıb. Orada onun Türkiyədə çəkilmiş fotoları yerləşdirilib, “Milli Qəhrəman” adı ilə təqdim edilib.
Surət Hüseynovun bu cür “üzə çıxması” siyasi dairələrdə birmənalı qarşılanmayıb. Bəzi müxalif ekspertlər iddia ediblər ki, keçmiş baş nazirin fotosunun görünməsi təsadüfi deyil, bu, Rusiyanın Azərbaycana təzyiqlərinin artdığı bir vaxtda ortaya çıxıb, yəni Rusiyaya bağlı adamlardan biri kimi Surət Hüseynov da fəallaşıb.
Sosial şəbəkələrdə Surət Hüseynovun “görünməsi” də mübahisələr və polemika doğurub. Bir çox istifadəçilər köhnə əməllərini yada salaraq S.Hüseynovun ünvanına təhqirlər yağdırıblar. Eyni zamanda keçmiş baş naziri aqressiv şəkildə müdafiə edənlər də tapılıb.
Bu cür polemikaların davam etdiyi bir vaxtda Surət Hüseynov özü də “canlı şəkildə” ortaya çıxıb və müsahibələr verməyə başlayıb, o cümlədən ölkə.az saytına danışıb. Bildirib ki, hazırda Türkiyədə və “bəzi başqa ölkələrdə” biznes fəaliyyəti ilə məşğul olur.
“Başımı aşağı salıb işimlə məşğul oluram. Prinsipim belədir ki, dəymə mənə, dəyməyim sənə. Azərbaycanda heç kimlə işim yoxdur. İşim olanda gedib-gəlirəm. Heç bir təzyiqlə də üzləşmirəm. Mənim bu hakimiyyətlə heç bir problemim yoxdur. Ümumiyyətlə, mən siyasətlə məşğul olmuram. Heç fikrim də yoxdur ki, siyasətlə məşğul olum. Mənim işim sırf biznes fəaliyyətidir”-Surət Hüseynov bildirib.
Keçmiş baş nazir deyib ki, Facebook-da onun adına açılan səhifə ilə əlaqəsi yoxdur. Həmin səhifəni onun adınan sürücüsü, yaxud köməkçisi olmuş Sinan Kaya (Azərbaycan vətəndaşıdır) yaradıb, orada fotolarını paylaşıb.
“İnanın ki, mənim Rusiya ilə də heç bir əlaqəm olmayıb. Əgər mən Rusiyanın adamıyamsa, yalançının Allah bəlasını versin. Mənim Rusiya ilə heç bir əlaqəm yoxdur. Vaxtilə mən Rusiyadan muzdlu döyüşçülər gətirib Qarabağda döyüşdürmüşəm, torpaqları azad etmişəm. Buna görə də onlara cibimdən pul vermişəm. Vaxtilə Rusiyaya məxsus hərbi hissələrdən məndən savayı heç kim silah-sursat götürməyib. Əgər götürüblərsə, o zaman iqtidarda olan AXC-Müsavatdan bir nəfər durub adını desin! Ancaq mən bunu etmişəm, üstəlik Qarabağı azad etmək üçün rusları da girov götürmüşəm. Mən bunu məhkəməmdə də demişəm. Ancaq həmin o adamlar mənə qara yaxmaq üçün deyirlər ki, guya Sürət Hüseynov Rusiyanın adamıdır, hakimiyyət çevrilişinə hazırlaşır və sairə”-Surət Hüseynov onun Facebook-da görünməsindən sonra başlayan polemikaya münasibət bildirərkən deyib.
Məlum olur ki, həmin Sinan Kaya Surət Hüseynovun adından Azərbaycanda bir neçə KİV-lərə dövlətə qarşı çağırışların yer aldığı müraciət də göndəribmiş. S.Hüseynov həmin müraciəti hazırlamadığını deyir.
Sitat: “Məlum oldu ki, mənim adımdan bir neçə jurnalistə məktub da göndərilib. Bütün bunlardan xəbərim olmayıb. Sonra mənə deyiləndə ki, belə hallar var, mən dərhal bunu araşdırdım. Məlum oldu ki, bütün bunları mənim adımdan Türkiyədə yaşayan və əslən azərbaycanlı olan Sinan adlı bir nəfər edib. Mən Sinanı uzun müddət tanıyıram, o mənə bəzi məsələlərdə kömək edib. Bütün bunlara görə də mən ona zəng edib acıqlandım. Dedim ki, bütün bunları nə üçün yazmısan? Sinan da əsaslandırdı ki, bəzi müxalifətdə olmuş adamlar məni təhqir etdiyi üçün onlara belə cavab yazıb. Sinan da onlara mənim adımdan yazıb ki, ay əclaflar, siz kimsiniz ki, Sürət Hüseynovu təhqir edirsiniz? Mən də ona dedim ki, bir də belə şeylər yazma, o səhifəni də bağla! “
Müsahibədə Surət Hüseynov AXC-Müsavat hakimiyyətində təmsil olunanları “satqın”, “şərəfsiz” adlandırıb, torpaqları ermənilərə satmaqda ittiham edib.
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 2024 11:56
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 2024 11:26
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 2024 11:41
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 2024 21:03
- Prezident Sankt-Peterburqun qubernatorunu qəbul etdi - Yenilənib - Fotolar
3 aprel 2024 13:36
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 2024 23:09
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 2024 13:54
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31