Bakının “bərkgedən” restoranından - Şok qadağa
Novxanıda “Amore” restoranı müştərilərə şortik geyinməyi qadağan edib. "Qafqazinfo" xəbər verir ki, sözügedən hadisə bir neçə gündür sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər restoran sahibinin qərarını gülüşlə qarşılayıblar. Yay fəslində, özəlliklə turistlərin axın etdiyi tanınmış məkanda belə qadağanın olması haqlı olaraq çoxuna inandırıcı gəlməyib.
Biz də məsələni dəqiqləşdirmək üçün restoranın administratoru Zaur Cəfərovla əlaqə saxladıq.
O, "Qafqazinfo”ya açıqlamasında şortik geyinən şəxslərin restorana buraxılmadığını təsdiqləyib:
“Bura ailəvi məkandır, hamı ailə, uşağı ilə gəlib oturur. Narazılıqlar olur, buna görə də qadağa qoymuşuq. Müştərilərimizin 80 faizi bu qaydanı bəyənir, deyirlər çox gözəldir. Təkcə şortiklə gələnləri yox, heyvan gətirənləri də, cavan uşaqları da buraxmırıq. Onlar üçün qıraqda yerlər var, ora getsinlər. Bizim ərazidə çimərlik yoxdu, sırf restorandır. Dənizə girib çimən, daha sonra bizim restorana çimərlik geyimində girmək istəyən şəxs buraxılmır”.
Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu qadağadan sonra insanlar o məkanı boykot etməlidir: “Bəs orda oturanlar yaxınlıqlarında dənizdə çimənləri görmürlər? Məsələn, “Sun Set”ə girən kimi gətirib stol qoyub deyirlər ki, “yesən də, yeməsən də 10 manatdı”. Bu kimi məsələlər özbaşınalıqdır, bu formada turizmi inkişaf etdirə bilmərik. Prezident sərəncam verir, təşəbbüs göstərir ki, turist axını olsun, ölkəyə xarici valyuta gəlsin. Amma biz bu cür xidmətlərlə bunu bacarmayacağıq. İnsanlar nəyə qadağa qoyduqlarını bilmirlər. Bolqarıstanın Bakı kimi dəniz kənarında yerləşən Varna şəhərində insanlar çimərlik paltarında küçələrdə gəzir, amma heç kim onlara bir söz demir. Azərbaycanda maarifləndirmə işləri aparılmalıdır. Bu nə deməkdir ki, dənizin qırağında şortiklə istirahət mərkəzinin həyətinə girmək olmaz? Bəlkə bir qayda da qoysunlar ki, ora girənlərin gözlərini bağlasınlar. Qoy, dənizdə çimənləri görməsinlər. Onda gedib meşənin içində istirahət mərkəzi açıb ora gələnlərə kostyum geyinməyi tələb etsinlər.
“Amore” sözü tərcümədə məhəbbət deməkdir, binanın da üstünə ürək şəkli çəkiblər. Bu o deməkdir ki, burada sevgililər ola bilər. Bir tərəfdən də qadağa qoyur ki, şortiklə girmək olmaz. Bəlkə də, onlar başqa işlərini bu qadağa altında gizlıdirlər. Azərbaycanda ailəvi istirahət yeri yazılan məkanların əksəriyyəti əxlaqsızlıq yuvasıdır. “Çimərlikdə şortiklə gəzmək olmaz” nonsensdir, yeni Azərbaycansayağı xidmətdir. Bunu paylaşmaq lazımdır ki, qoy xarici ölkələr bizdən nümunə götürsün. Belə “xidmətlər” Azərbaycan turizmini geriyə atır. Bu məkanların absurd qadağalarını mediada, sosial şəbəkələrdə yaymaq lazımdır ki, qoy, insanlar ora getməsin, onlar da gəlirlərindən məhrum olsunlar. Onda nəyə qadağa qoyduqlarını fikirləşərlər”.
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- Bu rayonlara yeni polis rəisləri təyin edildi
10 aprel 2024 16:30
- Cahangir Əsgərov daha bir vəzifədən AZAD EDİLİB
8 aprel 2024 12:37
- Bakı Oksford Məktəbi dövlət nəfinə alındı - 24 milyon 700 min manat...
4 aprel 2024 16:36
- 31 Mart soyqırımından 106 il ötür
31 mart 2024 12:22
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56