Mirzə Ələkbər Sabirin ölümündən on beş gün əvvəl yazdığı vəsiyyət məktubu
Mirzə Ələkbər Sabirin bu məktubunu oxuyanda təsirlənməmək mümkün deyil. Tiflisdə olarkən bir həkimin verdiyi dərmanlardan sonra səhhətinin daha da ağırlaşdığını deyən şair yazır ki: “Özüm öz bədəxtliyimə bais oldum”. M.Ə.Sabir bu məktubu Abbas Səhhətə yazaraq səhhətinin günü-gündən pisləşdiyini və əlinin qələm tutmadığını qeyd edir. Sanki bir növ ailəsini və yaxınlarını Abbas Səhhətə və güvəndiyi insanlara vəsiyyət edir. Beləliklə, Enter.News Mirzə Ələkbər Sabirin 1911-ci il iyunun 27-də Tiflisdən Abbas Səhhətə yazdığı məktubu təqdim edir:
"Qardaşım Səhhət!
Məktubun yetişdi. Evdən, uşaqlardan bir əndazəyəcən nigəranlığım rəf oldu.
Qaldı ki, mənim əhvalım, sabiqdə sənə məktub yazdığım halda indiki haldan min dəfə yaxşıraq idi; özüm öz bədbəxtliyimə bais oldum. Doğrusu, Mirzə Cəlil və Həmidə xanım cənablarının həddən artıq iltifatlarından xəcalət çəkdiyimə görə çalışdım ki, bəlkə bir az tez səhhət tapım; daha da xəstəliyim şiddət elədi. Boylə ki, burada bir nəfər Qandəmirov adlı doktor var, – İran konsulunun məxsusi həkimidir, Rusiyada və Yevropada təhsil etmişdir, Osmanlı türkcəsilə də gözəlcə danışır, – getdim onun yanına. Məni müayinə etdi, soruşdu ki, kimdən əlac edirsən. Dedim:
- Doktor Kasparyansdan.
Dedi:
- Kasparyans iyi bir doktordur, lakin bir qədər ixtiyarlaşmış.
Doğrusu, onun bu ibarəsi gayətdə mənim xoşuma getdi. Türklərə məhəbbətimin kəsrətindən xəyal etdim ki, bu adamın danışığı yalnız mənə əlacdır.
Ondan əlac istədim. Mənə bir həb və bir içmə dərman yazdı.
Dedi ki:
- Bu həbdən gecələr yatan vəqtdə iki danə atarsan, o içmə dərmandan da iki saətdə bir xörək qaşığı içərsən. Bir az vəqtdə bütünbütünə səhhətyab olarsan, şişmanlaşarsan. Vətəninə gedib, qəzetələrdə məni mədh edərsən.
Bu adamın yazdığı davaları Mirzə Cəlil cənablarına məsləhət etməmiş aldım. Çünki bilirdim ona məsləhət etsəydim, razı olmayacaqdı. Həkim iki həb demişdisə, mən gecə bir danə həb atdım. O qədər məni ishala apardı ki, daha taqətim qalmamışdır. Xəcalətimdən əhvalatı Mirzə Cəlil cənablarına deməyə utanıram. Yenə də doktor Kasparyansa ricu etmişəmsə də, lakin həyatımdan bilkülliyyə qəti-ümidəm. Axır nəfəslərim olduğun dərk edib də, bu məktubla sənə əhvalımı xəbər verirəm. Bir qədər babət olar isəm Şamaxıya qayıdacağam. Məndən Mahmudbəyə səlam et. Mehdibəy Hacınski cənablarına ayrı məktub yazmaq fikrindəyəm. Lakin əlim daha qələm tutmayır. Əhli əyalımı sizə, sizi də Allaha tapşırıram. Ölürsəm, qəm etmərəm; çünki bilirəm siz mənim asarımı təbə etdirərsiniz. Baqi vəssəlam.
Qardaşın Ə.Sabir”
Təqdim etdi: Rəşad Sahil
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Salam verməyin nə əhəmiyyəti var?
24 mart 2024 20:33
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41