Zəhranın şəkilləri Avropa Parlamentinə göndərildi - Təcili qətnamə tələbi
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avropa Parlamentinin və Avronest PA-nın üzvlərinə Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx yaşadığı Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində kənd sakinləri 50 yaşlı Quliyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması ilə əlaqədar müraciət ünvanlayıb.
"Qafqazinfo"ya daxil olan məlumata görə, müraciətdə deyilir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi 25 ildir ki, ölkəmizin 20 faiz ərazisini silah gücü ilə işğal edib, 1 milyonadək insan evlərindən didərgin düşüb, 30 minə yaxın vətəndaşımız öldürülüb, minlərlə insan hələ də girovluqda saxlanılır və Azərbaycanın mülki əhalisi ilə müharibə aparmasının Xocalı soyqırımı ilə sübuta yetib.
Bildirilir ki, 1994-cü ildə atəşkəs əldə olunmasına dair iki ölkə arasında Bişkek protokolunun imzalanmasından sonra da Ermənistan tərəfi demək olar ki, hər gün atəşkəsi pozaraq cəbhə xətti, eləcə də sərhəd boyu hərbçilərlə yanaşı, yaşayış məntəqələrində mülki əhalinin həyat və sağlamlığına zərər vurur və mülki obyektləri dağıdır.
İyulun 4-də baş verən hadisə isə bu işğalçı siyasətin davamıdır. Ermənistan bu terror siyasəti ilə daim Azərbaycan əhalisini qorxu və təşviş içində saxlamaq və sülh danışıqlarında Azərbaycana təzyiqlər etməyə çalışır.
Müraciətdə Avropa Parlamentində Ermənistana dəstək verən qüvvələrin bu cinayətin məsuliyyətini daşımansı da vurğulanır. Qeyd edilir ki, müharibə şəraiti olsa belə, uşaqlara, qadınlara atəş açmaq insanlığa sığan hərəkət deyil. Körpə uşağın, dinc əhalinin qətlə yetirilməsi dünyanın heç bir yerində qəbul edilə bilməz. Bu, dünya dövlətlərinin və beynəlxalq təşkilatların Ermənistanın 25 ilə yaxındır davam etdirdiyi işğalçı siyasətinə qarşı etinasızlığın və hətta bəzən onlara verilən güclü dəstəyin nəticəsidir. Baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə bərabər bu siyasətə qarşı susqunluq nümayiş etdirən, dünyada və Avropa Parlamentində Ermənistana dəstək verən qüvvələrin də üzərinə düşür.
Şərq Tərəfdaşlığı ölkələrində mövcud işğalçılıq siyasətinin tərəfdaş ölkələrin Aİ ilə əməkdaşlığının qarşısında duran ən ciddi maneələrdən biri olduğu diqqətə çatdırılan müraciətdə Avropa Parlamentinin bu məsələni ciddi nəzarətdə saxlaması və işğala məruz qalmış ölkələrə daima dəstək olması xüsusi vurğulanır.
Müraciətdə Cənubi Qafqazda cərəyan edən hadisələr, insan hüquqları və demokratiyanı daim öz daxili və xarici siyasətində prioritet edən Avropa İttifaqının və onun vətəndaşlarını təmsil edən Avropa Parlamentinin təmsilçilərinin birbaşa marağına toxunduğu üçün Avropa Parlamenti törədilmiş bu qanlı cinayətə hüquqi qiymət verməsi üçün təcili müzakirələr təşkil etmək və qətnamə qəbul etməyə çağırılır:
“Çox ümid edirik ki, Avropa Parlamenti tərəfdaşlarının yerləşdiyi bu regionda baş verən bu cür qanlı və işğalçı siyasət qarşısında səssizlik nümayiş etdirməyəcək və buna öz hüquqi qiymətini verəcəkdir.”
Müraciətə baş vermiş hadisənin dəhşətinin daha yaxşı dərk edilməsi üçün Ermənistan tərəfinin qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyevanın şəkilləri də əlavə edilib.
Son olaraq Azərbaycanın Avronest PA-dakı nümayəndə heyəti bu məsələni qurumun növbəti büro iclasında və Avropa Parlamentinin bütün qurumlarında və iclaslarında daim qaldıracağı da diqqətə çatdırılıb
NUH.az
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Xarkov qaranlığa qərq oldu
22 mart 2024 21:51
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Azərbaycanda qeydiyyatı olmayan partiyalar necə fəaliyyət göstərir?
22 mart 2024 14:00
- TƏCİLİ: Hazırlıq başladı – Tavuş boşaldılır
22 mart 2024 13:07
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06