“QASİD”in direktor müavini Ağəli İsmayılovda 1 milyon dollar haradandır ?
Bu yaxınlarda NUH.az saytı olaraq sahibkar Zahid Aslanlının məhkəmə hakimlərinin qanunsuz hərəkətləri barədə Birinci Vitse-Prezident xanım M.Əliyevaya, Prezident Administrasiyasının rəhbəri cənab R.Mehdiyevə, Məhkəmə Hüquq Şurasının sədri cənab F.Məmmədova, Ali Məhkəmənin sədri cənab R.Rzayevə və Kütləvi İnformasiya Vasitələrinə müraciətini dərc etmişdik.
Müraciətin digər dertallarını hələ ki bir kənara qoyaraq bir məsələ üzərində xüsusi dayanmaq istəyirəm.
Sahibkarın müraciətindən bəlli olur ki, 2013-cü ildə “QASİD” firmasının direktor müavini Ağəli İsmayılov Zahid Aslanlıya 1.000.000 ( 1 milyon dollar ) verərək onun sahibi olduğu “Dan Ulduzu” şadlıq sarayına şərik-ortaq olmaq istədiyini bildirib.
Tərəflər şadlıq sarayının ümumi dəyərinin 5.700.000 ( 5 milyon yeddi yüz min ) dollar olmasını razılaşıblar. Və Ağəli İsmayılov 1 milyon dolları verəndən sonra qalan pulu, yəni 2.750.000 ( 2 milyon 7 yüz 50 min ) dolları Zahid Aslanlıya ödəməkdən imtina edib. Və məsələ məhkəmə çəkişməsinə çevrilib.
Yuxarıda qeyd etdiyim kimi məni hələ ki məhkəmənin qətnamələri, kimin haqlı, kimin haqsız olması deyil...məhz bir məsələ maraqlandırır: “QASİD” mətbuat yayımı firmasının direktor müavini Ağəli İsmayılovda 1.000.000 ( 1 milyon dollar ) haradan ola bilərdi...?
Axı, hörmətli Ağəli müəllim biznesmen deyil, iş adamı, sahibkar, fermer deyil. Adi mətbuat yayım firmasında direktor müavinidir və konkret məbləğdə əmək haqqı alır. Bu adamda 1 milyon dollar haradan ola bilər..?
Bəlkə, Ağəli müəllim xəzinə tapıb..?
Bəlkə babasından “qızıl küp” qalıb..?
Bəlkə, Ağəli müəllim hansısa kəşf edib, patent qazanıb, ixtira edib..?
Hətta bunlar da 1 milyon dollar üçün bəs etmir.
Axı, hamı bilir ki, uzun illər QASİD mətbuat yayımı qəzetlərin satışından 5-10 qəpik pul əldə edib.
Bəs 1 milyon dollar haradandır..?
Əgər Ağəli müəllim QASİD-dən 1 milyon dollar qazanıbsa, onda QASİD-in “xozeyni” seyyid övladı hacı, millət vəkili Mirkazım müəllim Kazımov nələr qazanıb..?
Bu pulun mənbəyi nədir..?
Bu yerdə adamın yadına MTN generallarının məhkəməsi düşür...
Yahu, belə ölkə olmaz ee...Bir gün bunun haqq-hesabı sorulacaq.
Bu pulları sizlər harada qazanmısınız..?
Dövlətə bu illərdə nə qədər vergi ödəmisiniz..?
Bu pullar bəlkə babanızdan qalıb..?
Axı, sizin babalarınızın ən yaxşı halda 5-10 qoyunu-keçisi olub..
Bəlkə xəzinə tapmısınız..?
Bu pullar hamısı oğurluqdur ee...
Yazının bu yerində yadıma Metropolitenin keçmiş rəisi T.Əhmədovun məsələsi düşdü.
Tağı Əhmədov istintaqda bildirir ki, keçmiş MTN generalı Akif Çovdarov hədə-qorxu yolu ilə ondan 3 milyon dollar alıb.
Müstəntiq Tağı Əhmədovdan "Siz 3 milyon dolları necə əldə etmişdiniz ki, Akif Çovdarova bu məbləğdə pulu ödəyə bildiniz?" sualına Metro rəisi belə cavab verib: "40 illik əmək haqqımdı, yığıb saxlamışdım".
Tağı Əhmədovdan soruşan yoxdur ki, sənin 40 illik əmək fəaliyyətinin ( 40 х 12 = 480 ay ) böyük hissəsi sovet dövründə olub və o vaxt 500 manatdan artıq maaş olmurdu. Lap fərz edək ki, Tağı Əhmədov 1000 manat maaş alıb. Bütün bunları hesablayanda ( 480 ay х 1000 = 480.000 ) …heç yarım milyon etmir. Bəs, yerdə qalan 2 milyon 500 min dolları hara yazaq, ay Tağı Sadiq..?
Görəsən, bu 40 il ərzində Tağı Əhmədov nə yeyib, nə içib, nə geyib..?
Bəlkə 40 il ərzində Tağı Əhmədov əyninə əncir yarpağı geyib..?
Hətta əncir yarpağı geysə belə, 3 milyion dolları hesablamaq olmur.
Tağı müəllim, həmişə deyirsiniz ki, kinoya getməyə 20 qəpik tapmırdım.
Bəs nə baş verdi? Möcüzə oldu, dönüb milyonçu oldun..?
Eynu sualları Ağəli müəllimə də vermək olar.
Haradandır sizdə 1 milyon dollar, ay Ağəli müəllim..?
Bəxtiniz orda gətirib ki, bu gün ölkədə elementar məhkəmə sistemi yoxdur.
Yoxsa bütün bu sualları sizə məhkəmədə ünvanlayardılar.
Sonda, mən hörmətli Tağı müəllimə də, Ağəli müəllimə də demək istəyirəm ki, mən sizin pullarınızı saymaq fikrində deyiləm.
Bu yerdə böyük türk şairi Nazim Hikmətlə bağlı bir hadisə yadıma düşür.
Kommunist olduğu üçün Türkiyədə izlənən Nazim Hikməti bir gün jandarma yaxalayır. Və görürlər ki, şair yumşaq yataqda dincəlir. Jandarma soruşur: “Paşa nəvəsi, üzv olduğun kommunist firqəsi bərabərlikdən danışır...bəs sən burda yumşaq, təmiz yataqda dincəlirsən, firqədaşlarını isə həbsxanalarda bit-birə basıb yeyir”...
Nazim Hikməti deyir ki, cənab komutan, mən bit-birənin bərabərliyindən deyil, zənginliyin bərabərliyindən danışıram və istəyirəm ki, hamımız zəngin olaq...
Bəli, Tağı müəllim, Ağəli müəllim!
Mən sizin pullarınızı saymaq fikrində deyiləm. Və çox istəyirəm ki, insanlarımızın hamısı zəngin olsun.
Amma bu zənginlik halal yolla olmalıdır. Oğurluq, quldurluq yolu ilə deyil.
Çünki Akif Çovdarovların, Hacı Məmmədovların, Əli Abbasovların, Eldar Mahmudovların timsalında Azərbaycan cəmiyyəti gördü ki, oğurluğun və q...yin müddəti 40 gündən çox çəkmir.
Cənab Tağı Əhmədov və Ağəli İsmayılov!
Yaxşı olardı ki, bu sualları sizə ölkə baçısı möhtərəm İlham Əliyev cənabları versin: Sizdə bu milyonlar haradandır..?
İndi sürət əsridir. Pis əməllərin ömrü 40 gün də çəkmir.
Ona görə də çalışın, hələ ki gec deyil bu pis əməllərdən çəkinin.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
14 aprel 2024 11:41
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56